Turan Birliyi

Turan Birliyi Тюркский мир на протяжении длительной истории являлась уникальным местом, где зарождались и развивались мощнейшие культуры и цивилизации

Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatı Azərbaycan Ölkə Başqanlığının  Ermənistanın cinayətkar, işğalçı silahlı ...
08/04/2025

Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatı Azərbaycan Ölkə Başqanlığının
Ermənistanın cinayətkar, işğalçı silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırımın 33-cü ildönümü ilə əlaqədar
B Ə Y A N A T I
Ermənilər tarixin bütün mərhələlərində Türklərə qarşı soyqırımı siyasəti aparmışlar. Azərbaycanın müasir tarixində, Qarabağ müharibəsi dövründə azərbaycan xalqı erməni faşistləri tərəfindən çoxsaylı soyqırım və qətliam aktlarına məruz qoyulmuşdur.
Bağanis-Ayrum, Kərkicahan, Umudlu, Meşəli, Xocalı, Qaradağlı, Malıbəyli və sair yaşayış məntəqələrində olan soyqırım ilə yanaşı, erməni millətçilərinin ən amansız, qanlı cinayətlərindən, vandalizm aktlarından biri də 1992-ci il, aprelin 8-də törədiyi Kəlbəcər rayonunun Ağdaban kəndində soyqırımıdır.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistanın eks-prezidenti Robert Köçəryanın bilavasitə rəhbərliyi altında erməni silahlı birləşmələri üç gözətçini qətlə yetirərək Ağdaban təpəsini işğal etmiş və Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum etmişdir. Kənd 1988-ci ildən Ermənistan silahlı qüvvələrinin mühasirəsində olmuşdur.
130 evdən ibarət bu kəndi ələ keçirən erməni quldurları onu tamamilə yandırmış, sakinlərini əsir götürmüş, onlardan 779 nəfəri qeyri-insani işgəncələrə məruz qalmışdır.
Bu soyqırım zamanı 32 nəfər vəhşicəsinə qətlə yetirilib, 67 nəfər öldürülüb, o cümlədən 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb, onlarla insan ağır yaralanıb.
Robert Köçəryanın başçılıq etdiyi silahlı quldurlar Ağdabanda günahsız qocaları, körpələri, qadınları güllələyib, məhbusların kəsilmiş başlarının dərilərini soymuş, meyitlərin gözlərini çıxarmış, qulaqlarını kəsmiş və bu cinayətlər tarixə 20-ci əsrin ən qanlı hadisələrindən biri kimi yazılmışdır.
Ermənilər Ağdabanı təkcə strateji yer olduğuna görə yox, həm də Kəlbəcər ədəbi mühitinin beşiyi kimi çoxdan dikmişdilər. Onlar təkcə Ağdabanda soyqırımı törətməyiblər. Erməni faşistləri tarix, memarlıq və mədəniyyət abidələrini dağıdıb, ziyarətgahları, qəbiristanlıqları viran qoyublar.
Klassik Azərbaycan poeziyasının böyük ustadı Aşıq Qurbanın və oğlu xalq şairi Aşıq Şəmşirin evi və mədəni-tarixi əhəmiyyət daşıyan əlyazmaları yandırılmış, Aşıq Şəmşirin doğma ocağı dağıdılmışdır. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsinə çevrilmişdir. Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olmuşdur. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırmış, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələmiş, özünü isə kartof quyusunda diri-diri basdırmışlar.
BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının tələblərinə uyğun olaraq Ağdaban faciəsi soyqırım, insanlığa qarşı cinayət kimi tanınmalı, onun təşkilatçıları cəzalandırılmalı, beynəlxalq ictimaiyyət və beynəlxalq birlik tərəfindən obyektiv qiymətini almalıdır.
Dünyanın tərəqqipərvər ictimaiyyəti haqlı olaraq Rusiyanın Ukraynada işğalçı hərəkətlərini pisləyir və Buça, İrpen, Mariupol, Avdeevka, Marinka, Soledar yaşayış məntəqələrində dinc əhalinin soyqırıma məruz qalmasını qətiyyətlə qınayır. Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, məhkəmələr illər keçməsinə baxmayaraq, hələ də Ağdabandakı soyqırıma adekvat münasibət nümayiş etdirməyib.
Bunlarda Azərbaycan ictimaiyyətinin Qərbin “demokratiya”, ikili standartlarına qarşı ədalətli tənqidinə səbəb olur. Onu da qeyd edək ki, Azərbaycan ictimaiyyəti ABŞ, Avropa ölkələri və Rusiyanın Azərbaycana qarşı qərəzli münasibətdən narazıdır.
Ağdaban hadisələrini unutmaq olmaz. Ağdabanda soyqırım olduğu üçün tribunal çoxdan çağırıla bilərdi. Orada soyqırım törədilib, erməni cəlladları dinc əhalini hər cür ələ salıb, təhqir edib, qətliama məruz qoyub.
Bu, tarixin qanlı səhifəsidir.
Qeyd: Bəyanat Türk Dövlətləri Təşkilatına, Birləşmiş Millətlər Təşkilatına, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT, İslam Əməkdaşlıq Təşkilatına, xarici ölkələrin respublikamızdakı səfirliklərinə göndərilmişdir

Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatı Azərbaycan Ölkə Başqanlığının “Alparslan Türkeşin vəfatının 28-ci ildönü...
05/04/2025

Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatı Azərbaycan Ölkə Başqanlığının “Alparslan Türkeşin vəfatının 28-ci ildönümü” bağlı
M Ü R A C Ə T İ
Böyük millətlər - dəyərlər uğrunda həyatını təhlükəyə atanlar, tarixdə iz qoyan fatehlər, qəhrəman əsgərlər, qorxmaz iş və əməl sahibləri, vətəni və idealı üçün hər şeyi riskə atan əzəmətli dövlət xadimləri yetişdirirlər.
Millətimizin yetişdirdiyi Alparslan Türkeş xarizmatik bir lider, Türk Dünyasında iz qoymuş mühüm dava adamı, türk millətçiliyi ideyasını aydınlara xas olan fikri idealizmdən siyasi cərəyana çevirən və ictimailəşdirən, türk millətinə, Turan ellərinin ehtiraslı bir millətçisi, gələcəyə nikbin baxan dövlət xadimi idi.
Alparslan Türkeş türk millətçiliyinin və xarici ölkələrdə yaşayan türklərin sədaqətli müdafiəçisi olmuşdur. O, qurduğu bütün qurum və təşkilatlarda türk gənclərinin milli dəyərlərlə yetişdirilməsi üçün səy göstərmişdir.
Türk Dünyasında insan haqları pozuntularına qarşı mübarizə aparan Türkeş xaricdəki türklərin problemlərinin həll yollarını axtarır, dövlətçiliyə yaraşan yüksək rəftar və davranışlar nümayiş etdirirdi. O, türk dünyasının liderləri tərəfindən böyük hörmətlə qarşılanmış və “Başbuğ” titulu Altaylardan Tunaya qədər bütün türk dünyasında tanınan bir ünvana çevrilmişdir.
Alparslan Türkeş həyatı boyu Türk Dünyasından və ya digər türk bölgələrindən gələnlərə qapısını həmişə açıq saxlamış, onların problemləri ilə maraqlanmış, ehtiyaclarını qarşılamış, çoxdan tanıdığı dostuna göstərdiyi diqqəti sərgiləyərək hərarətlə dəstək olmuşdur.
Vəfatının 28-ci ildönümündə Alparslan Türkeşi hörmət və ehtiramla yad edirik. Vətənimiz Türk yurdları uğrunda, torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizə və Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucu başqanı Alparslan Türkeşə Allahdan rəhmət diləyirik.
Türk Dünyası uğrunda savaşmış igidlərimizi unutmuruq, unutmayacağıq.

Address

Azerbaycan
Baku
AZ1000

Telephone

+994552089659

Website

Alerts

Be the first to know and let us send you an email when Turan Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share