Xalq qəzeti

Xalq qəzeti Təsisçi: Azərbaycan Respublikası Prezidentinin işlər idarəsi və qəzetin redaksiya heyəti
B

Leyla RƏŞİD  yazır: 28 MAY -- ƏSRƏ BƏRABƏR GÜNDövlət millətin əldə etdiyi ən böyük nailiyyətdir. Tarixən milli dövlətə v...
28/05/2024

Leyla RƏŞİD yazır: 28 MAY -- ƏSRƏ BƏRABƏR GÜN
Dövlət millətin əldə etdiyi ən böyük nailiyyətdir. Tarixən milli dövlətə və dövlətçilik ənənələrinə sahib olan Azərbaycan xalqı XX yüzilliyin əvvəllərində, dünyanın siyasi sisteminin dekonstruksiya olduğu bir vaxtda, bütün türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət yaratdı. Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik ənənələrinin məntiqi davamı, milli məfkurəsinin, milli identifikasiyasının, siyasi şüurunun təcəssümü idi.
28 may – Respublika Günü sadəcə milli bayram deyil, Azərbaycanın müstəqil bir dövlət kimi dünyanın siyasi xəritəsində mövcudluğuna zəmin olan tarix, əsrə bərabər gündür!
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması fak­tı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Xal­qımız 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra AXC-nin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdı.
Bu tarixi gündə tarix yazanları – böyük əqidəyə, milli məfkurəyə sahib, xalqın maraq­larını şəxsi mənfəətindən üstün tutan Vətən sevdalılarını, milli dəyərlərə, demokratik prinsiplərə əsaslanaraq müsəlman Şərqinin, о cümlədən, türk-islam dünyası­nın ilk parlamentli respublikasını yaradan CUMHURİYYƏT QURUCULARInı böyük qururla, sonsuz sevgi və sayğı ilə anırıq

İngilis dilində sərbəst danışan 7 yaşlı    Aya uçan ilk azərbaycanlı, alim olmaq istəyir. Ətraflı şərhdə İ TV MAG təqdim...
18/01/2024

İngilis dilində sərbəst danışan 7 yaşlı Aya uçan ilk azərbaycanlı, alim olmaq istəyir. Ətraflı şərhdə İ TV MAG təqdimatında

Tanış olun: ingilis dilində sərbəst danışan 7 yaşlı    arzuları İctimai televiziya MAG təqdimatında. Alim olmaq, Aya uça...
18/01/2024

Tanış olun: ingilis dilində sərbəst danışan 7 yaşlı arzuları İctimai televiziya MAG təqdimatında. Alim olmaq, Aya uçan ilk azərbaycanlı olmaq istəyir

1294 beğeni, 47 yorum. "Çoxbilmiş uşağın arzularını dinləyin🤓"

Address

Bülbül Prospekti, 18
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Xalq qəzeti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Xalq qəzeti:

Share