Aran qəzeti

Aran qəzeti “Aran yolu” Ağcabədidə fəaliyyət göstərən regional ictimai-siyasi qəzetdir. Qəzet ayda iki dəfə çap olunur. Baş redaktor Məhsəti Musadır.

Qəzetin nəzdində Aran Ağcabədi internet televiziyası fəaliyyət göstərir. Ağcabədi Rayon İcra Hakimiyyətinin təsisçisi olduğu və 1932-ci ildən nəşr olunan çap mediası orqanı “Aran” qəzeti 1932-1962-ci illərdə “Ağcabədi pambıqçısı”, 1962-1966-cı illərdə “Lenin yolu”, 1966-1990-cı illərdə “Sürət” adı ilə nəşr edilmiş, 1990-cı ildən etibarən isə “Aran” adı ilə çap olunur.

“Aran” qəzeti yeganə region mətbuatıdır ki, 3000 nüsxə tirajla həftədə 2 dəfə çap olunur.

“Aran” qəzetinin 2021-ci ilin əvvəlindən onlayn media orqanı olan “www.aranqazeti.az” veb-saytı, noyabr ayından isə “YouTube” platforması üzərindən “Aran Ağcabədi TV” adlı internet televiziyası fəaliyyət göstərir. Qəzetin redaktoru Məhsəti Ağayevadır (Məhsəti Musa). Facebook - https://www.facebook.com/aranqezeti
İnstagram - https://www.instagram.com/aranqazeti
Twittter - https://twitter.com/aranqazeti
Telegram - https://t.me/aranqazeti
Youtube - https://bit.ly/YT-aran

Rəsmi sayt: https://aranqazeti.az

Əziz ağcabədililər və rayonumuzun qonaqları, sakinlərin asudə vaxtının səmərəli keçməsi məqsədi ilə Qarabağ Regional Məd...
28/08/2026

Əziz ağcabədililər və rayonumuzun qonaqları, sakinlərin asudə vaxtının səmərəli keçməsi məqsədi ilə Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, konsert proqramı 29 avqust saat 18:00-da başlayacaq.
Hər biriniz dəvətlisiniz.

Ağcabədidə muğam gecəsi keçirildi    Avqustun 26-da Ağcabədi rayonunda “Şəhərsalma və Memarlıq İli çərçivəsində “26 Avqu...
27/08/2026

Ağcabədidə muğam gecəsi keçirildi

Avqustun 26-da Ağcabədi rayonunda “Şəhərsalma və Memarlıq İli çərçivəsində “26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” münasibətilə muğam gecəsi keçirilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan Qarabağ Muğam Mərkəzinin yay zalında baş tutan tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Qarabağ Regional Mədəniyyət idarəsinin rəhbərliyi və kollektivləri, şəhid ailələri, rayon ictimaiyyəti, həmçinin muğam-musiqisevərlər iştirak ediblər.
Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftalıyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tural Niftalıyev Azərbaycan muğamının dünya musiqinin incisi olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, muğamımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı, ölkənin I Vitse Prezidenti Mehriban Əliyevanın daimi qayğısı ilə əhatə olunub. Məhz Mehriban Əliyevanın diqqəti nəticəsində milli musiqimiz olan muğamımız YENESKO səviyyəsinə qaldırılıb, muğamımıza layiq olduğu beynəlxaq status verilib. O da diqqətə çatdırılıb ki, doğma Ağcabədi də muğam dünyamıza görkəmli simalar bəxş etməklə yanaşı bu gün də bu ənənəni davam etdirir. Hal-hazırda da rayonumuzda bu sahədə inkişaf edən, bu irsi uğurla davam etdirən xanəndələr və istedadlı gənc musiqiçilər də az deyil. Milli musiqimizi tədris edən Qarabağ Muğam Mərkəzinin də missiyası belə gənclərlə işləmək, onları peşəkar xanəndə kimi yetişdirməkdir.
Bundan sonra tamaşaçılara mərkəzin müəllim və şagirdlərinin təqdimatında muğamlarımız, təsniflərimiz, xalq mahnılarımız təqdim olunub. İfalar onu dinləyənlər tərəfindən alqışlarla qarşılanıb.
Gündüz SEVİNDİK

Ağcabədili əkiz qardaşlar tələbə adını qazandıBu gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub. Nəticələri...
24/08/2026

Ağcabədili əkiz qardaşlar tələbə adını qazandı

Bu gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub. Nəticələrin açıqlanması ilə bir çox ailəyə sevinc bəxş edilib. Maraqlı məqamlardan biri də Ağcabədi rayonun Avşar kəndindən olan əkiz qardaşların tələbə adını qazananlar sırasında olmasıdır.
"Aran Yolu" xəbər verir ki, qardaşlardan - Hüseynzadə Kənan Hafiz oğlu ADA Universitetinin hüquqşünaslıq, digəri - Hüseynzadə Sənan Hafiz oğlu isə Bakı Avrasiya Universitetinin tərcüməçilik ixtisasına qəbul olub.
Bütün tələbə adını qazanan məzunları eləcə də əkizləri ürəkdən təbrik edirik!

