Azertac News Agency

Azertac News Agency AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi AZERTAC - Azərbaycan İnformasiya Agentliyi.
(1306)

Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır
19/07/2025

Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır

Buraya (Azad olunan torpaqlara – red.) qayıdan insanların sayı artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik. Bütün Qarabağ və Şərqi Zəngəzu...

Prezident İlham Əliyev: Azərbaycan mediasının inkişafı məni çox sevindirir
19/07/2025

Prezident İlham Əliyev: Azərbaycan mediasının inkişafı məni çox sevindirir

Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm.

Azərbaycan Prezidenti: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
19/07/2025

Azərbaycan Prezidenti: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir

Düşünürəm ki, Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə bir tarixi presedentdir. Mənə elə gəlir ki, bu, həmin əhvalatın sonu deyil, başlanğıcıdır.

Mən özüm süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər. Mənə də bəzən bu barədə ...
19/07/2025

Mən özüm süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər. Mənə də bəzən bu barədə məlumat verirlər. Amma yəqin ki, nə vaxtsa mən də istifadə edəcəyəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.

“Çünki süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz meyarlardan uzaqlaşdırmasın”, - deyə dövlətimizin başçısı əlavə edib

Mən özüm süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər. Mənə də bəzən bu barədə məlumat verirlər. Amma yəqin ki, nə vaxtsa mən də istifadə edəcəyəm.

Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Universiadada 2-ci qızıl medalı qazanıb
19/07/2025

Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Universiadada 2-ci qızıl medalı qazanıb

Azərbaycan Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında ikinci qızıl medalını qazanıb.

Prezident İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevr...
19/07/2025

Prezident İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır.

Biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Ermənistan və İran...
19/07/2025

Biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini demək olar başa çatdırırıq. Yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi tikilmiş olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə deyib

Biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini demək olar başa çatdırırıq. Yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin...

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sa...
19/07/2025

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Bütün bunlar göstərir ki, açıq müzakirələrə böyük ehtiyac var, müzakirələr açıq mühitdə aparılmalıdır. Biz nəinki media icmasının gündəliyinə, o cümlədən qlobal gündəliyə aid məsələləri müzakirə etməliyik”

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var.

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir
19/07/2025

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

Bizim qlobal iqlim gündəliyinə verdiyimiz töhfəyə gəldikdə düşünürəm ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir.

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilir  Prezident İlham Əliyev görüşdə iştirak edir
19/07/2025

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilir Prezident İlham Əliyev görüşdə iştirak edir


Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilir.

Sabah bəzi yerlərdə 41 dərəcə isti olacaq
19/07/2025

Sabah bəzi yerlərdə 41 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur...

Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzl...
19/07/2025

Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Y...

Address

Bakı

Alerts

Be the first to know and let us send you an email when Azertac News Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azertac News Agency:

Share

AZƏRTAC İnformasiya Agentliyi

AZƏRTAC 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. İlk xəbərini həmin il martın 1-də yayıb.

21 ölkədə müxbir məntəqəsi var. Dünyanın 40 agentliyi ilə xəbər mübadiləsi üzrə tərəfdaşlıq edir (azertag.az)

Dünyanın ən böyük informasiya təşkilatlarının üzvü və rəhbərlərindən biridir. Reuters, Associated Press, Press Association, EFE, SPA, TASS və digər nəhəng informasiya agentliklərinin daxil olduğu Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvüdür.