02/10/2024
"The New York Times"ın köşə yazarı Tomas Fridman mənbələrə istinadən bildirib ki, Pezeşkiana İranın İsrailə raket hücumları barədə məlumat verilməyib.
Onların məlumatına görə, raket hücumu İran Hərbi Hava Qüvvələri tərəfindən deyil, SEPAH Hərbi Hava Qüvvələri tərəfindən təşkil edilib. Eyni zamanda, mənbələr iddia edir ki, İran prezidenti “hücum başlamazdan əvvəl xəbərdar olmayıb”. Müşahidəçinin fikrincə, bu, İran rəhbərliyində əməliyyatla bağlı fikir ayrılıqlarından xəbər verə bilər.
Qeyd edək ki, bundan əvvəl İran prezidenti Məsud Pezeşkian İsrailə raket hücumunu sionist rejimin təcavüzkar hərəkətlərindən milli maraqların müdafiəsi adlandırıb.