Azad Iran

Directions Website

Azad Iran "Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur.

🇮🇷 Həmədanda təqaüdçülər etiraz aksiyası keçiriblər 🗣✊Oktyabrın 13-də İran Telekommunikasiya Şirkətinin Həmədan şəhərind...
14/10/2026

🇮🇷 Həmədanda təqaüdçülər etiraz aksiyası keçiriblər 🗣✊

Oktyabrın 13-də İran Telekommunikasiya Şirkətinin Həmədan şəhərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Onlar pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Təqaüdçülər həmçinin əmək haqqının tənzimlənməsinin üçüncü mərhələsinin həyata keçirilməsini, 89.24 saylı Məşğulluq Qaydalarının tətbiqini, ərzaq müavinətinin yenilənməsini və əlavə sığorta problemlərinin həllini istəyiblər.

Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin kşolunmadığına görə üç ildən çoxdur ko, ardıcıl hər həftə keçirilir.

تجمع اعتراضی بازنشستگان همدانی



Kanala abunə olun

14/10/2026

🇮🇷 İranşəhr səmasında hərbi helikopterlər aşağı hündürlükdə uçuş həyata keçirirlər 🚁👨‍🚀🔥

İranşəhr bölgəsindən əldə olunan bir çox görüntülər göstərir ki, SEPAH-ın bir neçə hərbi və aviasiya helikopteri bu şəhərin səmasında çox aşağı hündürlükdə uçuş hıyata keçirib.

İrənşəhrdəki bu hərəkətlilik son 24 saat ərzində Sistan və Bəluçistan əyalətində hökm sürən şiddətli təhlükəsizlik və hərbi gərginlik fonunda baş verir; belə ki, Taftan bölgəsinin Çah-Əhməd yüksəkliklərindəki qanlı və 12 saatlıq toqquşmalar əfqanıstanlı döyüşçülərdən ibarət Fatimiyyun qüvvələrinin (SEPAH-ın Qüds qanadəna bağlı) səhra komandiri Yasir Baqirinin və 20-dən çox hərbçinin öldürülməsi ilə nəticələnib.

پرواز ارتفاع پایین بالگردهای نظامی سپاه در آسمان ایرانشهر هم‌زمان با بحران امنیتی در سیستان و بلوچستان



«Azad İran» "Telegram" kanalına abunə olun!

🇺🇸 ABŞ 🇮🇷 İrana qarşı hərbi hazırlıq görür? ✈️🔥Məlumatlar göstərir ki, ABŞ ordusu hərbi texnikanı 🇨🇾 Kiprdən 🇦🇪 Birləşmi...
14/10/2026

🇺🇸 ABŞ 🇮🇷 İrana qarşı hərbi hazırlıq görür? ✈️🔥

Məlumatlar göstərir ki, ABŞ ordusu hərbi texnikanı 🇨🇾 Kiprdən 🇦🇪 Birləşmiş Ərəb Əmirliklərinə köçürür!

ارتش آمریکا در حال انتقال تجهیزات نظامی از قبرس به امارات است!




«Azad İran» "Telegram" kanalına abunə olun!

14/10/2026

🇮🇷 İran səfiri 🇪🇸 İspaniya kraliçası ilə görüşməkdən imtina etdi 🤔

İranın İspaniyadakı səfiri Rza Zəbib krallıq ailəsi ilə rəsmi salamlaşma mərasimi zamanı yenə kraliça Letisiyanın və şahzadələr Leonor və İnfanta Sofiyanın əlini sıxmaqdan imtina edib.

İran səfiri yalnız İspaniya kralı VI Felipe ilə əl sıxaraq salamlaşıb, lakin bu üç qadınla qarşılaşarkən heç bir fiziki təmas qurmayıb, əllərini sinəsində çarpazlaşdırmaqla və başını yüngülcə əyməklə kifayətlənib.
Kraliça Letisiya salamlaşmaq üçün əlini uzatsa da, əli havada qalıb. Bu addım İran diplomatlarının əvvəlki davranışlarına bənzəyir və İspaniya mediasında əks-səda doğurub.

خودداری سفیر جمهوری اسلامی از دست دادن با ملکه اسپانیا



«Azad İran» "Telegram" kanalına abunə olun!

🇦🇿 Azərbaycana qarşı “sionizm” nağılı: 🇮🇷 İran mollası yenə sübutsuz danışdıİranın Qəsri-Şirin şəhərinin sünni cümə nama...
14/10/2026

🇦🇿 Azərbaycana qarşı “sionizm” nağılı: 🇮🇷 İran mollası yenə sübutsuz danışdı

İranın Qəsri-Şirin şəhərinin sünni cümə namazı imamı Adil Qulami Azərbaycanın tətbiq etdiyi məktəbli geyimi qaydalarını tənqid edərək, heç bir konkret sübut təqdim etmədən bu siyasətin “sionist rejimin” və İslam dəyərlərinə qarşı çıxan hərəkatların təsiri altında formalaşdığını iddia edib.

