Ölkə.az

Ölkə.az Ölkəmizdə və dünyada baş verən xəbərləri operativ şəkildə oxuyucularımıza çatdırırıq

“Bloqerliyə biz əlavə gəlir yeri kimi baxırdıq. İndi isə bir nömrəli gəlir yerimizdir. O biri bloqerlərdən fərqimiz odur...
18/02/2025

“Bloqerliyə biz əlavə gəlir yeri kimi baxırdıq. İndi isə bir nömrəli gəlir yerimizdir. O biri bloqerlərdən fərqimiz odur ki, biz aktyor-aktrisa kimi tanınmışıq. İndi isə həm də bloqerlik edirik”.

Ölkə.Az xəbər verir ki, bu sözləri aktyor Elvin Ağayev “Günə doğru” verilişində deyib.

Aktrisa Elvina Atakişiyeva isə Azərbaycanda bloqer olmadığını deyib:

“Biz video kontent yaradırıq, ya da başqa ölkələrdən götürürük. Azərbaycandan bloqer yoxdur. Xarici bloqerlər faydalı, maraqlı videolar çəkirlər. Bizdə yoldan keçənlər də sosial mediaya gəlir, söyüşlə, açıq-saçıqlıqla gündəm olurlar. Onları görəndə düşünürəm ki, biz niyə sosial mediada varıq? Adam həvəsdən düşür”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.Ölkə.Az xəbər ve...
18/02/2025

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

Ölkə.Az xəbər verir ki, Ankarada rəsmi səfərdə olan prezident Zelenski ilə prezident Ərdoğan arasında görüş Beştepedə keçirilib.

Görüşdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri bütün ölçüləri ilə nəzərdən keçiriləcək. İki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Görüşün yekunu olaraq iki ölkə arasında müxtəlif sahələri əhatə edən sazişlər imzalanacaq.

Prezidenti Volodimir Zelenski rəsmi səfəri çərçivəsində Ankarada Ukraynanın yeni səfirliyinin açılışında çıxışı zamanı deyib: "Biz bir ölkə olaraq sülh istəyirik, müharibənin bitməsini istəyirik. Amma təbii ki, müharibənin bitməsinin müəyyən təhlükəsizlik zəmanətlərinə əsaslanmasını istəyirik. Biz bu təhlükəsizlik zəmanətlərinin bütün Avropa, ABŞ və Türkiyə tərəfindən verilməsini istəyirik ".

Ərdoğandan Zelenskiyə diqqətçəkən jest...
18/02/2025

Ərdoğandan Zelenskiyə diqqətçəkən jest...

TikTok səhifəsindən özünə geyim sifariş edən şəxs dələduzluğun qurbanı olub.Bu barədə zərərçəkən şəxs Ölkə.Az-ın qaynar ...
18/02/2025

TikTok səhifəsindən özünə geyim sifariş edən şəxs dələduzluğun qurbanı olub.

Bu barədə zərərçəkən şəxs Ölkə.Az-ın qaynar xəttinə məlumat verib.

Müştəri iddia edir ki, TikTok-da "Fashion.galleryy14" adlı səhifədən özünə cins kombinezon sifariş edib. O, məhsul üçün ona göndərilən kart hesabına 30 manat da göndərib. Müştəriyə məhsulun kuryer vasitəsilə çatdırılacağı deyilib.

Alıcı məhsulu götürmək üçün əvvəlcədən sözləşdikləri yerə getsə də, həmin ünvana gələn olmayıb.

Şikayətçi deyir ki, mağazaya aid qeyd edilən nömrə ilə əlaqə yaratmağa çalışsa da, cəhdləri boşa çıxıb.

Ölkə.Az məsələni araşdırmaq üçün mağazaya məxsus nömrə ilə əlaqə saxlamağa çalışıb. Əvvəlcə nömrənin zəngləri qəbul etmədiyi üzə çıxdı. Daha sonra səhifənin adını TikTok-da axtarışa verdikdə heç bir nəticə tapılmadı.

Nömrəni "Getcontact" proqramı ilə axtarışa verdikdə isə fərqli istifadəçilərin şərhləri ilə rastlaşdıq. Onlar nömrənin dələduzlara aid olduğunu bildiriblər. Həmçinin insanlara tövsiyə ediblər ki, bu nömrəyə aid heç bir karta pul göndərməsinlər.

"Hazırda bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə ...
18/02/2025

"Hazırda bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketi min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq".

Bu sözləri Ölkə.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, bu gün fundamental elmlə məşğul olanların böyük əksəriyyətini, məhz yaşlı nəslin nümayəndələri təşkil edir.

"Gənclərin mütləq əksəriyyəti özünü elmdə görmür. Onlar daha çox özəl sahəyə meyil göstərirlər. Gənclərin elmə marağanın azalmasının ən başlıca səbəblərindən biri, bu sahədə əməkhaqqının elə də yüksək olmaması ilə bağlıdır və əkəriyyət tərəfindən bu sosial təminatla izah olunur. Bir gənc haradasa başqa bir sahədə işləyərək daha çox əmək haqqı ala bilər, nəinki elmlə məşğul olmaqla. Gənclərin elmə həvəsi və marağının əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmasını zaman-zaman bir çox dövlət rəsmiləri də etiraf edib.
Gəncləri magistraturaya cəlb etmək üçün hətta Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm haqqında” qanun layihəsindən çıxarılıb, plan yerlərinin artırılmasına cəhdlər edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər aparılıb, magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir.

Ardı şərhdə...

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan...
18/02/2025

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.

Ölkə.az-ın məlumatına görə, Kənan Şərifov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

O, digərləri ilə birlikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

📢 Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması mayın 1-dən bərpa oluna bilərAzərbaycanla Gürcüstan ...
18/02/2025

📢 Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması mayın 1-dən bərpa oluna bilər

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunması müzakirə edilib.

