Milli.Xeber

Milli.Xeber İnformasiya portalı.

23/08/2024

Layiqli namizədi seçək!

17/05/2024

Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin Peşə təmayüllü sinif şagirdlərinin və qrup rəhbəri Səkinə Zamanovanın təqdimatında "Yaşıl Dünya Naminə Həmrəylik İli"nə həsr olunmuş videoçarx

📌Son 3557 Azn Qaldı📌Səkkiz yaşlı İsmayılzadə Amin Nihad oğlunun köməyinizə ehtiyacı var.Bu barədə onun anası məlumat ver...
27/02/2024

📌Son 3557 Azn Qaldı📌Səkkiz yaşlı İsmayılzadə Amin Nihad oğlunun köməyinizə ehtiyacı var.

Bu barədə onun anası məlumat verib.

O bildirib ki, oğlu Generalize olunmuş epilepsiyadan və bunla yanawi Sağ temporal kartikal displazya xəsdəliyindən əziyyət çəkir:

“Oğlum Sağ beynində olan pozuqluğundan və epilepsiyadan əziyyət çəkir. Amin 1 yaş 6 aylıq olarkən kliniki ölüm keçirdi və saatlarla ayılmadı. Daha sonra üç yaşında ikinci dəfə kliniki ölüm keçirdi. Bu zaman onun bədəninin sol tərəfindəki sinirlər funksionallığını itirdi. Demək olar ki, iki gündən bır qıcolma tutur. Müalicələrimizin davam etməsi üçün sizin yardımınıza ehtiyacımız var. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirik”.

Aminin anası ilə əlaqə saxlamaq üçün: (+99450-783-67-75.)

➡️ Kapital bank hesabı:

➡️4169_7388_4644_8086

➡️ Hesab Sahibi Ismayilzadə Nihad

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.“Qafqazinfo” xəbər verir ki, bununla bağ...
27/02/2024

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 2000-ci ildən 2024-cü ilin fevralınadək Azərbaycanda ədliyyə naziri vəzifəsində Fikrət Məmmədov çalışıb. F.Məmmədov yeni formalaşdırılan hökumətdə yer almayıb.

Həmin vaxtdan nazir vəzifəsinin icrası Azər Məmməd oğlu Cəfərova həvalə edilmişdi.

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur.“Qafqazinfo” xəbər verir ki, bu çərşənbəni “Yalançı”, “Əzəl çərş...
27/02/2024

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Xatırladaq ki, martın 5-də Azərbaycanda Od, 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.
Qeyd edək ki, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.
Beləliklə, həmin ay təkcə Novruz bayramında 1 həftə, şənbə və bazar günləri də daxil olmaqla isə ümumilikdə 16 gün iş olmayacaq.

Təmoyev İslam Azər oğlu kəskin leykoz xəstəliyindən əziyyət çəkir .Xəstəliyin  diaqnozu 26 noyabr 2021 ci il tarixində  ...
26/02/2024

Təmoyev İslam Azər oğlu kəskin leykoz xəstəliyindən əziyyət çəkir .Xəstəliyin diaqnozu 26 noyabr 2021 ci il tarixində qoyulub .islamın hal hazırda 8 yaşı var . Mən İslamın anası Təmoyeva Fərqanə Rüfət qızı hər bir Azərbaycanlıdan xahiş edirəm ki, oğlum İslamac yardım edəsiniz .

Əlaqə nömrəsi:(Anası Fərqanə)
070-542-40-19
Miliön və E-manat terminalları vasitəsilə hesabın artırılması -
Kart hesab:Kapital bank
5239151729568967
FARGANA TAMOYEVA

“Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterro...
26/02/2024

“Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir:

“Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?

Yenə də deyirəm, bütün bunlar təbii bizim fikirlərimizdir, duyğularımızdır. Yenə də deyirəm, biz qisasımızı aldıq, biz həm 44 günlük İkinci Qarabağ müharibəsi ərzində, həm birgünlük antiterror əməliyyatı zamanı böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişik. Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

“Biz bu həqiqəti (Xocalı soyqırımı ilə bağlı – red.) dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və ...
26/02/2024

“Biz bu həqiqəti (Xocalı soyqırımı ilə bağlı – red.) dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, - deyən dövlət başçısı Ermənistan dövlətinin, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələrin bu hadisənin ört-basdır edilməsi üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb.

İlham Əliyev əlavə edib ki, biz tarixi ədaləti bərpa etmişik: “Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.

Buna 30 il vaxt lazım olduğunu diqqətə çatdıran dövlət başçısı qeyd edib: “Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradır”.

“Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”, - deyə dövlət başçısı əlavə edib.

Xəbər verdiyimiz kimi, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının ...
26/02/2024

Xəbər verdiyimiz kimi, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

📌Son 3757 Azn Qaldı📌Səkkiz yaşlı İsmayılzadə Amin Nihad oğlunun köməyinizə ehtiyacı var.Bu barədə onun anası məlumat ver...
26/02/2024

📌Son 3757 Azn Qaldı📌Səkkiz yaşlı İsmayılzadə Amin Nihad oğlunun köməyinizə ehtiyacı var.

Bu barədə onun anası məlumat verib.

O bildirib ki, oğlu Generalize olunmuş epilepsiyadan və bunla yanawi Sağ temporal kartikal displazya xəsdəliyindən əziyyət çəkir:

“Oğlum Sağ beynində olan pozuqluğundan və epilepsiyadan əziyyət çəkir. Amin 1 yaş 6 aylıq olarkən kliniki ölüm keçirdi və saatlarla ayılmadı. Daha sonra üç yaşında ikinci dəfə kliniki ölüm keçirdi. Bu zaman onun bədəninin sol tərəfindəki sinirlər funksionallığını itirdi. Demək olar ki, iki gündən bır qıcolma tutur. Müalicələrimizin davam etməsi üçün sizin yardımınıza ehtiyacımız var. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirik”.

Aminin anası ilə əlaqə saxlamaq üçün: (+99450-783-67-75.)

➡️ Kapital bank hesabı:

➡️4169_7388_4644_8086

➡️ Hesab Sahibi Ismayilzadə Nihad

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon...
26/02/2024

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata g...
26/02/2024

Fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Address

Bakı

Alerts

Be the first to know and let us send you an email when Milli.Xeber posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Milli.Xeber:

Share