Xeber Azerbaycan

Xeber Azerbaycan Azərbaycanda və Dünyada baş vermiş hadisələr barədə ən tez, ən düzgün və qərəzsiz m?

Sitatın sonu və ya ikiüzlülüyün əvvəli. Bir vaxtlar müxalifətçilərə Allahdan “ölüm” arzulayan Etibar(sız) Hüseynov, indi...
07/01/2023

Sitatın sonu və ya ikiüzlülüyün əvvəli. Bir vaxtlar müxalifətçilərə Allahdan “ölüm” arzulayan Etibar(sız) Hüseynov, indi Yaradandan onlar üçün azadlıq diləyir!

15 sentyabrda Mənzil İnşaat Dövlət Agentliyi yenidən sosial evləri satışa çıxaracağını elan edib. Bildiyimiz üzrə bundan...
15/08/2022

15 sentyabrda Mənzil İnşaat Dövlət Agentliyi yenidən sosial evləri satışa çıxaracağını elan edib. Bildiyimiz üzrə bundan əvvəlki satış saxtakarlıq ucbatından ləğv olunmuşdu. Eşitdiyimə görə bu dəfəki satışa DTX nəzarət edir. Görəsən bu dəfə həqiqətən mənzilə ehtiyacı olan ailələrin ev almaq şansı olacaq?

Milli Məclisin Aparatı rəhbəri vəzifəsinə yeni təyinat olub.APA xəbər verir ki, bunula bağlı parlamentin sədri Sahibə Qa...
17/05/2022

Milli Məclisin Aparatı rəhbəri vəzifəsinə yeni təyinat olub.

APA xəbər verir ki, bunula bağlı parlamentin sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Hacıyev Fərid Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.

Fərid Hacıyev 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlayıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak edib və müvafiq sertifikat alıb. TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir. Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil edib və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış edib. O, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən "Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası" layihəsində Parlament Aparatını təmsil edir.
Xatırladaq ki, bundan əvvəl parlamentin Aparatının rəhbəri Səfa Mirzəyev idi.

02/04/2022

Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində yerləşən LocationBaku gecə klubunda partlayış baş verib. İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib. Ölən və yaralılar var. Əlavə məlumat veriləcək...

“Zara”, “Zara Home”, “Massimo Dutti”, “Bershka”, “Oysho”, “Pull & Bear”, “Stradivarius” və “Uterqüe” kimi iri mağazalar ...
06/03/2022

“Zara”, “Zara Home”, “Massimo Dutti”, “Bershka”, “Oysho”, “Pull & Bear”, “Stradivarius” və “Uterqüe” kimi iri mağazalar şəbəkələrinin sahibi olan İspaniyanın “Inditex” şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

Rusiyadaki ticarət mərkəzlərinin görüntüsü

Rusiya Kiyevdə teleqülləni vurub. Nəticədə beş nəfər ölüb, beş nəfər isə yaralanıb.Hücumdan sonra televiziya qülləsinin ...
02/03/2022

Rusiya Kiyevdə teleqülləni vurub. Nəticədə beş nəfər ölüb, beş nəfər isə yaralanıb.

Hücumdan sonra televiziya qülləsinin ətrafından qatı duman yüksəldiyi görülüb.

Hücuma məruz qalan teleqüllə Kiyevin simvollarından sayılır və SSRİ dönəmində inşa olunub. Hündürlüyü 385 metrdir.

Hücumun şəhərdəki televiziya yayımını kəsməyə hesablandığı bildirilir.

Raket atəşi nəticəsinə ətrafda böyük dağıntılar əmələ gəlib.

Teleqüllədən geriyə isə bu görüntülər qalıb:

26/02/2022

31/01/2022

Özbəkistanın paytaxtı Daşkənddə yerləşən zooparkda dəhşətli hadisə baş verib.

Ana qızını ayının olduğu əraziyə atıb. Məlumata görə, qız uşağı 5 metr hündürlükdən ayının qarşısına düşüb. Zuzu adlı ayı uşağa yaxınlaşaraq onu iyləyib. Daha sonra nəhəng canlı uşağa xəsarət yetirmədən uzaqlaşıb. Dərhal əraziyə daxil olan zoopark işçiləri ayını qəfəsinə yönləndiriblər. Ardınca uşaq xilas edilib.
Həkimlər uşağı müayinə edəndən sonra məlum olub ki, o hündürlükdən düşdüyü üçün yüngül xəsarətlər alıb. Ananın niyə belə addım atdığı araşdırılır.

Düşüncəm: Ayının qeyrəti o qadının qeyrətindən çox imiş!

"Azərbaycanda epidemioloji vəziyyətdən asılı olaraq, peyvəndin 4-cü dozası tələb oluna bilər".Bu barədə açıqlamasında hə...
28/01/2022

"Azərbaycanda epidemioloji vəziyyətdən asılı olaraq, peyvəndin 4-cü dozası tələb oluna bilər".

Bu barədə açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib.
Həkimin fikrincə, 3 doza vaksin effektiv spesifik immun cavabın formalaşması üçün yetərlidir:

"Lakin bəzən növbəti dozanın tətbiqinə də ehtiyac yarana bilər. Bu da fərdin orqanizminin vəziyyəti, risk faktorları nəzərə alınaraq təyin olunur".

Nicat Əzimli qeyd edib ki, koronavirusa yoluxmaların sürətlə artmasının əsas səbəbi hazırda yayılmaqda olan hiper-kontaqioz xüsusiyyətli "Omikron" variantıdır.

Həkim deyib ki, qarşıdakı bir neçə həftə ərzində yoluxmaların sayında artım davam edəcək.
Qeyd edək ki, hazırda İsrail vətəndaşlarına 4-cü dozanı tətbiq edir.

Qeyd edək ki, son günlər dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da virusa yoluxma halları artmaqdadır.

Son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3361 yeni yoluxma faktı qeydə alınıb, 1132 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Müğənni Xatun Əliyeva sosial şəbəkədə yeni fotosunu paylaşıb.Sənətçinin şəkli müzakirələrə səbəb olub.İzləyicilər fotoya...
28/01/2022

Müğənni Xatun Əliyeva sosial şəbəkədə yeni fotosunu paylaşıb.

Sənətçinin şəkli müzakirələrə səbəb olub.

İzləyicilər fotoya mənfi rəylər qeyd ediblər.

Qeyd edək ki, X.Əliyeva fotosessiyasını yeni mahnısı üçün etdirib.

Address

Xetai Rayonu, Sadıqcan Küçəsi 34
Baku

Alerts

Be the first to know and let us send you an email when Xeber Azerbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share