Arqument.az

Arqument.az Media

İyulun 16-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Azərbaycan milli mətbuatının 150 illiyi münasibəti ilə ...
18/07/2025

İyulun 16-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Azərbaycan milli mətbuatının 150 illiyi münasibəti ilə qəbul təşkil edib.

Auditoriya qarşısında çıxış edərək səfir son illər Azərbaycanda media azadlığı ilə bağlı "narahatlıq doğuran" hadisələrin müşahidə olunduğunu qeyd edib. Səfir xüsusilə "AbzasMedia", "ToplumTV" və "MeydanTV" jurnalistlərinin həbsinə, "BBC Azərbaycanca"nın ofisinin bağladılmasına diqqət çəkib.

O, həbslərin "dərin narahatlıq" doğurduğunu qeyd edərək "BBC Azərbaycanca"nın ofisinin bağlanmasını "həm Azərbaycanda 1 milyonluq auditoriyaya, həm də müstəqil jurnalistikaya məyusedici zərbə" adlandırıb.

Səfər bu il "Turan" İnformasiya Agentliyinin fəaliyyətini dayandırmasını da xatırladaraq bunu "mətbuat azadlığına daha bir zərbə" kimi dəyərləndirib.

Hələlik, bu bəyanata Azərbaycan rəsmilərindən münasibət bildirilməyib. Amma onlar ölkədə media azadlığına basqıların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Hakimiyyət təmsilçilərinin fikrincə, jurnalistlər peşə fəaliyyətlərinə görə yox, qanunvericiliklə bağlı hüquqi araşdırmalar çərçivəsində həbs ediliblər.

Bu il "BBC Azərbaycanca" Azərbaycanda fəaliyyətini dayandırdığını, hökumətdən şifahi göstəriş aldıqdan sonra ofisini bağlamaqla bağlı "könülsüz" qərar qəbul etdiyini bildirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə məsələni siyasiləşdirməməyə çağırıb, oxşar qərarın bəzi digər media qurumları ilə bağlı da verildiyini açıqlayıb. Həmin vaxt hökumətyönlü media yazırdı ki, "BBC Azərbaycanca" və Rusiyanın "Sputnik-Azərbaycan" media qurumu əməkdaşlarının sayının bir nəfərə endirilməsi tələb olunub.

1875-ci ildə "Əkinçi" qəzetinin fəaliyyət başlaması Azərbaycanda milli mətbuatın yaranması kimi qeyd edilir.

Moskva özünü Kiyevə silahları ilə Rusiyanın dərinliklərini vurmağa imkan verən ölkələrin hərbi obyektlərinə qarşı silah ...
17/07/2025

Moskva özünü Kiyevə silahları ilə Rusiyanın dərinliklərini vurmağa imkan verən ölkələrin hərbi obyektlərinə qarşı silah istifadə etmək hüququna malik hesab edir.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Tramp bir-başa Moskvanın hədəf göstərilməsi üçün "Patriot" raketlərinin Ukraynaya verilməsi barədə göstəriş vermişdi.

Polis tərəfindən saxlanılan reper "Epi" (Əkbər Novruzlu), məhkəmə qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs ed...
16/07/2025

Polis tərəfindən saxlanılan reper "Epi" (Əkbər Novruzlu), məhkəmə qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs edilib. Həbsin səbəbi kimi onun bir neçə gün öncə ifa etdiyi misralar göstərilsə də, rəsmi ittihamlar İnzibati Xətəalar Məcəlləsinin 206-cı (narkotik maddələrlə bağlı qayda pozuntusu) və 510-cu (xırda xuliqanlıq) maddələri əsasında qeyd edilib.

Onun həbsi sosial mediada aktiv müzakirəyə səbəb olub. Xüsusilə də "Epi"nin rəqibi olan digər reper "Paster"ə dediyi bu misraları:

"Sənin də var idi radikal vaxtın.
Vaxtında PashaBank-a diss atıb,
Otur qucağına Kapital Bankın"

Reperin həbs qərarının qəbulunda bu misraların təsirli olduğu iddia edilir. Lakin rəsmi orqanlar həbsin narkotik maddə saxlanması və xuliqanlıq ittihamları ilə əlaqəli olduğunu bildiriblər.

Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.KİV xəbər verir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bak...
16/07/2025

Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

KİV xəbər verir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində söyüş və əxlaqsız ifadələrin yer aldığı repin səbəb olduğu bildirilir.

Bakı bulvarındakı tədbir zamanı açıq məkanda səsləndirilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda reperlə bağlı araşdırma gedir.

Milli Məclisin İcmai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az saytına deyib ki, Azərbaycanda...
15/07/2025

Milli Məclisin İcmai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az saytına deyib ki, Azərbaycanda dövlət səviyyəsində anılan matəm günləri Xocalı soyqırımı və 20 Yanvar faciəsi ilə bağlıdır.

Deputatın sözlərinə görə, 1918-ci il martın 31-də 30 mindən çox azərbaycanlının qətlə yetirilməsi də dünya azərbaycanlıları tərəfindən soyqırımı kimi tanınır və bu tarix də xalqın yaddaşında xüsusi yer tutur.

“İslam dinində isə "matəm günü" anlayışı yoxdur. Əgər belə olsaydı, Peyğəmbərin və ya ilk xəlifələrin - Hz. Əlinin, Hz. Osmanın, Hz. Ömərin şəhid olduqları günlərdə müsəlmanlar matəm mərasimləri keçirərdi. Amma bu tarixlər heç bir şəkildə dini matəm kimi qeyd edilmir,” - deyə Fazil Mustafa bildirib.

Deputat vurğulayıb ki, Məhərrəmlikdə keçirilən matəm mərasimləri Qurana deyil, İran ənənələrinə və Səfəvilər dövründə formalaşmış adətlərə əsaslanır:

“Buveyhilər dövründə əsasını qoyduqları, sonradan İran vasitəsilə Səfəvilərin yaydığı bu ənənə bizim regionda da qəbul olunub. Səfəvilər dövrünə qədər Azərbaycanda belə kütləvi matəm mərasimləri keçirilmirdi. Bu, Qurandan qaynaqlanan bir ibadət deyil, sadəcə adət-ənənədir”.

Fazil Mustafa hesab edir ki, İslamın təməl prinsiplərinə əsaslanan müsəlmanların heç biri nifrət, qəzəb və ya özünə əzab verməyi təşviq edən, insanları qaranlıq düşüncələrə sürükləyən adətləri qəbul etməz:

“Qurana istinad edən müsəlman heç zaman radikalizm nümayiş etdirməz, özünü teatral şəkildə əzabkeş kimi göstərməz. Əgər belə bir anlayış İslamda olsaydı, müsəlmanlar ilin 90 faizini matəm və ağlamaqla keçirməli olardı. Amma nə sünnilikdə, nə də şiəlikdə belə bir dini əsas var”.

İran Ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər iyulun 13-də Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ilə...
15/07/2025

İran Ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər iyulun 13-də Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ilə görüşüb.
“İRNA” xəbər agentliyinin məlumatına görə, görüşdə İran-Pakistan əlaqələri, İsrailin İrana iyunda hücumu, ABŞ ilə münasibətlər və başqa məsələlər müzakirə olunub.
Xəbərdə qeyd olunur ki, Əkbər Pakistan tərəfinə Azərbaycandan şikayət edib və Azərbaycanın İsrail və Suriya hökumətləri ilə yaxınlığından gileylənib.
“Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının baxışlarına zidd hərəkətlər edir. Məsələn, Colan təpələri ilə sionist rejim arasında vasitəçilik, eləcə də bu rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinin p*k nöqtəsində İsrailə neft ixracını qeyd etmək olar. Onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikirlərinə zidd olan bu hərəkətlər edilir?”, - Əkbər sual edib.
Azərbaycan Xarici İşlər Nazirliyi xəbərə hələ ki münasibət bildirməyib.
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaara iyulun 12-də Azərbaycana səfər edib, prezident İlham Əliyevlə görüşüb.
Görüşdən sonra Azərbaycanın Suriya ilə İsrail arasında danışıqlara vasitəçilik edəcəyi bildirilib.