Qulami Azərbaycan məktəblərində hicablı şagirdlərlə bağlı müzakirələrə toxunaraq, hicabı dini əmr kimi xarakterizə edib və onun tətbiqinə mane olunmamalı olduğunu bildirib. O, şagirdlərin dini inanclarına görə dərslərə buraxılmadığına dair sosial şəbəkələrdə yayılan görüntüləri də şərh edərək, bu cür halların sosial və mədəni nəticələr doğura biləcəyini irəli sürüb.

Hökumət mollası Azərbaycan hakimiyyətini vətəndaşların dini inanclarına hörmət etməyə çağırıb. Onun cəfəng sözlərinə görə, ölkələrin inkişafı hicabın məhdudlaşdırılması və dini ayinlərə qarşı çıxılması ilə əlaqələndirilməməlidir. Qulami dini hüquqlara hörmətin sosial birliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Maraqlıdır, konkret sübut olmadan “sionizm” ittihamı səsləndirmək nə vaxtdan dini mövqenin əsaslandırılması hesab olunur? Məktəbli geyimi ilə bağlı qaydaları müzakirə etmək olar, onların hüquqi və ictimai nəticələrini tənqid etmək də mümkündür. Ancaq hər məsələyə siyasi damğa vurmaq arqumentin yerini tutmur.

Azərbaycanın təhsil siyasətini tənqid etmək istəyənlər əvvəlcə faktları ortaya qoymalı, sonra nəticə çıxarmalıdırlar. Əks halda, bu cür açıqlamalar dini hüquqları müdafiə etməkdən daha çox, İranın daxili ideoloji gündəmini Azərbaycan üzərindən davam etdirmək cəhdi təsiri bağışlayır.



«Azad İran» "Telegram" kanalına abunə olun!

🛑 Məktəbli geyimindən siyasi tamaşaya: 🇮🇷İranda 🇦🇿 Azərbaycanla bağlı aksiya keçirildi🧕👧Məşhəd şəhərində İslam Respublik...
14/10/2026

🛑 Məktəbli geyimindən siyasi tamaşaya: 🇮🇷İranda 🇦🇿 Azərbaycanla bağlı aksiya keçirildi🧕👧

Məşhəd şəhərində İslam Respublikasının xüsusi sifarişi ilə hazırlanan bir qrup məktəbli qız Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində tətbiq olunan vahid məktəbli geyimi qaydalarına etiraz məqsədilə aksiya keçirib.

Aksiyada məktəbli qızların əlində “Hicab Allahın əmridir!” və “Hicaba azadlıq!” şüarları yazılmış pankartlar olub.

Məşhəddə məktəbli qızların Azərbaycandakı təhsil qaydaları ətrafında aksiyaya çıxarılması İranın dini məsələləri siyasi gündəmə daşıyan təbliğat xəttinin davamı kimi görünür. Öz məktəblilərini başqa ölkənin daxili məsələləri ətrafında şüar səsləndirməyə çıxaranlar əvvəlcə bu aksiyanın kim tərəfindən təşkil edildiyini və hansı məqsədə xidmət etdiyini izah etməlidirlər. Azərbaycanla bağlı hər mübahisəni hicab kampaniyasına çevirmək, ardınca da məktəbli uşaqları bu siyasi müzakirənin önünə çıxarmaq dini həssaslıqdan çox, ideoloji təbliğat təsiri bağışlayır.



«Azad İran» "Telegram" kanalına abunə olun!

🇮🇷 SEPAH: “Hörmüz boğazında konteyner gəmisi dəniz minasına dəyərək batıb” 🌊💣💥🚢Bu gün İslam İnqilabının Keşikçiləri Korp...
14/10/2026

🇮🇷 SEPAH: “Hörmüz boğazında konteyner gəmisi dəniz minasına dəyərək batıb” 🌊💣💥🚢

Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında 2 500-dən çox konteyner daşıyan gəminin dəniz minasına düşərək batdığını açıqlayıb. SEPAH-ın məlumatına görə, gəmi “icazəsiz və təhlükəli marşrut”la hərəkət etməyə cəhd göstərib.

Açıqlamada bildirilir ki, gəmidə baş verən güclü yanğından sonra o, Hörmüz boğazının cənub hissəsində batıb.

SEPAH yerli balıqçıları və digər gəmiləri suda üzən konteynerlərə görə ehtiyatlı olmağa çağırıb.

نیروی دریایی سپاه پاسداران می‌گوید یک کشتی کانتینربر صبح چهارشنبه ۲۲ مهر در آب‌های جنوبی تنگه هرمز با مین دریایی برخورد کرد، آتش گرفت و غرق شد.



«Azad İran» "Telegram" kanalına abunə olun!

