06/06/2025
Əs salamun aleykum, əhli-müslim.
Qurban Bayramı münasibəti ilə sizi və sevdiklərinizi təbrik edirik.
Qılınan namazlarınızı, edilən bütün xoşniyyətli dualarınızı və kəsiləcək qurbanlarınızı Allah qəbul etsin. Gününüz xeyirli və bərəkətli olsun inşaAllah.
Dualarımız sizlərlədir,dualarınız da bizi də unutmayın:
Allahım,
Qəlbimizi imandan,
Yolumuzu,Həzrəti Muhamməd sallallahu aleyhi və səlləm Əfəndimizin və əshabının yolundan ayırma.
O yol ki,O yolda Əhli-beyt,ənsar və mühacir sevgisi vardır.
O yol ki,O yolda Nəbinin (salavatullah) sünnəsi vardır.
Allahım,
Cəhənnəm əzabından,
Qəbir əzabından,
Dəccalın şərrindən,
Və,həyat və ölümün şərrindən
Sənə sığınırıq.
Allahım,
Şirkdən,
Küfürdən,
Lənətdən,
Böhtandan,
Faizdən,
Qeybətdən,
Zinadan,
Haramdan,
Rüşvətdən,
Iftira atmaqdan,
Iftiraya uğramaqdan,
Suda boğulmaqdan
Hündürlükdən düşməkdən,
Yanğında yanmaqdan
Və necə dəhşətli ölümlərdən,
Vəsvəsələrdən,
Şübhələrdən,
Və məni Səndən alıqoyacaq hər işdən
Sənə sığınıram.
Allahım,
Həzrəti Muhamməd sallallahu aleyhi və səlləm Əfəndimizin Əhli Beytinin,ənsar və mühacirlərin gözəl xüsusiyyətlərindən özümüzə də götürməyimizi nəsib eylə..
Həzrəti Əbu Bəkirin dostluğu kimi dostluq etməyi,
Həzrəti Ömər kimi ədalətli olmağı,
Həzrəti Osman kimi həyalı olmağı,
Həzrəti Əli kimi elmli olmağı,
Həzrəti Həmzə kimi,
Həzrəti Həsən və Hüseyn kimi cəsur olmağı,
Həzrəti Musab kimi İslamı yaymaqda tələsməyi nəsib eylə.
Allahım,
İslamda nifaq salmaq istəyənlərin şərrindən,
Sənə nöqsan sifət verənlərin şərrindən,
Dilindən lənət düşürməyənlərin şərrindən,
Əxlaqlılar arasında nifaq salmaq istəyənlərin şərrindən
Dişi və erkək şeytanların şərrindən
Sənə sığınırıq.
Allahım,
Halal qazanc dalınca evdən səfərə çıxanlara,
Halal qazanc dalınca evlərindən çıxanlara,
Ac qalanlara,
Susuz qalanlara,
Cümlə xəstə olanlara,
Ehtiyac sahiblərinə
Vətən keşiyində duranlara
Bütün müsəlmanlara,
Yardım eylə..
Allahım,
Sənin rəhmətinə və izninlə Peyğəmbər Əfəndimizin şəfaətinə nail olmağı nəsib eylə.
Amin ecmain