AZİNFORUM.AZ

AZİNFORUM.AZ Səhifəmizi ziyarət edən hər bir şəxsə dərin hörmətlə yanaşırıq və minnətdarlığımızı ifadə edirik. Rəy və fikirlərinizi bizə yazın.

Səhifəmizi bəyənin ki, müzakirələrdə birlikdə iştirak edək.

Allah rəhmət eləsin
08/07/2025

Allah rəhmət eləsin

Müğənni Samir Bağırova görə öldürülən rəqqasə Rasimə Bəşirovanın (Sima) bacısı Rəna "Həftənin qonağı" verilişində yer al...
05/07/2025

Müğənni Samir Bağırova görə öldürülən rəqqasə Rasimə Bəşirovanın (Sima) bacısı Rəna "Həftənin qonağı" verilişində yer alıb.

O, illər sonra bacısının qətlindən danışıb.

O, bacısının iş adamı Şeyda Novruzov tərəfindən öldürülməsi haqda sualları cavablandırıb:

"Mənədn 10 yaş böyük idi. Mənim üçün ikinci ana idi. 21 yaşında öldü. Hadisə 1998-ci il 27 dekabrda baş verib. Sima qələ yetirildi. Məşhur restoranlarda çıxış edirdi. Bacım sərt idi, ona söz demək olmurdu. Bir az sakit olsaydı, bu hadisə baş verməzdi. Orada Samir Bağırov və bir neçə dostları var idi. Mübahisə Şeyda Novruzov ilə Sima arasında oldu. Mübahisə Samirə görə oldu. Samiri çox istəyirdi və bizdə yaşayırdı. Bu da Şeydanın xoşuna gəlmədi. Dalaşıblar, sonuncu sözü o olub ki, kişisən vur. O da bacımı vurub.

İllər sonra orada çalışan xadiməçi ilə görüşdüm. Dedi, elə vəziyyət idi ki, hamı hər şeyi atıb qaçdı. Məsələnin hər şeyini anam bilirdi. Anam heç onun məzarına getməyib, bütün xatirəsini cırıb atdı. Simadan sonra nənəm, babam, anam - heç kim ayılmadı. Hamının həyatı puç oldu".

O, "Niyə elə düşünürsünüz ki, Samirə görə olub" sualına "Samir məni görəndə öpür, qucaqlayır. Amma heç kim orada baş verəni demək istəmir. Bəlkə hadisə zamanı onu tez götürsəydilər ölməzdi. Amma hadisədən sonra hamı qaçıb, 1 saat bacım qalıb. Şeyda bacımın sevgilisi idi. Samiri başa düşmədik. Samiri sanki qorxutdular. dedilər ki, Samirin üstündə olub. Bacım dostu üçün dəfələrlə dava edib. Hadisədən sonra Şeyda Bakıdan qaçdı. Pasportunu, görünüşünü dəyişib. Rusiyda 5 il sonra tapıldı və Bakıya gətirildi. 10 il həbs verdilər. Amma həbsxanada vəfat etdi. Hadisədən sonra onun ailəsi dağıldı, hamı ondan üz döndərdi" cavabını verib.

Aparıcı Ülvira Qarayeva isə "Şeyda Simanın qulağına nəsə deyib, hamı qaçıb. Şeyda Simanın, Sima da onun başına şüşə vurub. Onlar sevgili idi" sözlərini əlavə edib./Axşam.az

06/05/2025

Şərurda ağaclara kim divan tutur…

Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov özgənin əmlakını mənimsəmə iddiası ilə məhkəməyə verilibNaxçıvan Muxtar Respubl...
15/04/2025

Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov özgənin əmlakını mənimsəmə iddiası ilə məhkəməyə verilib

Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbov və onun oğlu Samir Talıbova qarşı məhkəmə iddiası qaldırılıb. Hazırda iş Naxçıvan Şəhər Məhkəməsinin icraatındadır.

Şikayətçilər iddia edirlər ki, M.Talıbov və oğlu fırıldaq yolu ilə bəzi vətəndaşların bahalı əmlaklarını ələ keçiriblər. İddia tələbində görünür ki, şikayətçilər arasında M.Talıbovun yaxın qohumları da var.

Məhkəmədə baxılan işin məzmunundan bəlli olur ki, Talıbovlara bu işdə Naxçıvan MR-in sabiq ədliyyə naziri Daşqın Rəhimov və notariat kontorunun müdiri kimi fəaliyyət göstərmiş Cavid Eyvazov adlı şəxs də yaxından dəstək olub.

Bildirilir ki, bu işlə bağlı Cavid Eyvazov dindirilib və o, sözügedən hərəkətləri sabiq nazir Daşqın Rəhimovun göstərişi əsasında həyata keçirdiyini etiraf edib.

Hazırda M.Talıbovun digər qanunsuz əməlləri ilə bağlı da hüquq-mühafizə orqanlarında araşdırmaların aparıldığı deyilir.