🇮🇷 İran mollası 🇦🇿 Azərbaycanda etirazların davamına çağırış etdi 👳‍♂️🧕👧Qum şəhərində fəaliyyət göstərən Ayətullah Məhəm...
14/10/2026

🇮🇷 İran mollası 🇦🇿 Azərbaycanda etirazların davamına çağırış etdi 👳‍♂️🧕👧

Qum şəhərində fəaliyyət göstərən Ayətullah Məhəmmədcavad Fazil Lənkərani Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində tətbiq olunan vahid məktəbli geyimi qaydalarını hicabın qadağan edilməsi kimi qələmə verərək, Azərbaycan dövlətinə qarşı sərt ittihamlar səsləndirib.

O, Azərbaycanda hicablı şagird və müəllimlərin təhsildən kənarlaşdırıldığına dair iddialara istinad edərək, bu yanaşmanı əhalinin müsəlman və şiə kimliyinə zidd adlandırıb.

Lənkərani hicabı İslamın təbliğinin mühüm vasitələrindən biri kimi xarakterizə edib və hicaba qarşı çıxanların, onun fikrincə, Allaha, Qurana və İslama qarşı çıxdığı iddiasını irəli sürüb.

Molla Azərbaycan dövlətinə müraciətində dinlə qarşıdurmanın hakimiyyətin məhvinə gətirib çıxaracağını bildirib. O, Azərbaycanda hicab məsələsi ətrafında etirazların davam etdirilməsinə çağırıb və İran rəsmilərindən də Azərbaycan hökumətinin addımlarını pisləməyi tələb edib.

Hökumət mollası yenə əlinə mikrofon alıb Azərbaycana hədə-qorxu gəlməklə özünü siyasi hakimiyyətin sahibi kimi aparır. Özünü ilahi həqiqətlərin müstəsna nümayəndəsi sayan bu cənab unudur ki, əmmamə taxmaq heç kimə başqa bir dövlətə hökm oxumaq səlahiyyəti vermir. Azərbaycanı dinlə hədələmək asandır, ancaq dini siyasi alətə çevirib başqalarına mənəviyyat dərsi keçmək əslində təbliğat tamaşasından başqa nədir? Görünür, İranda bəzi mollalar özlərini o qədər vacib hesab edirlər ki, hətta Azərbaycanın daxili işlərinə də ilahi mandatla qarışdıqlarını düşünürlər.



«Azad İran» "Telegram" kanalına abunə olun!

🇮🇷 İrana bağlı haker qrupu 🇦🇿 Azərbaycana kiberhücuma görə məsuliyyəti üzərinə götürüb 👨‍💻😎Bu gün İrana yaxınlığı ilə ta...
14/10/2026

🇮🇷 İrana bağlı haker qrupu 🇦🇿 Azərbaycana kiberhücuma görə məsuliyyəti üzərinə götürüb 👨‍💻😎

Bu gün İrana yaxınlığı ilə tanınan “313 Team” haker qrupu Azərbaycan dövlətinin veb-saytlarına qarşı həyata keçirilən DDoS hücumuna görə məsuliyyəti üzərinə götürüb. Qrup bu barədə özünün “Telegram” kanalında məlumat yayıb.

Özünü “İraqda İslam Kiber Müqaviməti” kimi təqdim edən qrup İranı, “Hizbullah”ı və “Müqavimət Oxu”na daxil olan digər təşkilatları dəstəklədiyini bildirir.

“313 Team” əsasən DDoS hücumları həyata keçirməklə tanınır. Bu hücumlar serverlərə və onlayn xidmətlərə həddindən artıq sorğu göndərərək onların fəaliyyətini ləngitmək və ya əlçatmaz etmək məqsədi daşıyır.



«Azad İran» "Telegram" kanalına abunə olun!

🇮🇷 İranda “Bəsic” qüvvələrinin qadın komandanı ö*ldürüldü 🧕🔥Bu gün Sistan və Bəluçistan əyalətinin Mehristan bölgəsində ...
14/10/2026

🇮🇷 İranda “Bəsic” qüvvələrinin qadın komandanı ö*ldürüldü 🧕🔥

Bu gün Sistan və Bəluçistan əyalətinin Mehristan bölgəsində s\ilahlı hücum nəticəsində yarıhərbi radikal “Bəsic” bölməsinin qadın komandanı Əfsanə Əqila g\üllələnib.

Məlumata əsasən, bundan əvvəl də Mehristan bölgəsində hərbi qüvvələri daşıyan nəqliyyat vasitəsinə s\ilahlı hücum edilib. Hadisə nəticəsində bir nəfər ö*lüb, üç nəfər yaralanıb.

Son günlər sözügedən əyalətinin Zahidan, Səravan, İranşəhr, Rask, Təftan, Çabahar ərazilərində də silahlı toqquşmalar və təhlükəsizlik insidentləri barədə məlumatlar yayılıb. (“Halvəş” Teleqram kanalı)

کشته شدن فرمانده بسیج حوزه افضل مهرستان در پی تیراندازی افراد مسلح در مهرستان



«Azad İran» "Telegram" kanalına abunə olun!

Address

Salatin Askerova
Baku
AZ1100

Alerts

Be the first to know and let us send you an email when Azad Iran posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share