Prezident İlham Əliyev avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı mətbuata bəyanatla çıxış edib: Daşkənd və bütün Ö...
24/08/2026

Prezident İlham Əliyev avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı mətbuata bəyanatla çıxış edib:

Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.
Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik.
Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük.
Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir.
Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.
İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir.
Dostlarınız və qardaşlarınız olaraq, biz bundan səmimi-qəlbdən məmnunuq və əminəm ki, Sizin qeyd etdiyiniz bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq şəkildə birlikdə çalışacağıq. Şavkat Miromonoviç, sonda Sizin üçün əlverişli vaxtda Sizi Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim.

26 Avqust - Laçın şəhəri günüdür1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, L...
24/08/2026

26 Avqust - Laçın şəhəri günüdür

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.
1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.

"Ağcabədi" FK-dan möhtəşəm uğurAvqustun 23-də Azərbaycan Həvəskar Futbol Federasiyasının (AHFF) müntəzəm 27-ci Ölkə Çemp...
24/08/2026

"Ağcabədi" FK-dan möhtəşəm uğur

Avqustun 23-də Azərbaycan Həvəskar Futbol Federasiyasının (AHFF) müntəzəm 27-ci Ölkə Çempionatının final mərhələsində Ağcabədi və Cəlilabad rayonlarının komandaları üz-üzə gəlib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında "Ağcabədi" FK rəqibinə heç bir şans verməyərək "Zəfər 44" komandasının qapısından 4 top keçirib. Rəqib komanda bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Qarşılaşma 4:1 hesablı nəticə ilə yekunlaşıb.
Qeyd edək ki, qarşılaşma Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Binə" stadionunda saat 16:30-da start götürüb.
​Komandamızı ağcabədili futbolsevərlər adından ürəkdən təbrik edir, onlara növbəti mövsümdə də uğurlar arzulayırıq. TƏBRİKLƏR, "Ağcabədi" FK! 🇦🇿 ⚽

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib:Azərbaycan və Özbəkistan arasında münas...
21/08/2026

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib:

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır. İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.
Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb.
Dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır.
İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.
Energetika sektorunda da əməkdaşlığımız fəal şəkildə inkişaf edir. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir.
Yaşıl enerji sahəsində əməkdaşlığımız davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb;
Təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir.
2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb.
Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk.
Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib.
Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.

Ağcabədidə Şura İclası keçirilibAvqustun  18-də Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib...
20/08/2026

Ağcabədidə Şura İclası keçirilib

Avqustun 18-də Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib. Rayon ərazisində fəaliyyət göstərən pambıq emalı zavodlarının və qəbul məntəqələrinin yığıma hazırlıq vəziyyəti ilə bağlı keçirilən iclasda RİH-nin başçısı Rafil Hüseynov, Şura üzvləri, aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərləri, pambıq istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri, inzibati ərazi dairələr üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Rayon rəhbəri ötən ilki təsərrüfat göstəriciləri və hazırda qarşıda duran prioritet məsələlərdən danışıb.
Məruzə ilə çıxış edən Sosial iqtisadi və memarlıq -tikinti məsələləri şöbəsinin İnformasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi Muxtar Bağırov ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi, kənd təsərrüfatı məsullarının istehsalının artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması barədə geniş məlumat verib.
M.Bağırov bildirib ki, ötən təsərrüfat ilində rayon üzrə fermer və şirkətlər tərəfindən 11.821.7 hektar sahədə pambıq əkilmiş, orta məhsuldarlıq 34.94 senter olmuş və ümumilikdə 41.304.8 ton məhsul əldə edilmişdir.
Qeyd edilib ki, 2026-cı təsərrüfat ilində rayon üzrə ümumilikdə 916 fermerlə 8291 hektar sahədə pambıq əkini həyata keçirilib. “Prime Cotton” MMC-nin Ağcabədi filialı tərəfindən 3.346 ha, “Azərpambıq” ASK tərəfindən 2.856 ha, “P-Aqro” MMC tərəfindən 1.100 ha, Ağcabədi Taxıl “ Cotton Trade” tərəfindən 785 ha, “Azərşəkər”MMC-nin törəmə müəssisəsi olan “Eden Aqro” tərəfindən isə 474 ha ərazidə əkin aparılıb.
Həmçinin o da bildirilib ki, pambıq yığımına sentyabrın 20-dən başlanması nəzərdə tutulur. Bu məqsədlə yığıma qədər məhsulun yığıma hazırlanması, texnikaların saz vəziyyətə gətirilməsi, qəbul məntəqələrinin və emal müəssisələrinin hazırlığının tamamlanması təmin edilməlidir.
Sonra Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov çıxış edərək, dövlət
tərəfindən fermerlərə verilən subsidiyalar, yığımı zamanı nəmlik və zibillik göstəriciləri ilə bağlı fermerlərin müraciətlərinin operativ araşdırılması məqsədilə Mərkəzdə münaqişə komissiyasının yaradılması ilə bağlı ətarflı məlumat verib.
Daha sonra RİHB-nın Mehrablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xosrov Həsənov, “Prime Cotton” MMC-nin Ağcabədi Regional filialının direktoru İbrahim Ağamirov, “P-aqro” MMC-nin nümayəndəsi Qələndər Məmmədov, ”Azərpamıq”MMC-nin nümayəndəsi Teyyub İbadov və fermer Famil Quliyev çıxış edərək öz müəssisə və təsərrüfatlarının iş prinsiplərindən danışıblar.
Tədbir dialoq şəkilində davam etdirilib, sahibkarlar və təsərffütaçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb.

