
21/07/2025
⚡️AZAL-ın təyyarəsini vuranın fotosu yayılıb.
Rusiyanın 14-cü Hava və Hava Hücumundan Müdafiə Ordusunun 80-ci zenit-raket alayında xidmət edən hərbi qulluqçunun şəkli yayılıb. Təyyarəyə atəş açan döyüş ekipajına Dmitri Sergeyeviç Paladiçuk rəhbərlik edib. “Minval Politika”nın məlumatına əsasən, məhz onun idarə etdiyi ekipaj 25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinə ölümcül zərbə endirib.