Azerbaijan News24

Azerbaijan News24 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azerbaijan News24, Media/News Company, Agdam.

AKP sədrinin müavini: Zəngəzur dəhlizinin açılmasında qərarlıyıqZəngəzur dəhlizinin açılmasında qərarlıyıq, işlər davam ...
26/07/2025

AKP sədrinin müavini: Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq

Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq, işlər davam edir.

Bunu ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu partiyasının Ədirnə şəhərində keçirilən toplantısında deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatını (TDT) gələcəkdə regional sülh və əmin-amanlığı təmin edəcək mühüm regional ittifaqa çevirəcək Zəngəzur dəhlizinin açılması üçün müvafiq addımlar atılır: "Dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa keçidi təmin edəcək. Cənab Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan -red.) bu mövzu ilə bağlı güclü iradəsi var və Azərbaycanla Türkiyə arasında bu mövzuda ciddi müzakirələr aparılır".

Siyasətçi Zəngəzur dəhlizinin təkcə Türkiyə və Azərbaycan yox, bütün region üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: "Çin sərhədindən çıxan konteyner bu marşrutla, Türkiyə vasitəsilə Avropaya çatacaq".

PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdırAzərbaycan tərəflərin m...
26/07/2025

PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır

Azərbaycan tərəflərin maraqlı olduğu təqdirdə Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.

O vurğulayıb ki, Bakı özünü regionun diplomatik paytaxtlarından biri kimi təsdiqləyib və mühüm beynəlxalq danışıqlara ev sahibliyi edir.
"Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna - red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail də Bakıda danışıqlar aparıb. Daha əvvəllər burada Rusiya və ABŞ arasında raket əleyhinə müdafiə sistemləri ilə bağlı strateji danışıqlar, həmçinin Rusiya-NATO danışıqları keçirilib. Son vaxtlar Bakıda bir çox digər diplomatik tədbirlər keçirilib. Biz hamını qəbul etməyə şadıq, lakin heç kimi məcbur edə bilmərik. Onlar özləri bizə müraciət etməlidirlər", - H.Hacıyev qeyd edib.

Azad olunmuş ərazilərdə dincəlmək istəyənlərin nəzərinə!Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə...
26/07/2025

Azad olunmuş ərazilərdə dincəlmək istəyənlərin nəzərinə!

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq sahələrində yanğın hadisələrinin artması ilə bağlı vətəndaşlara çağırış edib.

Çağırışda azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artması müşahidə olunduğu qeyd edilir.

Çağırışda bildirilir ki, işğaldan azad olunmuş ərazilərdə olarkən odla davranış qaydalarına ciddi riayət etsinlər: “Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar. Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər.

Baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə və yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər.

Eyni zamanda, qeyd edək ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən süni maneələr və istehkamlar, eləcə də təbii olan bitki örtüyünün heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma fəaliyyəti kimi prosedur mövcuddur. Lakin ANAMA tərəfindən bu kimi fəaliyyət icra edilmir.

İşğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə müraciət etməyiniz tövsiyə olunur. Özümüzü, yaxınlarımızı, təbiətimizi və Vətən torpağını birgə qoruyaq”.

Ağdam və Füzulidə dağlıq ərazidə baş vermiş yanğınlar tam söndürülübAğdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlı...
26/07/2025

Ağdam və Füzulidə dağlıq ərazidə baş vermiş yanğınlar tam söndürülüb

Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Hazırda Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsindən helikopterləri iştirak edir.

🇦🇿🇺🇦Ukraynada Azərbaycan Milli Qəhrəmanı pilot Aleksandr Kalyaninovun xatirə guşəsinin təqdimatı olubBu gün Ukraynanın A...
26/07/2025

🇦🇿🇺🇦Ukraynada Azərbaycan Milli Qəhrəmanı
pilot Aleksandr Kalyaninovun xatirə guşəsinin təqdimatı olub

Bu gün Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin iştirakı ilə Kropyvnytski şəhərində yerləşən Dövlət Uçuş Akademiyasında, Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun xatirə guşəsinin təqdimatı olub.