"Aran Yolu"

Rayon rəhbərinin növbəti qəbulu TəzəkənddəAvqustun 19-da Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun  20...
20/08/2026

Rayon rəhbərinin növbəti qəbulu Təzəkənddə

Avqustun 19-da Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun 2026-cı ilin avqust ayı üzrə sayca 3-cü qəbulu Təzəkənd kəndində keçirilib.

Səyyar qəbulda kənd sakinlərinin müraciətləri dinlənilib, suvarma suyu və digər məsələlərlə bağlı üzləşdikləri çətinliklər qeyd olunub.

Kənd sakinləri Əli Şıxalıyev, Vüsal Əliyev, Fariz Əsgərov və digərləri əkin sahələrinin suvarılması, sudan istifadəyə görə haqqın ödənilməsinə baxmayaraq suyun istifadəsində yaranan çətinlikləri dilə gətiriblər.
Məsələ ilə bağlı rayon rəhbəri vətəndaşlara müvafiq şəkildə qaydaları izah edib. Həmçinin, suvarma mövsümündə çətinliklərin aradan qaldırlması üçün Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyevə tapşırıqlar verilib.
Qəbul zamanı sakinlər tərəfindən kəndin infrastrukturu və sanitar vəziyyəti ilə bağlı mövzulara da toxunulub. Vətəndaş Vahid Mamedov kənd ərazisindən keçən su kanalında antisanitariya vəziyyətinin yaranmasından, eləcə də təmizlənməyə ehtiyac yarandığını bildirib. Digər sakin Haqverdi Həziyev kənddəki 10 kilovoltluq elektrik dirəklərinin qəzalı vəziyyətdə olduğunu və təhlükə yaratdığını qeyd edib.

Sakinlərin qaldırdıqları prpblemlərin araşdırılması və operativ şəkildə həlli üçün icra başçısı tərəfindən aidiyyəti qurum nümayəndələrinə tapşırıqlar verilib.
“Aran yolu”

17/08/2026

Yayılan informasiya təkzib edildi!

Əziz izləyicilər, son günlər Tiktok platforması üzərindən bəzi səhifələrdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Asəf Quliyev arasında hansısa mübahisənin, gərginliyinin olması barədə müəyyən paylaşımlar olunub.

Diqqətinizə çatdırırıq ki, icra başçısı və adı qeyd olunan müəssisə rəhbəri arasında heç bir gərginlik, heç bir insident baş verməyib.

Qeyd edək ki, bu mövzu ilə bağlı həqiqəti əks etdirməyən məlumat yayan FİM. az və digər saytlar da sonradan belə bir hadisənin baş vermədiyini təsdiqləyərək bu haqda material dərc ediblər.
“Aran Yolu” həmin materialın linkini təqdim edir:

https://fimaz. tv/bolge/59397-acabdi-rih-yaylan-iddialara-aydnlq-gtirdi-dava-bard-mlumat-yalandr.html

Address

Heydər Əliyev Prospekti 124
Aghjabädi

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994505473418

Alerts

Be the first to know and let us send you an email when Aran qəzeti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aran qəzeti:

Shortcuts

Share