Ölkə.Az "Report"un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması mayın 1-dən bərpa oluna bilərAzərbaycanla Gürcüstan ar...
18/02/2025

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması mayın 1-dən bərpa oluna bilər

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa olunması müzakirə edilib.

Ölkə.Az "Report"un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar.

Goranboy rayonunda elçilik mərasimi zamanı tərəflər arasında münaqişə baş verib.http://xn--lk-eka63l.az/ "Qafqazinfo"ya ...
18/02/2025

Goranboy rayonunda elçilik mərasimi zamanı tərəflər arasında münaqişə baş verib.

http://xn--lk-eka63l.az/ "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

Belə ki, rayon sakini 2004-cü il təvəllüdlü M.Həsənli (şərti) yaxınlarını elçilik məqsədilə həmin kənddə yaşayan Gəncə Dövlət Universitetinin tələbəsi N.Nemətovanın yaşadığı evə aparıb. Lakin mərasim zamanı oğlanın atası ilə qızın atası arasında münaqişə baş verib. Belə ki, qızın atasının qarşı tərəfə rədd cavabı verməsindən sonra narazılıq yaranıb. Dava-dalaş zamanı yaranan səs-küyə qonşular gələrək tərəfləri ayırıblar.

Hadisədən sonra qız tərəfi M.Həsənli barəsində polisə şikayət edib. Onlar dava-dalaş zamanı elçiliyə gəlmiş oğlanın söyüş söyərək ailəni təhqir etdiyini bildiriblər. Həmçinin qızın atası M.Həsənlinin son bir il müddətində övladını narahat etdiyini, dərsə gedib-gələrkən qarşısını kəsərək evlilik təklif etdiyini deyib.

Barəsində inzibati xətaya dair (xırda xuliqanlıq) protokol tərtib edilən 21 yaşlı oğlan məhkəməyə göndərilib. Lakin Goranboy Rayon Məhkəməsi onun əməlində hər hansı xəta olmaması qərarına gələrək protokolla bağlı icraata xitam verib.

Rafael Ağayevlə Hacı Əliyevə YÜKSƏK VƏZİFƏ VERİLDİAzərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan ...
18/02/2025

Rafael Ağayevlə Hacı Əliyevə YÜKSƏK VƏZİFƏ VERİLDİ

Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyevə Milli Olimpiya Komitəsində (MOK) vəzifə verilib.

MOK-un bu gün start götürən Hesabat-Seçki Baş Məclisində karate və güləş üzrə hər iki veteran idmançı da iştirak edir.

Onlar fərdi üzv kimi MOK-un növbəti 4 il müddətinə üzvü kimi qəbul edilib. Beləliklə, hər iki tanınmış idmançımızın bugünkü MOK Baş Məclisinin seçki prosesində səsvermə hüququ yaranıb.\\prosportaz

İtaliyalı kimyaçı və “Nutella” şokoladının yaradıcısı Françesko Rivella 97 yaşında vəfat edib.Françesko Rivella 2015-ci ...
18/02/2025

İtaliyalı kimyaçı və “Nutella” şokoladının yaradıcısı Françesko Rivella 97 yaşında vəfat edib.

Françesko Rivella 2015-ci il fevralın 14-də vəfat edən müdiri Mişel Ferreronun ölümündən düz 10 il sonra, həmin tarixdə vəfat edib.

Rivella 1952-ci ildə “Ferrero”da işləməyə başlayıb. Sonradan o, şirkətin rəhbəri Mişel Ferreronun sağ əli olub. Nəşr yazır ki, “Nutella” şokoladının yaradıcısı məhz Rivella olub.

Alfred Nobelin vəsiyyəti əsasında baş tutan və 1901-ci ildən bəri keçirilən Nobel mükafatı kimya, fizika, fiziologiya və...
18/02/2025

Alfred Nobelin vəsiyyəti əsasında baş tutan və 1901-ci ildən bəri keçirilən Nobel mükafatı kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilir.

6 nominasiyanın hər biri üzrə 3 nəfərə verilən bu mükafatın məbləği isə təxminən bir milyon dörd yüz min ABŞ dollarına bərabərdir. Hər il bir çox ölkə, o cümlədən Azərbaycan mükafatın nominasiyaları üzrə öz namizədlərini təqdim edir.

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov builki namizədlərlə bağlı Ölkə.Az-ın suallarını cavablandırıb.

O bildirib ki, bu il Azərbaycandan 5 nəfərin namizədliyi irəli sürülüb:

"Bu il 5 nəfər namizədimiz var. Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə sülh mükafatı üzrə namizəd göstərilib. Bundan əlavə, tibb sahəsi üzrə namizədimiz tibbi biologiya elmləri doktoru, professor Yaşar İbadov, kimya üzrə kimya elmləri doktoru Adil Qəribov, fizika üzrə isə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin professoru, fizika-riyaziyyat elmləri doktoru Sərhəddin Abdullayevdir.

B.Ələsgərov daha bir nəfərin isə ədəbiyyat üzrə namizədliyinin təqdim edildiyini bildirib:

"Bu, yeni kadrdır. Nobel nizamnaməsinə əsasən İlk dəfə namizəd göstərilən şəxsin adı açıqlanmır. Biz onun adını yalnız 3-4 ildən sonra deyə bilərik, amma hələlik gizli saxlanılır.
Adı açıqlanmasa da, onu deyə bilərik ki, fransız ədəbiyyatında Şərq mövzusu üzrə tədqiqatlar aparıb".

Address

Bakı

Telephone

+994772888890

Website

http://t.me/olkeaz

Alerts

Be the first to know and let us send you an email when Ölkə.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ölkə.az:

Share