Kulis az

Kulis az Kulis.az – “APA Group”un tərkibində fəaliyyət göstərən online mədəniyyət portalıdır. Baş redaktor: Ulucay Akif

Kulis.az – Azərbaycan dilində fəaliyyət göstərən online ədəbiyyat və mədəniyyət portalıdır.

4 aprel 2011-ci il tarixindən internet istifadəçilərinin ixtiyarındadır. Hazırda Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir. Portalda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr

, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, videomateriallar təqdim edilir. Operativ materiallarla ölkənin ədəbi-mədəni prosesinə işıq tutmaqla yanaşı, müsabiqə və yarışmalar təşkil etmək, müzakirə və sorğular keçirməklə bu prosesə təsir etmək imkanına malikdir. Kulis.az saytı yaradıcılıqla məşğul olan və bizimlə əməkdaşlıq etmək istəyən hər kəsin üzünə açıqdır.

07/06/2026



Kulis.az "Günün şeiri" layihəsində Musa Yaqubun "Ayrılıq" şeirini təqdim edir.

Olanım ötdü getdi,
Qalan günüm, sən yaşa.
Bu dünya ayrılıqdır,
Ayrılıq başdan-başa.

Ayrılıqdır bu payız,
Geri dönməz o bahar.
Yarpağ-yarpağ könlümü
Göynədir ayrılıqlar.

Bir durna qanadında,
Bir gülün həyatında,
Ömrün hər saatında
Min cürə ayrılıq var.

Ya bir doğma, ya bir dost,
Ya bir yar ayrılığı…
Ya da varlıq, araya
Düşüb qar ayrılığı.

Aman, bu ayrılıqlar…
Olanlarım ayrılıq
Olacağam intizar.

O əl çıxdı əlimdən,
Gərək könlüm ayıla
Hara gedim bu yolu
Mən ayrıla-ayrıla?

Bu gün məşhur yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun doğum günüdür.Kulis.az professor Taylan Karan...
07/06/2026

Bu gün məşhur yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun doğum günüdür.

Kulis.az professor Taylan Karanın "Orhan Pamuku "tənqid edə bilməmək", İlber Ortaylının yanılması və məscidin balkonu haqqında " yazısını təqdim edir.

- Darıxdırıcıdır” deyə tənqid olar? Tez-tez bu cür “tənqidləri” oxuyuruq: “Orxan Pamukun kitabları darıxdırıcıdır”, “Orxan Pamukun kitablarını bitirə bilmirəm”.

Bu növdən olan əsaslandırılmamış və subyektiv ifadələr bir tənqid olmadığı kimi, özlüyündə müsbət və ya mənfi bir məzmun da daşımır. Romanlar, müəyyən bir oxucunun bitirib-bitirə bilməmək qabiliyyətinə və ya darıxdırıcı hesab edib-etməməsinə görə sinifləndirilə bilməz.

Bir kitabın ədəbi keyfiyyəti oxucuya darıxdırıcı və ya əyləncəli gəlməsinə görə qiymətləndirilə bilməz.

Bir kitabın bitirilə bilən olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. C. Coysun "Uliss"i (Ulysses) də çox oxucu üçün bitirilə bilməz, M. Prustun “İtirilmiş zamanın axtarışında” kitabı da çox oxucu üçün darıxdırıcıdır. F. Kafka da, T. Mann da, L. Tolstoy da darıxdırıcı və ya bitirilə bilməz deyə xarakterizə edilə bilər. Bu növ “tənqid”lərin heç bir dayağı və əhəmiyyəti yoxdur.

Ətraflı şəkildə oxumaq üçün link şərhdə

"İstəyirəm, məni olduğum kimi qəbul etsinlər. Xasiyyət, səs eyni olaraq qalıb. Mənim daxilimdəki uşaqlıq da qalıb. Mənim...
06/06/2026

"İstəyirəm, məni olduğum kimi qəbul etsinlər. Xasiyyət, səs eyni olaraq qalıb. Mənim daxilimdəki uşaqlıq da qalıb. Mənim dəyişməyə ehtiyacım yoxdur. Heç vaxt plastik əməliyyat etmərəm. Qızlar, xanımlar elə mənim kimi qalsın, təbii və gözəl. Əndazəni aşmasınlar. Mənim stilim də romantikdir".

Bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "Günə uğurla" proqramında deyib. Müğənni heç vaxt görünüşünü dəyişməməsindən danışıb. O bildirib ki, plastik əməliyyatlara qarşıdır:

"Yaşla deyil ki, görünüşdür əsas. 1953-cü ildənəm. Əsas görünüşdür. Həmişə cavan Ruhəngizəm".

