BakuPlus.Az

BakuPlus.Az Bakı və ətraf qəsəbələrin gündəmini sizə təqdim edən xəbər portalı.

Bakının Nəsimi rayonu, Azər Əliyev küçəsi, bina 9a blok 1-in lifti aylardır işləmir.Məsələ ilə bağlı Bakuplus.az-a sakin...
03/02/2025

Bakının Nəsimi rayonu, Azər Əliyev küçəsi, bina 9a blok 1-in lifti aylardır işləmir.

Məsələ ilə bağlı Bakuplus.az-a sakinlər müraciət edib.

Onların sözlərinə görə, lift keçən ilin oktyabr ayından işlək vəziyyətdə deyil.

“Bizdən dəfələrlə pul alırlar ki, lifti düzəldəcəyik. 2-3 gün işləyir və sonra yenə xarab olur. Dekabr ayından isə ümumiyyətlə işləmir və müvafiq qurumlar hər dəfə bizə deyirlər ki, bu gün düzələcək. Ancaq düzələn heç bir şey yoxdur”, – deyə şikayətçi bildirib.

03/02/2025

Sabahınız xeyir!

Düz deyir?

Yeni həftə sizi nələr gözləyir, bizim eksklüzivulduz falında oxuya bilərsiniz.Şəkilləri çevirin və öz bürcünüzü tapın 🙃 ...
02/02/2025

Yeni həftə sizi nələr gözləyir, bizim eksklüziv
ulduz falında oxuya bilərsiniz.

Şəkilləri çevirin və öz bürcünüzü tapın 🙃

📰"Kommunist" qəzetinin 1929-cu ilə aid bir xəbərində yazılır ki, Azərneftin Suraxanı, Ramanı və Binəqədidə yerləşən üç m...
02/02/2025

📰"Kommunist" qəzetinin 1929-cu ilə aid bir xəbərində yazılır ki, Azərneftin Suraxanı, Ramanı və Binəqədidə yerləşən üç mədənində yeddi saatlıq iş rejiminə keçilib.

Lakin xəbərdə həftəlik iş günü sayı göstərilməyib.

1970-ci illərin sonu – 1980-ci illərin əvvəllərinə aid Bakının unikal kadrları. Bu fotoları Bakının baş memarının müavin...
02/02/2025

1970-ci illərin sonu – 1980-ci illərin əvvəllərinə aid Bakının unikal kadrları. Bu fotoları Bakının baş memarının müavini, hərbi layihələrin baş rəhbəri Rostislav Orlov-Stroqanov çəkib.

Bu fotolar həmin illərin şəhər atmosferini canlandırır.

Paylaşdı: Stasia Orlova-Stroqanova

“Şərq qadını” jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri Gülarə Qədirbəyova haqqında tərtib etd...
02/02/2025

“Şərq qadını” jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri Gülarə Qədirbəyova haqqında tərtib etdiyi maraqlı faktları təqdim edirik.

Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olub. İstintaq materiallarında bu ailənin rayonda məşhur, əsil-nəcabətli və varlı olduğu göstərilib. Gülarə xanımın qızlıq soyadı Əfəndiyeva idi və atasının keçmişdə kəndxuda işlədiyi xüsusi vurğulanıb. Sonralar onun Göynük bəyləri tərəfindən öldürüldüyü göstərilib.

1930-1931-ci illərdə dəstəbazlıq dövründə ailənin əksər üzvlərinin Azərbaycan K(b)P MK-nın rəhbərliyinin əleyhinə mübarizədə fəal iştirak etdiyi bildirilib.

O dövrdə imkanlar çox məhdud olduğuna görə atası Gülarəyə yalnız ibtidai təhsil verə bilmişdi. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik edib.

O, hər gün dərsə gəlməyən qızların dalınca evlərinə gedib valideynlərini başa salmalı, bəzən uzun-uzadı söhbət etməli, hətta dil tökməli olub.

Tezliklə ictimai-siyasi fəaliyyətə başlayıb, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə təyin olunub, Şəkidə, Şamxorda (indiki Şəmkir), Qubada və Bakıda Qadınlar şöbəsinə rəhbərlik edib.

Ailə həyatı qurduqdan sonra həyat yoldaşı Əhməd Qədirbəyovla birlikdə Bakıya köçüb.

Ətraflı hekayə bölməsindəki linkdə

02/02/2025

🥀🥀AZAL təyyarəsinin qəzaya uğramasından 40 gün keçir

Aviaşirkətin prezidenti Samir Rzayev, həlak olan ekipaj üzvlərinin qohumları, dostları və həmkarları Bakıda ikinci Fəxri xiyabanda onların xatirəsini ehtiramla yad ediblər.

