DFM Dance Radio

DFM Dance Radio JUST DANCE "DANCE FM" Azərbaycanın 24/7 çalışan ən ritmik musiqili radiosudur! "DANCE FM" is the most rhythmic music radio in Azerbaijan, that is live for 24/7!

"DANCE FM" Radiosu 11.11.2020 -ci il tarixindən internet üzərindən yayıma başlamışdır. Efirimizdə fasiləsiz olaraq dünya rəqs musiqilərinin alovlandırıcı yeni hitləri gecə-gündüz səslənir. Gün boyu əla əhval-ruhiyyə ilə təmin edilməyinizi istəyirsinizsə sadəcə bizi dinləyin. Incendiary and fresh hits of the world dance music sound on our air around the clock.

Artıq radiomuzu sayt vasitəsilə dinlədiyiniz zaman, efirdə səslənən musiqinin adını görə biləcəksiniz.
01/04/2024

Artıq radiomuzu sayt vasitəsilə dinlədiyiniz zaman, efirdə səslənən musiqinin adını görə biləcəksiniz.

Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını  başa vurur və təbiətin ...
05/03/2024

Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır.
Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb.
Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, p*s niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun.
Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi arınma mərhələsinin sonu sanarmışlar.
Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.
Qoy bu çərşənbə axşamı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gerçək olsun! Od çərşənbəniz mübarək olsun!

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when DFM Dance Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DFM Dance Radio:

Share

Category