Yenidən filmə çəkilmə təklifi alan ifaçı "1973-cü ildə doğulmuşam. Yaşımı gizlətmirəm. Mənim çimərlik geyimində filmə çəkilməyim hələ də danışılır. Cavan, incə qız idim. Orada nə yaşım var idi ki... İllərdir heç dənizə getmirəm. İndi təklif gəlir. Amma elə qoy insanlar məni "Baladadaşın ilk məhbətti" filmindəki kimi xatırlasın" sözlərini deyib.

Kulis.az Firidun Ağazadənin "Səməd Vurğunun 120 illik yubileyinə" yazısını təqdim edir.- Antologiyada Səməd Vurğunun ən ...
06/06/2026

Kulis.az Firidun Ağazadənin "Səməd Vurğunun 120 illik yubileyinə" yazısını təqdim edir.

- Antologiyada Səməd Vurğunun ən yaxın dostları, Nikolay Tixonov, Konstantın Sımonov ... da var, üstəgəl, o illərdə, respublikamız, axı, bir az öndə gedənlərdən idi... Amma yenə bizi gözardı eləyiblər.

Həmin illərdə bizim Yazıçılar İttifaqı hara baxırdı?”.

İndi neçə gündür yata bilmirəm – demək, hər şey... İttifaqda olduğumuz 80 il boşuna imiş?..

Ətraflı oxumaq üçün link şərhdə

Kulis.az Əsəd Cahangirin Xalq yazıçısı Anarın "Əlaqə" povesti və rejissor Cahangir Zeynallının eyniadlı filmi haqqında y...
06/06/2026

Kulis.az Əsəd Cahangirin Xalq yazıçısı Anarın "Əlaqə" povesti və rejissor Cahangir Zeynallının eyniadlı filmi haqqında yazısını təqdim edir.

"Beşmərtəbəli evin altıncı mərtəbəsi" onun müstəvidən (beşmərtəbədən) fəzaya (altıncı mərtəbəyə) qalxmasıdır;

"Əlaqə" isə artıq fəzasıdır.

Hər bir əsl yazıçıda bu və ya digər dərəcədə peyğəmbərlik olur və ya olmalıdır. Quranın buyurduğu kimi, "Allah istədiyi kəsləri dərəcələrlə yüksəldir" ("Yusif" surəsi, 76). Ortodoksal-dini baxış deyir ki, Həzrəti Məhəmməddən sonra peyğəmbərlik institutu bağlanıb. Konseptual mənada - sözün geniş anlamında isə peyğəmbər missiyasını vaxtilə övliyalar, bu gün yazıçılar, alimlər filosoflar yerinə yetirir. Bəs, Anar özünün bu əsərlərində, özəlliklə də, yaradıcılığının iyirmi illik birinci dönəminə (1960-80) yekun vuran "Əlaqə" povestində düşüncənin hansı dərəcəsinə yüksəlmiş, hansı yazıçı peyğəmbərliyi göstərmişdi?

Davamı şərhdə

06/06/2026

"İçərişəhərdə şortikə görə bir nəfəri məhəllədən qovurlarsa, görün kənarda nələr baş verir…" - Ulucay Akif danışır

 Kulis.az "Günün şeiri" layihəsində Eldar Baxışın "Sərçə balası" şeirini təqdim edirİlahi, mənə yox, mən istəmirəm,İlahi...
06/06/2026



Kulis.az "Günün şeiri" layihəsində Eldar Baxışın "Sərçə balası" şeirini təqdim edir

İlahi, mənə yox, mən istəmirəm,

İlahi, yazığın gəlsin bu qıza.

Elə eləmə ki,

oğlanlar, qızlar,

Kişilər, arvadlar gülsün bu qıza.

Elə eləmə ki,

vüsal yerinə

Göz yaşı danışsın, qəhər danışsın.

Bir qızdan bir bölük adam danışsın,

Bir qızdan bir böyük şəhər danışsın.

Elə eləmə ki, bu qız bu eldə,

Dilə-dişə düşsün məndən ötəri…

Sərçə balasıdı bu qız bu saat,

Boynunu uzadıb dəndən ötəri.

Bu qızın

bu saat məndən umduğu,

Məndən istədiyi dən məndə yoxdu.

Bu qız ay istəyir, ay yoxdu məndə,

Bu qız gün istəyir gün məndə yoxdu.

Sevgi yoxdu məndə sevəm bu qızı,

Elə axan suyu belə döndərim.

Çevirəm özümü kəpənəyə mən,

Bu qızı çiçəyə, gülə döndərim.

Səndən çiçək olmaz, səndən gül olmaz,

Məndən də kəpənək, sərçə balası.

Durduğumuz yerdə biz niyə duraq,

Biz niyə tərpənək, sərçə balası?

Lap belə tərpəndik, lap belə getdik,

Sən deyən, mən deyən olası deyil.

Sərçə balasısan sən bu dünyada,

Şair ki, kəpənək balası deyil.

Kəpənək olmuşam dünyada bir vaxt,

Qanadım da olub bilmək istəsən.

İstəyim də olub özümə görə,

İnadım da olub, bilmək istəsən.