02/02/2025

Rusiyada məşhur “Tinkoff” bankının təsisçisi və iş adamı Oleq Tinkov😀

“Netflix”in ən populyar seriallarından birində mənə rol təklif edildiyini eşitmək çox xoş oldu. Özümü inanılmaz dərəcədə...
02/02/2025

“Netflix”in ən populyar seriallarından birində mənə rol təklif edildiyini eşitmək çox xoş oldu. Özümü inanılmaz dərəcədə şanslı hiss etdim”.

Bunu 1news.аz-a müsahibəsində ABŞ-də yaşayan və işləyən azərbaycanlı aktyor, “Netflix”in ən çox baxılan layihələrindən biri olan “Gecə Agenti” serialında rol alan Tural Manafov deyib.

Tural Manafov Cim Kerrinin pərəstişkarı olduğunu və onunla Nyu-Yorkdakı görüşündən söz açıb:

“Nyu-Yorkda keçirdiyim ilk il ərzində heyrətamiz bir hadisə baş verdi. Cim Kerri ilə tanış oldum. Məni aktyor olmağa necə ruhlandırdığını söylədikdə qarşımda dayandığına, əlini sıxmağıma inana bilmirdim. Çox danışmadı, amma mənə baxdı və “Sənə uğurlar arzulayıram” dedi”.

“Netflix”in “Gecə Agenti” layihəsinə necə təklif almasından danışan T.Manafov qeyd edib ki, bu, onun üçün çox gözlənilməz olub.

Bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür.Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onlar...
02/02/2025

Bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür.

Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.

📷Bakı. 📆1989-cu il. 🎱Hökumət evinin yanında bilyard oynayan kişilər.
02/02/2025

📷Bakı.

📆1989-cu il.

🎱Hökumət evinin yanında bilyard oynayan kişilər.

01/02/2025

Tanınmış mügənni Mətanət Əsədova sosial şəbəkədə izləyicilərindən birinə sərt reaksiya verib.

Müğənni, canlı yayım zamanı mənfi rəy yazan izləyicisinə hədə-qorxu gəlib.

01/02/2025

Xanımın fikirləri ilə razısınız?

Video: Apa TV

Restoranlarda ən yüksək keşbək qazandıran bank kartları
01/02/2025

Restoranlarda ən yüksək keşbək qazandıran bank kartları

01/02/2025

🤲Əməkdar artist Elza Seyidcahan namaz qılarkən görüntülənib

Xalq artisti Gülyanaq Məmmədova evində çəkilişə qadağa qoyub.Axşam.аz xəbər verir ki, müğənni bu haqda “Zaurla Günaydın”...
01/02/2025

Xalq artisti Gülyanaq Məmmədova evində çəkilişə qadağa qoyub.

Axşam.аz xəbər verir ki, müğənni bu haqda “Zaurla Günaydın” verilişində deyib.

O, evinə qonaq gəlmək istəyən aparıcı Zaur Baxşəliyevə “Evimizə qonaq gəlin, amma kamerasız. Keçən dəfə dedi ki, evinizə bizi qoymadın. Mən də deyirəm kamera ilə gəlməyin. Bizim evimizə qonaq çox gəlir. Amma şou-biznesdən gələn yoxdur. Hamı ilə dostuq, amma öz evində. Guya, evdə oluruq ki? Hamı ilə tədbirdə görüşürük. Kim gələrsə, qapımız açıqdır. Kiminsə evinə girəndə heç nəyə baxmıram” sözlərini söyləyib.

G.Məmmədova Özbəkistanda evi olması haqda suallara “Xoşbəxtəm ki, bir çox yerdə sevilirik. O da olar” reaksiyasını verib.

Qeyd edək ki, G.Məmmədova 2022-ci ildə Özbəkistanın Xalq artisti Fəxri adına layiq görülüb.

Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Mirzə Əsədulla küçəsində içməli suyun küçəyə axıdılması barədə xəbər vermişdik.Ba...
01/02/2025

Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Mirzə Əsədulla küçəsində içməli suyun küçəyə axıdılması barədə xəbər vermişdik.

Bakuplus.az xəbər verir ki, hazırda problem tam həll olunub. Bununla bağlı sakinlər redaksiyamıza məlumat verib.

Onlar məsələni işıqlandırdığımız üçün təşəkkür ediblər.

Ötən gün dövlət başçısı 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama...
01/02/2025

Ötən gün dövlət başçısı 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.

Qafqazinfo.аz xəbər verir ki, onların arasında kamança ifaçısı, görmə məhdudiyyətli ikinci dərəcə əlilliyi olan İsrafilova Fatimə Seymur qızı da var.

Hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Musiqi yaradıcılığı departamentində təlimçi vəzifəsində çalışan F.İsrafilova, həm də Əlilliyi olan Şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qaliblərindəndir.

İstedadlı gəncimiz Almaniya, Türkiyə, İsrail və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə də birincilik qazanıb.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when BakuPlus.Az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share