ABŞ Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizinə nəzarət etməyi təklif edib. Bu addım Cənubi Qaf...
15/07/2025

ABŞ Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizinə nəzarət etməyi təklif edib. Bu addım Cənubi Qafqazın iki ölkəsi arasında uzun müddətdir dayanan diplomatik danışıqları irəlilətmək məqsədi daşıyır.

Bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrack cümə günü keçirilən brifinqdə jurnalistlərə bildirib.

Ermənistan və Azərbaycan mart ayında sülh sazişinin layihəsi üzrə razılığa gəlsələr də, Bakı həmin sazişi rəsmən imzalamazdan əvvəl bir neçə əlavə şərtin yerinə yetirilməsini tələb edir.

Bu şərtlərdən biri Ermənistan Konstitusiyasına düzəliş edilməsi, orada Azərbaycan ərazisinə dair istinadların çıxarılmasıdır.

Danışıqlarda əsas mübahisə mövzularından biri isə Zəngəzur dəhlizidir. Bakı bu dəhliz vasitəsilə əsas ərazisi ilə eksklavı olan Naxçıvan arasında birbaşa əlaqənin yaradılmasını istəyir.

Ermənistan isə bu dəhlizin “Zəngəzur dəhlizi” adlandırılmasına etiraz edir. Rəsmi Yerevan bu terminologiyanın Ermənistanın suverenliyi altında olan Sünik bölgəsinə qarşı ərazi iddialarını ehtiva etdiyini bildirir.

Azərbaycan tərəfi dəhlizin tam olaraq Ermənistanın nəzarətində olmasına qarşı çıxır və Yerevanın maneəsiz keçidə zəmanət verə bilməyəcəyini əsas gətirir.

“Middle East Eye” yazır ki, ABŞ-nin nəqliyyat dəhlizinə nəzarəti təklif etməsi danışıqların növbəti mərhələsində yeni dinamika yarada bilər. Lakin tərəflər arasında qarşılıqlı inamsızlıq fonunda bu təklifin qəbul olunub-olunmayacağı hələlik qeyri-müəyyəndir.

Eyni zamanda, Ermənistan marşrutun hər hansı üçüncü tərəfə verilməsinə qəti şəkildə qarşı çıxır.

32 kilometrlik dəhliz Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə olunması yolunda ciddi maneəyə çevrilib.

“Onlar 32 kilometrlik yol üstündə mübahisə edirlər, amma bu elə də sadə məsələ deyil. Artıq on ildir bu məsələ uzanır – cəmi 32 kilometr yol,” – deyə Barrack Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib.

““Ona görə də ABŞ belə bir təkliflə çıxış edir: ‘Yaxşı, biz bu məsuliyyəti öz üzərimizə götürürük. Bu 32 kilometrlik yolu bizə yüz illik icarəyə verin və hər iki tərəf onu birgə istifadə etsin”.”.

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün raketlərin göndəriləcəyini təsdiqləyib. Bu...
14/07/2025

