Cənub Media

Cənub Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cənub Media, News & Media Website, .

Cənub Media İnformasiya Agentliyi Azərbaycanın cənub bölgəsində fəaliyyət göstərən və bu regionun ictimai, siyasi, iqtisadi və mədəni həyatını işıqlandıran regional media resursudur

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-tə...
19/08/2026

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatının rəhbəri, kitabxana müdiri, kitabxanaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, katibə-makinaçı, laborant) işə qəbul üzrə müsabiqə elan edilir.

📝 Müsabiqə 2 mərhələdən ibarətdir:
1️⃣ Qeydiyyat
2️⃣ Test imtahanı

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 19 avqust 2026-cı il tarixindən 26 avqust 2026-cı il tarixinədək, saat 10:00-dan 17:00-a kimi (yalnız iş günlərində) Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq rayonlar (şəhər) üzrə təhsil sektorlarına yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- təhsil haqqında sənədin surəti (attestat, diplom);
- əmək kitabçasının surəti (olduğu halda);
- şəhid ailəsi üzvü olduqda müvafiq vəsiqənin surəti;
- hərbi biletin surəti (GÇHR vəzifəsi üzrə müraciət etdikdə).

Təqdim olunmuş sənədlər əsasında namizədlərin müvafiq tələblərə uyğunluğu yoxlanıldıqdan sonra, test imtahanında iştirakı təsdiq edilmiş namizədlərin qeydiyyat zamanı təqdim etdikləri əlaqə nömrəsinə müsabiqənin keçiriləcəyi tarix və yer barədə məlumat göndəriləcək.

Şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu vəzifə üzrə uyğunluqları yoxlanılmaqla və qanunvericiliyin tələbləri gözlənilməklə müsabiqədənkənar qaydada həyata keçirilir.

Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər:
🔗 https://shorturl.at/vEXRr
İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.

🔗 Müvafiq vəzifələrin tutulmasına dair tələblər və müsabiqə proqramı ilə aşağıdakı keçidə daxil olmaqla tanış ola bilərsiniz: https://shorturl.at/sxvDE

Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq:
✔️ 10 sual – Azərbaycan Respublikasının qanunvericiliyi
✔️ 10 sual – informasiya-kommunikasiya texnologiyaları
✔️ 40 sual – müraciət edilən vəzifə üzrə peşə bilikləri

Test imtahanında hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir və səhv cavablar düzgün cavablara təsir göstərmir. Test imtahanında 30 bal və daha yüksək nəticə göstərən namizədlər uğur qazanmış hesab edilir. İmtahandan uğurla keçmiş namizədlər topladıqları bala əsasən mövcud vakant vəzifələrə yerləşdirilir. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malik olurlar. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun azalan sıra ilə davam etdirilir.

Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla namizədlərə üstünlük verilir:
1) müharibə iştirakçıları və onların ailə üzvləri;
2) təhsil səviyyəsi daha yüksək olan şəxslər;
3) iş stajı daha çox olan şəxslər;
4) müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər.

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə VTİSK-də nəzərdə tutulan ixtisas tələbləri və dərəcələri üzrə müəyyənləşdirilmiş ardıcıllıqla üstünlük verilir. Müsabiqədən keçmiş namizədlər müvafiq təhsil müəssisəsində mövcud olan vakansiyaya təyin edilməzdən əvvəl namizədin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi şöbəsi ilə razılaşdırıldıqdan sonra rəsmiləşdirmə həyata keçiriləcək.

Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiya müraciəti edə bilərlər.

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır. Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd tərəfindən ona təklif edilən vəzifədən imtina edildiyi təqdirdə, o, ehtiyat kadrlar siyahısından çıxarılır.

📌 Qeyd:
- Namizəd yalnız bir vakant vəzifə üzrə qeydiyyatdan keçə bilər.
- Təqdim edilən məlumatların düzgünlüyünə görə namizəd məsuliyyət daşıyır.
- Hər hansı mərhələdə təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu aşkarlanarsa, bu zaman namizədin nəticəsi ləğv edilir.

17/08/2026

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb

15/08/2026

Astarada əncir ağacından yıxılan 60 yaşlı kişi ölüb

15/08/2026

Barmağı ilə daşı qırdı

15/08/2026

Bu əşyalar sizi 1990-cı illərə aparacaq

15/08/2026

Polis Masallıda əməliyyat keçirdi: Tutulan var

15/08/2026

Neftçalada maraqlı təbiət hadisəsi

14/08/2026

İspaniyada tam Günəş tutulması qeydə alınıb

14/08/2026

Lənkəranda ilk geniş sitrus təsərrüfatı yaradan qadın – Rəftarə Şükürova

Address


Alerts

Be the first to know and let us send you an email when Cənub Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cənub Media:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share