Rusiyada “İlya Muromets” adlı ağır tipli pilotsuz uçuş aparatının (PUA) hazırlanması üzərində iş aparıldığı bildirilib. Kopter tipli bu dronun cəbhə xəttindən ağır yaralanmış Rusiya ordusunun nümayəndələrinin təxliyəsi üçün nəzərdə tutulduğu açıqlanıb.
APA xəbər verir ki, “Defense Express” nəşrinin yazdığına görə, bu barədə Rusiyanın “Spektr” konstruktor bürosu məlumat verib və qeyd edib ki, dron stels texnologiyaları tətbiq olunmaqla hazırlanacaq — yəni xüsusi polimer örtükdən istifadə olunacaq.
Bürodan bildirilib ki, təxliyə üçün nəzərdə tutulan bu dron xüsusi olaraq hazırlanıb.
Lakin ekspertlərin fikrincə, bu bəyanatlarda müəyyən anlaşılmazlıq yaradan məqam var.
Belə ki, “İlya Muromets” dronunun daşıma qabiliyyəti cəmi 100 kiloqram səviyyəsində göstərilib.
27/07/2025
❗️Bakı Olimpiya Stadionunda keçiriləcək konsert proqramı ilə əlaqədar olaraq Heydər Əliyev prospekti və Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi istiqamətindən stadion istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
27/07/2025
ABŞ prezidenti Donald Tramp Rusiya hakimiyyətinə qarşı səbrini itirir, çünki Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların ləngiməsi onu narahat edir.
APA xəbər verir ki,bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalında çıxışı zamanı bildirib.
Dövlət katibi qeyd edib ki, Tramp sülh razılaşmasına nail olmaq və nəhayət Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir.
Lakin Rubionun sözlərinə görə, hazırda ABŞ prezidenti getdikcə daha da əsəbiləşir, çünki Vladimir Putinlə aparılan müsbət telefon danışıqları real nəticə vermir.
“O, səbrini və Rusiya tərəfinin hər hansı addım atmasını gözləmə əzmini itirir”, – deyə Rubio vurğulayıb.
26/07/2025
❗️🇦🇿Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər öl*üb, bir nəfər yaralanıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qarakeçdi kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində Mahir Abdullayev, Şəhla Novruzova və Xədicə Novruzova hadisə yerində öl*üb, Ramilə Abdullayeva isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
26/07/2025
Cehiz davasının təfərrüatı: “Oğlan iki dəfə nişanlı olub, ikisində də cehiz üstündə ayırıblar"
26/07/2025
“Azərbaycanla Rusiya arasında münasibətlərdəki bu vəziyyət AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə yaranıb".
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.
“Hadisə Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş vermişdi və biz onun necə baş verdiyini bilirik. Bu, sirr deyil. Qonşu və tərəfdaş dövlət olan Azərbaycan Rusiyadan məsuliyyəti üzərinə götürməsini və bu məsələdə ədaləti təmin etməsini gözləyir”, - deyə Hikmət Hacıyev vurğulayıb.
26/07/2025
"Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır".
Bu barədə APA-ya Mərkəzi Klinikanın Baş həkimi Prof. Dr. Kamran Musayev məlumat verib.
"Müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, - o bildirib
26/07/2025
“Təəssüf ki, Almaniya mətbuatı da daxil olmaqla, Avropanın bəzi aparıcı kütləvi informasiya vasitələri Azərbaycan əleyhinə məqsədyönlü təbliğat aparırlar. Yeni reallıqlara baxsaq, Tramp Administrasiyası USAID-in əvvəlki Administrasiya ilə birlikdə çoxsaylı gizli əməliyyatlar həyata keçirdiyini aşkarlayıb”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.
O söyləyib ki, USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb:
“Onlar regiondakı bir sıra kütləvi informasiya vasitələrini maliyyələşdirərək, bu KİV-lərə Azərbaycandakı hadisələri neqativ yöndən işıqlandırmağı tapşırırdılar. İndi nisə əksinə, biz Azərbaycanla bağlı daha az neqativ məqalələrin dərc edildiyinin şahidi oluruq. Çünki artıq USAID-in keçmiş rəhbəri Samanta Pauer kimi insanlar yoxdur. O, Azərbaycana və onun xalqına genetik səviyyədə nifrət edirdi”.
26/07/2025
❗️Ağdərə rayonunun Talış kəndi ərazisində boşluq sahədə başlayan yanğın davam edir - EKSKLÜZİV GÖRÜNTÜLƏR
APA-nın əməkdaşı yanğının söndürülmə prosesini helikopterdən müşahidə edib və lentə alıb.
26/07/2025
“Rusiyanın hərbi sənaye müəssisələri, logistikası və hava limanları bu ölkənin başlatdığı müharibənin real təsirlərini hiss etməlidir”.
APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin ərazisinə gecə saatlarında pilotsuz uçuş aparatları vasitəsilə zərbələrin endirilməsinə münasibət bildirərkən deyib.
O əlavə edib ki, Rusiya tərəfinin törətdiyi əməllər cavabsız qala bilməz:
“Bu zərbələr cavabsız qala bilməz. Bizim pilotsuz uçuş aparatlarının dəqiqliklə gördüyü cavab tədbirləri sülhü yaxınlaşdıracaq üç arqumentdən biridir”.
Qeyd edək ki, ötən gecə ərzində Rusiya Dnepr ərazisinə PUA və raketlərlə ümumilikdə 235 zərbə endirib. Onlardan 200 ədədi zərərsizləşdirilib.
25/07/2025
🇦🇲Güclü yağışdan sonra İrəvan küçələrində avtomobillər suyun içində qalıb
25/07/2025
ABŞ Prezidenti Donald Tramp Fransa dövlət başçısı Emmanuel Makronun Fələstini tanımaq təşəbbüsünə münasibət bildirib.
APA xəbər verir ki, Donald Tramp Makronun sözlərinin əhəmiyyət daşımadığını vurğulayıb.
“Dediklərinin əhəmiyyəti yoxdur. Onu xoşlayıram, yaxşı oğlandır. Amma bu bəyanatının heç bir çəkisi yoxdur”, - Tramp qeyd edib.
Xatırladaq ki, Emmanuel Makron Fransanın sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.
ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Amerika Birləşmiş Ştatları Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.
Be the first to know and let us send you an email when APA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
"Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Agentlik həftənin bütün günləri ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.
Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət orqanları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Azərbaycanda nəşr olunan və yayımlanan əksər kütləvi informasiya vasitəsi APA-nın abunəçisidir. Abunəçilər sırasında ölkənin aparıcı iqtidar və müxalifət mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir. Ölkənin əksər qeyri-hökumət təşkilatları, xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumları da APA-nın abunəçisidir.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, İran, Gürcüstan və Böyük Britaniyada ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər.
Agentliyin tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir.
"APA Economics"in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. “APA-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir. “APA-Economics”in tərtib etdiyi bank, sığorta və birja iştirakçılarının renkinqi hər zaman oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox bank, sığorta şirkətlərinin rəhbər şəxsləri “APA-Economics”in tərtib etdiyi renkinqləri istinad mənbəyi kimi göstərir.