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün raketlərin göndəriləcəyini təsdiqləyib. Bu barədə “Reuters” məlumat yayıb.
“Biz Ukraynaya “Patriot” raketləri göndərəcəyik. Çünki onların buna çox ciddi ehtiyacı var. Putin isə insanları təəccübləndirməyə davam edir. Gündüz ağıllı danışır, axşam isə hamını bombalayır. Amma burada bir problem var – bu, mənə xoş deyil”, – Tramp bildirib.
O, Kiyevə neçə raket göndəriləcəyini dəqiqləşdirməyib. “Axios” portalının məlumatına görə, Tramp Ukrayna Prezidentinə 10 ədəd “Patriot” raketinin dərhal göndəriləcəyinə söz verib.
ABŞ lideri əlavə edib ki, silah tədarükünün maliyyə xərclərini Avropa İttifaqı qarşılayacaq:
“Biz onlara çox mürəkkəb hərbi texnika göndərəcəyik. Onlar bunun əvəzini bizə tam şəkildə ödəyəcəklər”, – Tramp vurğulayıb.
Trampın bu gün - iyulun 14-də Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacağı gözlənilir. “Axios”un mənbələrinə görə, bu paketə “Patriot” kompleksləri və Rusiyanın dərinliklərinə zərbə endirə biləcək uzaqmənzilli raketlərin daxil edilməsi planlaşdırılır. Lakin yekun qərarın hələ qəbul edilmədiyi bildirilir.
“Tramp Putinə çox qəzəblidir. Onun açıqlaması olduqca sərt olacaq”, – Trampın tərəfdarı, respublikaçı senator Lindsi Qrem bildirib.
Almaniyanın kansleri Fridrix Mers də iyulun 10-da Romada keçirilən konfransda Almaniyanın ABŞ-dən “Patriot” sistemləri alaraq Ukraynaya ötürmək niyyətində olduğunu açıqlayıb.

Elbəyi Kərimli cərimə kamerasına salınıb — AXCP narahatdırNə baş verib: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbs...
14/07/2025

Elbəyi Kərimli cərimə kamerasına salınıb — AXCP narahatdır

Nə baş verib: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində cərimə kamerasına ("kars") salınıb. Məlumatı iyulun 13-də "Azadlıq qəzeti" yayıb.

Niyə: Məlumata görə, o, Ədliyyə Nazirlinin Penitensiar Xidmətindən gələn nümayəndələrin önündə tənqidi çıxış edib, şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə döyülərək cərimə kamerasına salındığı iddia olunur.

Fon: Elbəyi Kərimli 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə “Stalin” yazdığına görə saxlanılıb. Rəsmi ittiham isə narkotik vasitələrin satış məqsədilə saxlanması olub. 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona 6 il həbs cəzası verib. Ali Məhkəmə daha sonra satış məqsədini çıxararaq cəzanı 5 ilə endirib.

Nə məlum deyil: Kərimlinin cərimə kamerasına nə vaxt və nə qədər müddətə salındığı açıqlanmır.

Niyə önəmlidir: Müxalifət fəallarına qarşı bu cür rəftar, siyasi motivli həbslər və həbsxana daxilində baş verən hadisələr Azərbaycanda insan haqları ilə bağlı narahatlıqları artırır.

Fransa hökuməti ilə Yeni Kaledoniya nümayəndələri arasında 12 iyul 2025-ci il tarixində Parisdə keçirilən danışıqlardan ...
13/07/2025

Fransa hökuməti ilə Yeni Kaledoniya nümayəndələri arasında 12 iyul 2025-ci il tarixində Parisdə keçirilən danışıqlardan sonra “tarixi” razılaşma elan edilib. 13 səhifəlik sazişə əsasən, Cənubi Sakit Okean ərazisi olan Yeni Kaledoniya “Yeni Kaledoniya Dövləti” kimi daha çox muxtariyyət əldə edəcək, lakin tam müstəqillik əldə etməyəcək və Fransanın tərkibində qalacaq.

Razılaşma Yeni Kaledoniya vətəndaşlığına imkan yaradır, eyni zamanda sakinlərə Fransa vətəndaşlığını saxlamaq hüququ verir. Yeni Kaledoniya xarici siyasətini idarə etmək səlahiyyətinə malik olacaq, lakin müdafiə, valyuta, təhlükəsizlik və ədliyyə kimi suveren səlahiyyətlərin ötürülməsi 2026-cı ildə keçiriləcək referendumda səsverməyə çıxarılacaq.