Akademiya kollektivinin təşəbbüsü, Ukrayna Ali Radasının deputatı Roma Hrişçukun və səfirlik komandasının dəstəyi ilə Aleksandr Kalyaninovun adını daşıyan memorial auditoriya və Milli Qəhrəmanın həyatına, təhsilinə, peşə yoluna və baş vermiş faciəyə həsr olunmuş tematik ekspozisiya yaradılıb.

Burada QR-kod vasitəsilə onun haqqında daha ətraflı məlumat əldə etmək mümkündür. Hazırda UDUA-da Azərbaycandan 60-dan çox kursant təhsil alır. Görüş zamanı Akademiya rəhbərliyi ilə Azərbaycan Respublikasının aviasiya qurumları və təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi üzrə konkret növbəti addımlar müzakirə olunub.

Səfir qəhrəmanın xatirənin qorunmasına və Ukrayna-Azərbaycan aviasiya tərəfdaşlığının inkişafına görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin Rusiya ərazisində vurulması nəticəsində kapitan İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninovun peşəkarlığı və qətiyyətli qərarları sayəsində göyərtədə olan 67 nəfərdən 29-nun həyatı xilas olunub.

26/07/2025

🇦🇿 ❤ Kəngərlidə yeni həyat: Ağayevlər ailəsinin Böyük Qayıdışı.

Prezidentin köməkçisi Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə münasibət bildiribAzərbaycan...
26/07/2025

Prezidentin köməkçisi Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib.

O, Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində deyib ki, bu, Ermənistanın qərar verəcəyi məsələdir.

"Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq", - o vurğulayıb.

26/07/2025

🇹🇷 Türkiyə dünyada ilk raket atan robot iti təqdim etdi.
"Roketsan" şirkəti tərəfindən istehsal edilən robot it "Koz" adı ilə İstanbulda keçirilən IDEF sərgisində təqdim edilib. 🐶🚀

Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcəkİran hakimiyyəti xarici siyasətdə qonşu ölkəl...
26/07/2025

Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək

İran hakimiyyəti xarici siyasətdə qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Pakistan və Fars körfəzi sahilində yerləşən dövlətlərlə münasibətlərin möhkəmləndirilməsinə üstünlük verir.

Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması müsbət nəticələrə gətirib çıxara bilər.

Prezident, həmçinin deyib ki, İran BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrlə əlaqələri genişləndirəcək.

"İran Rusiya, Çin və digər tərəfdaşlarla fəaliyyətini əlaqələndirəcək, bu prosesi Avropa və digər ölkələrlə də davam etdirəcək", - o vurğulayıb.

Hakan Fidan: İranla İsrail arasında yeni müharibə ehtimalı həmişə mövcuddurİran və İsrail arasında yeni bir müharibənin ...
26/07/2025

Hakan Fidan: İranla İsrail arasında yeni müharibə ehtimalı həmişə mövcuddur

İran və İsrail arasında yeni bir müharibənin başlama ehtimalı hər zaman aktualdır.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV kanalına müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, tərəflər 12 günlük müharibədən müəyyən nəticələr çıxarır.

“Xüsusilə İsrail müəyyən məsələləri yenidən qiymətləndirilməsini istəyə bilər. Mən inanıram ki, əgər İran hücuma məruz qalmasa, özü hücum etməyəcək. Əgər nüvə danışıqlarında razılıq əldə olunsa, yeni bir müharibə görməyəcəyik”, – deyə Fidan bildirib.

Prezidentin köməkçisi: ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirikAzərbaycan ATƏT-in Minsk Qrupunun t...
26/07/2025

Prezidentin köməkçisi: ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik

Azərbaycan ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Minsk Qrupu 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdi və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədi:

"Biz, həmçinin ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik. Onlar 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdilər və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədilər. Hazırda ərazi üzərində real sülh mövcuddur".

H.Hacıyev əlavə edib ki, hazırda Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda təzminat məsələsi yoxdur:

"Lakin Azərbaycan bütün ziyanların düzgün qiymətləndirilməsini aparıb. Ermənistan beynəlxalq hüququ açıq şəkildə pozub, 30 il ərzində Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlar şəhər və kəndlərimizi tamamilə dağıdıblar. BMT metodologiyası əsasında apardığımız qiymətləndirməyə görə ziyanın məbləği 150 milyard ABŞ dolları civarındadır".

26/07/2025

Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter və 620 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan News24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azerbaijan News24:

Share