
28/07/2025
TƏKZİB
Son günlər bəzi media orqanlarında Gəncə şəhərində yerləşən “DNK Hospital”la bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Ayaz Məmmədov hazırda müalicəsini xəstəxanamızda davam etdirir və vəziyyəti barədə yaxınlarına dəfələrlə rəsmi və tibbi məlumatlar təqdim olunub.
Xəstəxana tərəfindən Ayaz Məmmədovun sağ və ya vəfat etməsi ilə bağlı ziddiyyətli açıqlama verilməsi ilə bağlı iddialar tamamilə əsassızdır.
Hazırda A.Məmmədovun müalicəsi tibbi protokollara uyğun şəkildə aparılır və vəziyyəti diqqətlə izlənir. Yaxınlarının müraciəti əsasında onlara bütün zəruri məlumatlar və sənədlər təqdim olunmuşdur. Məsələ ilə bağlı rəsmi qurumlarla əməkdaşlıq davam edir və hüquqi baxımdan hər hansı pozuntuya yol verilməmişdir.
Media nümayəndələrindən yayılan məlumatları dəqiqləşdirmədən paylaşmamağı xahiş edirik.