Hot News

Hot News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hot News, Media/News Company, Baku.

09/07/2021

Bakıda polis rəisi özünü güllələyərək öldürüb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

08/07/2021

❗Bu gün Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.

Bizi teleqramdan izləyin: t.me/hotnewsagency

08/07/2021

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb:

Qafqaz Müsəlmanlar İdarəsinə 2 milyon manat ayrılıb

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat ayrılıb

Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat ayrılıb

Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat ayrılıb

Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat ayrılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılıb

07/07/2021

🇦🇿Azərbaycanda yeni Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb.

Bizi teleqramdan izləyin: t.me/hotnewsagency

06/07/2021

İİR tərəfi dərhal məlumatlandırılmış, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əla­qədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Bu barədə DSX məlumat yayıb.

06/07/2021

❗İrandan gələn narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıb

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri – hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Qurbanov Məzahir Sahil oğlu güllə yarası almış, ona ilkin yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanaya təxliyə edilmiş, lakin sərhəd pozucusu yolda ölmüşdür. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçmışlar.

04/07/2021

❗İki saata yaxın müddətdən sonra SOCAR məsələnin dəqiqləşdirilməsi üçün hadisə yerinə gəmi göndərib.

Bizi teleqramdan izləyin: t.me/hotnewsagency

04/07/2021

❗Elmlər Akademiyasının nümayəndəsi Adil Əliyev bildirdi ki, Xəzərin cənub hissəsində Səbail adlı palçıq vulkanı var. Lakin, vulkan partlayış baş verən ərazidə yerləşmir.

Bizi teleqramdan izləyin: t.me/hotnewsagency

04/07/2021

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilkin ehtimalına görə partlayışa səbəb vulkan püskürməsi olduğunu bildirsə də, Azərbaycan Milli Elmlər Akademiyasının sözçüsü Adil Əliyev ərazidə palçıq vulkanının olmadığını bildirib.

Bizi teleqramdan izləyin: t.me/hotnewsagency

04/07/2021

SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.

Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir.

Bu barədə SOCAR məlumat yayıb.

04/07/2021

Partlayışın "Ümid" qaz yatağında baş tutduğu bildirirlir.

Ətraflı məlumat veriləcək.

04/07/2021

İddia edilir ki, Xəzər dənizində, Ələt istiqamətində neft platformalarından birində partlayış baş verib.

Bizi teleqramdan izləyin: t.me/hotnewsagency

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Hot News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hot News:

Share