Haqq.Az

Haqq.Az Məqsədimiz ölkədə və dünyada baş verən ən son xəbərləri sizə anında çatdırmaqdır.

Hər arzunun bir ünvanı var. Mənim ən böyük arzularımın ünvanı isə şəhidlərimdir. Bir şəhidin yaşadığı evi görmək, bir şə...
25/07/2022

Hər arzunun bir ünvanı var. Mənim ən böyük arzularımın ünvanı isə şəhidlərimdir. Bir şəhidin yaşadığı evi görmək, bir şəhidin məzarını ziyarət etmək mənim yaşaya biləcəyim ən ali duyğulardı. Çünki həmin ünvanlarda ruhumun şəhid ruhuna daha yaxın olduğunu hiss edirəm. Hiss edirəm ki, şəhidlərim məni duyur.Qəhrəmanlar oylağı, şəhid qoxulu Naxçıvan torpağına qədəm qoyduğum ilk anda sanki məni şəhidlərimin ruhlarının qarşıladığını hiss etdim....

https://haqq.az/TXK1O

Hər arzunun bir ünvanı var. Mənim ən böyük arzularımın ünvanı isə şəhidlərimdir. Bir şəhidin yaşadığı evi görmək, bir şəhidin məzarını ziyarət etmək mənim

İyulun 25-də gözlənilən hava şəraiti ilə bağlı proqnozlar açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məluma...
24/07/2022

İyulun 25-də gözlənilən hava şəraiti ilə bağlı proqnozlar açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq....

https://haqq.az/NxuU1

Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu

İyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanmış taxıl dəhlizi üzrə razılaşmanın iş mexanizmi...
24/07/2022

İyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanmış taxıl dəhlizi üzrə razılaşmanın iş mexanizminin bəzi yeni təfərrüatları məlum olub. Məlumata görə, Ukraynadan taxıl və kənd təsərrüfatı məhsullarının daşınmasına bütün nəzarət prosesi Türkiyə Müdafiə Nazirliyinin Universitetində yaradılmış müştərək koordinasiya mərkəzindən həyata keçiriləcək. Mərkəz İstanbulun Avropa hissəsində, Bosfor boğazı sahilindəki Levent səmtində yerləşir. Mərkəzdə Türkiyə, Rusiya və Ukraynadan polkovnik və ya general rütbəsi olan hərbi qulluqçular çalışır....

https://haqq.az/ugUUt

Məlumata görə, Ukraynadan taxıl və kənd təsərrüfatı məhsullarının daşınmasına bütün nəzarət prosesi Türkiyə Müdafiə Nazirliyinin Universitetində yaradılmış

Rusiya hökuməti Baham adalarını, Qernsi və Men adalarını qeyri-dost dövlətlər və ərazilərin siyahısına daxil edib. Bu ba...
24/07/2022

Rusiya hökuməti Baham adalarını, Qernsi və Men adalarını qeyri-dost dövlətlər və ərazilərin siyahısına daxil edib. Bu barədə bazar günü Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Nazirlər Kabineti xatırladıb ki, bu siyahı bəzi xarici kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsinin müvəqqəti qaydası haqqında prezidentin 5 mart 2022-ci il tarixli fərmanına əsasən yaradılıb. Qeyd edək ki, hazırda siyahıda ABŞ və Kanada, Aİ dövlətləri, Böyük Britaniya, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan daxildir. Bu il iyulun 22-də Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya da sözügedən siyahıya daxil edilib. Mənbə: TASS

https://haqq.az/054Kh

Bu barədə bazar günü Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Red Bull” komandasını təmsil edən niderlandlı pilot Maks Verstappen bazar günü “Formula 1” üzrə dünya çempionatının 12-c...
24/07/2022

Red Bull” komandasını təmsil edən niderlandlı pilot Maks Verstappen bazar günü “Formula 1” üzrə dünya çempionatının 12-ci turu çərçivəsində Fransa Qran-Prisinin qalibi olub. Yarışlar Pol Rikar avtodromunda keçirilib. İkinci yeri “Mercedes”in britaniyalı pilotu Luis Hemilton tutub. Onun həmyerlisi və komanda yoldaşı Corc Rassel isə üçüncü olub. Qeyd edək ki, yarışları növbəti mərhələsi iyulun 29-dan 31-dək Macarıstanda keçiriləcək. Mənbə: TASS

https://haqq.az/Z7MSv

Yarışlar Pol Rikar avtodromunda keçirilib.

Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndində əhalinin məskunlaşdırılması davam edir. Son üç gündə kəndə 20 ailə köçür...
24/07/2022

Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndində əhalinin məskunlaşdırılması davam edir. Son üç gündə kəndə 20 ailə köçürülüb. Yenisabah.az xəbər verir ki, köç prosesi bədbəxt hadisə ilə müşahidə olunub. Belə ki, Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürək tutmasından vəfat edib. K.Sultanovanın 57 yaşı olub. O, doğma kənddə torpağa tapşırılıb.

https://haqq.az/DJFMK

Yenisabah.az xəbər verir ki, köç prosesi bədbəxt hadisə ilə müşahidə olunub. Belə ki, Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin

Koronavirusa yoluxan ABŞ Prezidenti Co Baydenin vəziyyəti yaxşıdır. Bu barədə bazar günü Ağ Evin COVID-19-un yayılması i...
24/07/2022

Koronavirusa yoluxan ABŞ Prezidenti Co Baydenin vəziyyəti yaxşıdır. Bu barədə bazar günü Ağ Evin COVID-19-un yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca məlumat verib. “Mən dünən axşam prezidentin komandası ilə əlaqə saxladım. Dünən (şənbə) prezidentin böyük bir iş günü var idi, özünü yaxşı hiss edirdi”, - A. Ca ABC televiziyasına müsahibəsində deyib. Ağ Ev koordinatoru ABŞ liderinin iki dəfə peyvənd olunduğunu da xatırladıb. Bundan əlavə, Bayden iki dəfə gücləndirici doza alıb. Qeyd edək ki, ABŞ prezidentinə koronavirus diaqnozu qoyulması faktı iyulun 21-də məlum olub. Mənbə: profile.ru

https://haqq.az/CRcLP

Bu barədə bazar günü Ağ Evin COVID-19-un yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca məlumat verib.

Türkiyənin Muğla bölgəsi yenidən meşə yanğınlarının məngənəsindədir. Bölgənin Milas rayonunda meşə sahəsi alovlara təsli...
24/07/2022

Türkiyənin Muğla bölgəsi yenidən meşə yanğınlarının məngənəsindədir. Bölgənin Milas rayonunda meşə sahəsi alovlara təslim olub. Hadisə Çamköy məhəlləsində baş verib. Muğla Meşə Region Müdirliyi ilə Milas və Bodrum xilasetmə qrupları bölgəyə gəliblər. Hazırda əraziyə dörd yanğınsöndürmə təyyarəsi, dörd helikopter, 15 yanğınsöndürən maşın, yeddi su tankeri cəlb olunub. Yanğının lokallaşdırılmasına çalışılır.

https://haqq.az/LSc1X

Bölgənin Milas rayonunda meşə sahəsi alovlara təslim olub.

İyulun 23-də britaniyalı aktyor Daniel Redklifin 33 yaşı tamam olur. Onun həyat yolu, ekrandakı əsas prototipi olan Harr...
24/07/2022

İyulun 23-də britaniyalı aktyor Daniel Redklifin 33 yaşı tamam olur. Onun həyat yolu, ekrandakı əsas prototipi olan Harri Potterin taleyini təkrarlayır. Çox kiçik yaşlarında Daniel planetin ən məşhur və ən varlı uşaqlarından birinə çevrilib. O, milyonlarla həmyaşıdı üçün əsl nümunə və ilham mənbəyi olub. Ancaq sehrbaz haqqında silsilə filmlər başa çatdıqdan sonra aktyor öz obrazının şöhrətindən qurtulmaq üçün mümkün olan hər şeyi edib və qəribə də olsa, o, bunu bacarıb. Bu gün üçün artıq Redklifin arsenalında çox müxtəlif rolların kolleksiyası var. Mənbə: film.ru

https://haqq.az/ZkcZL

Onun həyat yolu, ekrandakı əsas prototipi olan Harri Potterin taleyini təkrarlayır. Çox kiçik yaşlarında Daniel planetin ən məşhur və ən varlı uşaqlarından

Atletiko” hücumçu Antuan Qrizmanla əməkdaşlığa son qoymağa hazırdır. “The Times”ın yazdığına görə, Madrid klubu “Mançest...
24/07/2022

Atletiko” hücumçu Antuan Qrizmanla əməkdaşlığa son qoymağa hazırdır. “The Times”ın yazdığına görə, Madrid klubu “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldonu transfer etməyə çalışır. Bunun üçün klub məvacib xərclərini azaltmalı olacaq. Məlumata görə, artıq Qrizmanın hesabına buna cəhd edilib. Fransız futbolçunun müxtəlif komandalara təklif olunduğu iddia edilir. Onların arasında PSJ də var. Lakin parislilər transferdən imtina ediblər. Qeyd edək ki, Qrizmann hazırda “Barselona”dan icarə əsasında “Atletiko”da çıxış edir.

https://haqq.az/typQH

Qeyd edək ki, Qrizmann hazırda “Barselona”dan icarə əsasında “Atletiko”da çıxış edir.

Rusiya Ukrayna ərazisinə nə qədər çox raket atsa, Böyük Britaniya bir o qədər çox yardım göndərəcək. Bunu Böyük Britaniy...
24/07/2022

Rusiya Ukrayna ərazisinə nə qədər çox raket atsa, Böyük Britaniya bir o qədər çox yardım göndərəcək. Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib. Biz bilirik ki, ukraynalılar təkcə öz gələcəkləri üçün deyil, demokratiya, gələcək dünya uğrunda da mübarizə aparırlar. Ona görə də Ukraynanın qələbəsi bizim hamımız üçün vacibdir. Ukrayna şəhərlərini vuran hər raketdən sonra biz daha çox yardım təmin edəcəyik”, -deyə nazir bildirib....

https://haqq.az/3Y4Fz

Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Haqq.Az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share