
17/03/2020
Müstəqil siyasətçi Azər Qasımlı :"Seçkilər" bitsə də seçki ilə bağlı təzyiqlər davam edir. Kütləvi aksiyalarla bağlı prinsipial və aktiv mövqeyinə görə D18 hərəkatı ofisindən çıxarıldı. MSK-nın qarşısında boş divarda sadə yazıya görə fəal Fuad İsmaylov həbs edildi və artıq 9 gündür ki, etiraz olaraq aclıq edir.
Son seçkilər ölkəmiz üçün barış olmalı idi, cəmiyyəti irəliyə doğru aparmalıydı. Bunun əvəzinə Əliyev iqtidarı bir daha sübut etdi ki, ona parlamentdə ağzına su alıb susan yalançı və dələduz iş adamları, boş boğaz iqtidaryönlü demaqoqlar və cib müxalifəti lazımdır.
Hakimiyyətin maliyyə resursları bitməyənə qədər davranışı dəyişməyəcək. Lakin dünya bazarında neftin qiyməti olduğu səviyyədə qalsa bir ildən sonra siyasi vəziyyətin dəyişməsinə hazır olmalıyıq.