Teleradio Akademiyası

Teleradio Akademiyası "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərir
© 14 İyun 2010

24/05/2025
Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının 6 aylıq...
23/05/2025

Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının 6 aylıq kurslarını uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunub. Tədbirdə QSC-nin sədri Rövşən Məmmədov, sədr müavini Rafiq Həşimov, Akademiyanın rektoru Telli Pənahqızı, eləcə də təhsil mərkəzinin müəllim və tələbə heyəti iştirak edib.

Qeyd edək ki, 7-ci tədris ilini yekunlaşdıran Teleradio Akademiyasında son 6 il ərzində 440 müdavim təhsil alıb. Onlardan 345-nə sertifikat təqdim edilib və 45-dən çox müdavim AzTV-də fəaliyyət göstərir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında imtahan keçirili...
22/04/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında imtahan keçirilib.

Teleradio Akademiyasında 6 aylıq tədris-təcrübə kursu proqramını başa vuran tələbələr yekun imtahanında mənimsədikləri təlim və keçdikləri təcrübədən qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

Akademiyanın təcrübəli müəllimlərindən və yüksək ixtisaslı mütəxəssislərindən dərs alan gənclər 6 aylıq tədris və təcrübə prosesində televiziya və radio jurnalistikası, nitq mədəniyyəti, efir davranışı və peşəkar material hazırlığı üzrə həm nəzəri, həm də praktiki biliklər öyrəndiklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Teleradio Akademiyasının məqsədi media sahəsinə yeni nəfəs gətirəcək, peşəkar və bacarıqlı kadrların yetişdirilməsidir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor qrupunu...
05/02/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor qrupunun dinləyiciləri üç aylıq nəzəri dərslərin yekunu olaraq bu gün yaradıcılıq işlərinin hesabatını veriblər.
Tanınmış telerejissorlardan gələcək peşələrinin sirlərini öyrənən gənclər öz fikirlərini müxtəlif mövzulara həsr olunmuş çəkdikləri qısametrajlı sənədli filmlərdə əks etdiriblər.
Azərbaycan Televiziyasının tanınmış simaları gənc rejissorların işlərini qiymətləndirib və onlara dəyərli tövsiyələr veriblər.
Layihənin rəhbərləri Nazim Məmmədov və Almas Hüseynova da gənc müdavimlərə işlərində uğurlar arzulayıblar.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının dinləyicisi Ayxa...
31/01/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının dinləyicisi Ayxan Günel Fətiş qızı bir sıra tədbir və müsabiqələrdə uğurla iştirak edib.

O, Bakı Dövlət Universitetində Zəfər Günü ilə bağlı keçirilən sosial şəbəkədə “Zəfər Trendi” marafonunda fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib. Eyni zamanda, Vaqif Səmədoğlu Mərkəzi tərəfindən təşkil olunan “Vaqif Səmədoğlu şeirinin qiraəti“ müsabiqəsində iştirakına görə təşəkkürnamə alıb. Bundan əlavə, Medianın İnkişafı Agentliyi və “AzərGold” QSC-nin təşkilatçılığı ilə həyata keçirilən “Kreativ-Media Bakı” məzmun müsabiqəsinin qalibi olub.

Gənc dinləyicimizə gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor grupunu...
16/01/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor grupunun dinləyicisi İsmayılzade Samir Malik oğlu Akademiyada təhsil aldığı dövürdə "Qızıl Məşqçi”, “Spider Girl” və “Bədən Əsəri” sənədli filmlərin quruluşçu rejissoru,ssenaristi və operatoru olub.

Gənc müdavimizə böyük uğurlar qazanmasını diləyirik.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor dinləyi...
09/01/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor dinləyiciləri üç aylıq tədris prosesinin yekun hesabatını hazırlayıb.

Layihə çərçivəsində gənc rejissorlar qısametrajlı filmlər çəkərək öz yaradıcılıq potensiallarını nümayiş edəcəklər.

Layihənin rəhbərləri Almas Hüseynova və Nazim Məmmədovdur.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor qrupunu...
06/01/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor qrupunun dinləyicisi Pircanova Xəyalə Rayət qızı “Oleqma” və “Talya” filmlərinin quruluşcu rejissoru olaraq sənədli filmlər və tematik reportajlar üzərində çalışıb, “Onun gözündə qar”, “Özümə qayıdıram” filmləri isə Cinemoff festivalında finala çıxıb.
Gənc rejissorumuza gələcək yaradıcılığında uğurlar diləyirik.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müxbir, redaktor...
28/12/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müxbir, redaktor və radio qrupunun dinləyiciləri "44 günlük Vətən müharibəsi ədəbiyyətımızda" adlı əbədi -bədii eyni zamanda kulturoloji layihəni həyata keçirib.

Layihədə televiziyanın tanınmış simaları iştirak edib. Layihənin rəhbəri ,yazıçı-publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, media eksperti Natavan Dəmirçioğludur.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında təhsil alan müda...
12/12/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında təhsil alan müdavimlərdən biri də Əzizəxanım Kazımovadır. Tədrisdə yaxşı göstəriciləri ilə seçilən Əzizxanım Gənclər və İdman Nazirliyinin İncəsənət Universiteti ilə birgə təşkil etdiyi kreativ gənclər düşərgəsində aparıcı və ifaçı kimi fərqlənərək, həmçinin, Füzuli şəhərinin 530 illiyinə həsr olunmuş tədbirdə qiraətçi kimi çıxış edərək xüsusi mükafatla təltif olunub. İki dəfə Gənc Qiraətçilərin Ümumi Respublika müsabiqəsinin qalibi olan Əzizxanım Kazımovaya peşəkar yaradıcılığında uğurlar arzulayırıq.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Kiçik hekayələr...
11/12/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Kiçik hekayələr” müsabiqəsi təşkil olunub.
Müsabiqə çərçivəsində tələbələr öz hekayələrini oxuyaraq münsiflər heyətinə nümayiş etdiriblər, iştirakçı dinləyicilərə müxtəlif hədiyyələr təqdim olunub.
Tədbirin sonunda QSC-nin sədri Rövşən Məmmədov müdavimlərin professional fəaliyyətini maraqla izlədiyini bildirərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, layihənin rəhbəri Əməkdar artist Sevda Ağazadədir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında media və dövlət ...
09/12/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında media və dövlət qurumları arasında effektiv kommunikasiyanın qurulması, ixtisaslaşmış jurnalistika mövzusunda dərs keçirilib.

Peşəkar jurnalist və kommunikasiya üzrə mütəxəssis Namiq Mailov Teleradio Akademiyasının tələbələrinə kommunikasiyanın qurulması prosesindən, alətlərdən necə istifadə olunmasından, eləcə də dövlət qurumları ilə əməkdaşlıq zamanı tələb olunan əsas məqamlardan danışıb.

O, həmçinin ixtisaslaşmış jurnalistikanın peşəkar mühitə verdiyi töhfələri də dinləyicilərin diqqətinə çatdırıb.

Address

Agdam

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125370223

Alerts

Be the first to know and let us send you an email when Teleradio Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category