Məlumata görə, M.Talıbov Naxçıvanda tutduğu vəzifədən azad edildikdən sonra Bakı şəhərinə köçüb və hazırda oğlanları ilə birlikdə hakimiyyətdə olduğu dövrdə əldə etdiyi ailə biznesini idarə etməklə məşğuldur. Onun Bakının bir neçə yerində bahalı ticarət obyektləri və mənzilləri mövcuddur. M.Talıbova və ailə üzvlərinə məxsus olan bahalı mülklərlə bağlı da ətraflı məlumat təqdim ediləcək.

Qeyd edim ki, M.Talıbov Naxçıvanın MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun doğma qardaşıdır.

Müəllif: Samir Feyruzov

11/04/2025

“Araz” Supermarketlər Şəbəkəsi şəhid olan əməkdaşının əmək haqqını hələ də ödəyir…

04/04/2025

Bu nəhəng tikinti işi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində aparılır. Hansı şirkətin əməli olduğu bilinmir, məlumat lövhəsi yoxdur. Axşam saat 8-də iş başlayır, səhər saat 6-da bitir (bu kadrlar səhərə yaxın, saat 05:00-da çəkilib). Ətrafdakı binaların sakinləri əsl kabus yaşayırlar. Demək olar ki, səhərə qədər yatmırlar səs-küydən. Rəsmi qurumlara müraciətlər də cavabsız qalıb. Bütün rəsmi qurumlar rüşvətini alıb, gözünü yumub. Camaat bu şirkətin və rəsmi qurumların əmvatına “dua”lar oxumaqla məşğuldur bütün gecəni. Bu “dua”lardan sonra tikintidə bədbəxt hadisə olsa, bütün rəsmi qurumlar eyni anda gözlərini açıb deyəcəklər: Qanunsuz tikilirmiş.
Natiq Muxtarlı

Kanal S-in efirində aparıcı Nigar Fərhadın “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. O...
31/03/2025

Kanal S-in efirində aparıcı Nigar Fərhadın “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. Onun fikrini cəmiyyətin müxtəlif təbəqəli insanları, ictimai xadimlər, şəhid ailələri, cəmiyyətdə önəmli mövqeyə malik insanlar sərt tənqid edib. Onlar sosial şəbəkələrdə aparıcının sərt cəzalandırılmasını tələb ediblər.

Manset.az cəmiyyətdə ciddi rezonans doğuran bu məsələ ilə bağlı Kanal S-in Baş direktor müavini Ramin Mustafayevlə əlaqə saxlayıb.

O, açıqlamasında irəliləyən dəqiqələrdə Nigar Fərhad haqqında tədbir görüləcəyini bildirib:

"Bu barədə kanalımızın baş direktorunun da məlumatı var. Bəli, bununla bağlı tədbir görüləcək. Hələki qərarı gözləyirik".

Qeyd edək ki, Nigar Fərhad zaman-zaman qalmaqallı açıqlamaları ilə gündəmə gəlib və sərt tənqid olunub.

31/03/2025

“Şərurlu İsfəndiyar”dan maraqlı etiraf:”Mən çoban oturmuşam başda, alimlər də işləyir”.

Müğənni Üzeyir Mehdizadə Xalq artisti Niyaməddin Musayevin "Axtarma məni" mahnısını ifa etdiyi üçün tənqid olunur. Niyam...
30/03/2025

Müğənni Üzeyir Mehdizadə Xalq artisti Niyaməddin Musayevin "Axtarma məni" mahnısını ifa etdiyi üçün tənqid olunur. Niyaməddin Musayev tərəfindən möhürü vurulan mahnını öz tərzində oxuduğu üçün Ü.Mehdizadənin ifası çoxları tərəfindən bəyənilməyib.

Niyaməddin Musayev isə Pravda.az-a açıqlamasında deyib ki, Üzeyir Mehdizadəni tanımır, onun ifasında "Axtarma məni" mahnısını eşitməyib.

"İnsanlar müxtəlifdir, hərəsinin bir zövqü var. Mənim mahnımı oxuyubsa, yaxşı oxuyar, p*s oxumaz. Sağ olsun ki, nəğmələrimi oxuyur, repertuarıma müraciət edib. Cavan ifaçılara baxıram. Eləsi var, tanıyıram, eləsi var, görməmişəm, əlaqəm yoxdur. Buna görə Üzeyir Mehdizadənin ifa tərzi barədə də fikir bildirə bilmirəm" - N.Musayev qeyd edib.

Я отмечаю знаменательную дату — 10 лет на Facebook. Спасибо за вашу неустанную поддержку. Это стало возможным благодаря ...
28/03/2025

Я отмечаю знаменательную дату — 10 лет на Facebook. Спасибо за вашу неустанную поддержку. Это стало возможным благодаря вам. 🙏🤗🎉

Vətəndaşın evini başına uçuran “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.“Qafqazinfo”nun əldə etdiyi ...
28/03/2025

Vətəndaşın evini başına uçuran “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

16/03/2025

Yumorist Səbuhi Xanlarov üçəm uşaqlarına olan laqeyid münasibətdən narazıdır…

Address

Bakikhanov

Alerts

Be the first to know and let us send you an email when AZİNFORUM.AZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AZİNFORUM.AZ:

Share