O qanad,

o inad,

o istək hanı,-

O qanad,

o inad,

o istək öldü.

Bircə gün çəkmədi gəlib-getməyi,

Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,

ağca yun kimi,

Diddilər, diddilər o kəpənəyi.

Daraşıb qanadlı, əlli-ayaqlı,

Yedilər, yedilər o kəpənəyi.

Hanı o kəpənək, hanı o sevgi?-

Yaşamır, yaşamır, sərçə balası.

Bu ağ kəpənəklər o kəpənəyə,

Oxşamır, oxşamır, sərçə balası.

…Sən ey yeri, göyü yaradan kişi,

Uzaq görünürmü ordan yer sənə?!

Bu qıza bu boyda sevgi vermisən,

Mənə də bir azca sevgi versənə.

Səni də düşəsən mənim günümə,

Sənin göyün olsun,

quşun olmasın.

İlahi, neyləsən, sən mənə eylə,

İlahi, bu qızla işin olmasın…

Bu gün görkəmli opera müğənnisi, Xalq artisti Xuraman Qasımovanın doğum günüdür.Kulis.az Xalq yazıçısı Elmira Axundovanı...
06/06/2026

Bu gün görkəmli opera müğənnisi, Xalq artisti Xuraman Qasımovanın doğum günüdür.

Kulis.az Xalq yazıçısı Elmira Axundovanın "Tarixi şəxsiyyət" layihəsi çərçivəsində onunla müsahibəsini təqdim edir.

- Əlbəttə, Heydər Əliyev bizi daim mehriban qarşılayır, bizimlə qürur duyurdu. İstər burada olsun, istərsə də Moskvada, elə bir hökumət konserti olmurdu ki, Qasımova bacıları və ya bizlərdən birimiz orada iştirak etməyək. 1984-cü ildə aktiv konsert fəaliyyətimizə görə ikimiz də Azərbaycan Dövlət Mükafatına layiq görüldük. Heydər Əliyevlə eyni vaxtda Moskvada işləyən və bu konsertlərdə onunla birgə iştirak edən SSRİ mədəniyyət naziri Pyotr Demiçev deyirdi: «Heydər Əliyeviç, sizin nə gözəl müğənniniz var – Fidan Qasımova! Biz onu Bolşoy Teatra götürmək istəyirik. Elə bacısını da. Yaxşısı budur, ikisini də götürək». Bu söhbət Moskvada, bizim çıxış etdiyimiz Sütunlu zalın kulisində baş tutmuşdu. Heydər Əliyev isə demişdi: «Mən bu qızları sizə verməyəcəyəm. Bizdə də onları çox sevirlər. Siz Tahir Salahovu, Müslüm Maqomayevi, Əjdər İbrahimovu bizim əlimizdən almısınız. Sizdə bizim məşhur adamlarımız çoxdur. Zəhmət olmasa, onları Bolşoy Teatra dəvət edin, qoy qastrola gəlsinlər, amma sonra evlərinə – geriyə qayıtsınlar». Bax belə maraqlı bir söhbət olmuşdu.

Müsahibəni oxumaq üçün link şərhdə

05/06/2026

Xəlil Rza Ulutürk oğlunun toy mərasimində Mikayıl Mirzə ilə rəqs edir

05/06/2026

Bakının mərkəzində, məşhur xeyriyyəçi Ağa Musa Nağıyevə məxsus olmuş memarlıq abidəsi statuslu binalardan birində yerləşən mənzil satışa çıxarılıb.

Kulis.az xəbər verir ki, sözügedən mənzil Səməd Vurğun küçəsində yerləşir.

Bildirilir ki, bina cəmi 3 mərtəbədən ibarətdir və hər mərtəbədə yalnız bir mənzil yerləşir. Mənzilin ümumi sahəsi 363 m² təşkil edir.

Mənzilin əsas üstünlüklərindən biri təxminən 5 metr hündürlüyündə tavanlara malik olması və otaqların əksəriyyətində dövrün orijinal əl işləri olan naxışlı gips ornamentlərinin qorunub saxlanılmasıdır. Bu, tarixi ruhu və memarlıq dəyərini bu günə qədər yaşadan nadir nümunələrdən biridir.

Mənzil yüksək keyfiyyətli italyan interyeri ilə təchiz olunub. İstifadə olunan mebel və avadanlıqlar dünyanın aparıcı brendlərinə məxsusdur: "Chelini, Groce Giovanni", "Grifoni Vittorio", "Dolfi", "Loro Piana və Etro".

Mətbəx avadanlıqları "La Cornue və Lottocento", hamam aksesuarları isə "Bianchini & Capponi" markalarındandır. Mənzildə "Bosse" musiqi sistemi quraşdırılıb və bütün interyer konsepsiyası italyan memar tərəfindən xüsusi olaraq layihələndirilib.

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Kulis az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kulis az:

Share

Category