Fransa Prezidenti Emmanuel Makron bu sazişi “tarixi” adlandıraraq, onun Yeni Kaledoniyanın iqtisadi bərpasına və sabitliyinə töhfə verəcəyini bildirib. Ötən il baş verən və 14 nəfərin həyatına son qoyan iğtişaşlardan sonra bu razılaşma gərginliyi aradan qaldırmağa yönəlib. Saziş Fransanın parlamenti tərəfindən 2025-ci ilin dördüncü rübündə təsdiqlənməli və 2026-cı ildə Yeni Kaledoniyada referendumla səsə qoyulmalıdır.

İctimai fəal Anar Abdulla inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə onun yaxınları məlumat yayıb.Yaxınlarının söz...
13/07/2025

İctimai fəal Anar Abdulla inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə onun yaxınları məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, fəal iyulun 11-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.

Onların vurğulamasına görə, A.Abdulla məhkəmədə bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.

Bütün bu deyilənlərə Binəqədi rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

A.Abdulla Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli ilə birlikdə cinayət işinə cəlb olunub. O, qaçaqmalçılıq da daxil olmaqla səkkiz maliyyə cinayəti əməlində ittiham olunur. Barəsində polisin nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

SMDT rəhbəri A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. əlavə maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi iradəsinə görə insanların təqib olunmadığını bildirir və siyasi məhbusların olmasını qəbul etmir.

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cəza rejimi ağırlaşdırılıb. O...
11/07/2025

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cəza rejimi ağırlaşdırılıb. Onun ümumi rejimli cəzaçəkmə müəssisəsindən 6 aylıq həbsxana rejiminə köçürülməsinə qərar verilib. Bu qərarı iyulun 10-da Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyev çıxarıb.

İctimai fəalın həbsxana rejiminə köçürülməsindən ötrü onun saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi məhkəməyə təqdimat verib. Təqdimatda cəzasının sonuna - 2026-cı ilin avqustunadək E.Mustafayevin bu rejimdə saxlanması istənilib. İddia olunub ki, gənc fəal daxili intizam qaydalarına əməl etmir, cəzaçəkmə müəssisəsində müxalifətçiliklə məşğul olur, əsassız şikayətlər yazmağa çalışır, özünə və işçilərə xəsarət yetirməyə cəhd göstərir və s. Bu üzdən, ona dəfələrlə töhmət verildiyi də təqdimatda əksini tapıb.

İyulun 10-dakı məhkəmədə E.Mustafayev təqdimatda yazılanların hamısının yalan və onu həbsxana rejiminə köçürməkdən ötrü uydurulmuş bəhanələr adlandırıb. Cəzaçəkmə müəssisəsinə köçürülən gündən orada müxtəlif təzyiqlərlə üzləşdiyini deyən ictimai fəalın sözlərinə görə, rəisin otağında döyülüb: "Samir və Əli adlı əməkdaşlar məni elə döymüşdülər, qulağımdan üç gün qan gəldi. Sonra 10 gün də çirk axdı".

E.Mustafayev ona tibbi yardım göstərilmədiyini söyləyir

O, cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalmasından prokurorluğa, Penitensiar Xidmətə şikayət etsə də, indiyədək nə kiminsə gəlib dindirdiyini, nə də izahatı alındığını bildirib.

E.Mustafayev bunu da əlavə edib ki, cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər apreldə siyasi fəal Tofiq Yaqublunun keçirdiyi aclıq aksiyasına dəstək olaraq aclıq etməsinə, bir də müəssisədəki mağazada qiymətlərin həddindən artıq bahalığına etirazına görə olub: "Bananın kilosunu 6 manata satırlar. Ümumiyyətlə, hər şeyi iki-üç qat baha satırlar".

Məhkəməyə cəzaçəkmə müəssisəsinin nümayəndəsi də qatılıb. Deyib ki, E.Mustafayev daxili qaydalara əməl etmədiyindən daim cəza kamerasında olub. O, təqdimatın təmin olunmasını təklif edib.

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Arqument.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arqument.az:

Share