AyselPoetry

AyselPoetry Sussaq da, heç danışmasaq da.. Bütün hisslərinə bil ki, bələdəm! Səni ən dərindən tanıyıram mən.. Səninlə eyni ruh, ayrı bədənəm..🤍🥂
🤍

08/11/2024

Səsləndirən: Aysel Quluzadə
Söz: Turan Abdullazadə

İlahi, bəlkə də bu bir yuxudur,
Ruhum bədənimə layla oxudur,
Həsrət barındıran həmin qoxudur,
Niyə mən coşmuşam, gəlmişəm cuşa,
Ansız gəlib çıxan sənsənmi Şuşa ?
* * *
Sənsənmi uzaqdan nisgil çəkdiyim,
Köksünə bülbüldən xarı əkdiyim,
Mənim gələcəyim, mənim mənliyim,
Niyə mən coşmuşam, gəlmişəm cuşa,
Qapı arxasında sənsənmi Şuşa ?
***
Görmədən də insan sevə bilərmiş,
Gözdən uzaq yar da qəlbə düşərmiş,
Nədir bu könlümdə yanğı cücərmiş,
Niyə mən coşmuşam, gəlmişəm cuşa,
Yolumu gözləyən sənsənmi Şuşa ?
***
Hiss edirəm səni burda, yaxında,
Olsan da iraqda, xanın bağında,
Ömrümün bu cavan dilbər çağında,
Niyə mən coşmuşam, gəlmişəm cuşa,
Unutmayıb məni tapdınmı Şuşa ?
* * *
Adamın dili də söz tutmur düzü,
Həyəcan güc gəlir, titrəyir dizi,
Sən ey arzularım, ey "Cıdır düzü",
Niyə mən coşmuşam, gəlmişəm cuşa,
O dağ arxasında sənsənmi Şuşa ?
* * *
Gövhər azanını gözləyən kimi,
Vaqif şux gözəli izləyən kimi,
Turanın ürəyi titrəyən kimi,
Niyə mən coşmuşam, gəlmişəm cuşa?
Vüsal yetişdimi de cənnət Şuşa ?

05/11/2024

Səsləndirən: Aysel Quluzadə
Söz: Ramiz Rövşən

"Yenə bu şəhərdə üz üzə gəldik..
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla.."

01/11/2024

Səsləndirən: Aysel Quluzadə
Söz: Leyla Əliyeva

"Ulduzlar qanadım olsaydı mənim..
Mən sənin yanına uçardım həmən..
Əllərim əlinə toxunan kimi..
Səni yer üzünə qaytarardım mən..
Dinlə ürəyimin qəm-qüssəsini,
Mən yaxşı bilirəm, ayrılıq nədi..
Küləklər könlümün bu naləsini..
Kaş ki, kainata yaya biləydi..
Bulud karvanına qoşulub gəlim
Axtarıb arayım qovuşum sənə..
Mən sənsiz qalandan hər ötən günüm
Sənsiz necə keçir, danışım sənə..
Dön geri qəlbimdə yer saxlayaram..
Zülmət gecələrim dönər sabaha..
Mən sənə sarılıb, qucaqlayaram..
Qoymaram heç yerə gedəsən daha.."
Günlər yaşadır gur nəfəsini
Sənsiz hər bir anın öz həsrəti var..
Müqəddəs səsinin xatirəsini..
Anlada bilər mi, çağlayan çaylar?!
Nurunu gözümdə saxlayım necə?!
Möcüzə yaratmaq gəlmir əlimdən
Parçalan ey zülmət, çəkil ey gecə..
Günəşə qovuşmaq istəyirəm MƏN!!

31/10/2024

Səsləndirən: Aysel Quluzadə
Söz: Ramiz Rövşən

"Bu payız gecəsi boş küçələri
Gəzirəm kimsəsiz bir uşaq kimi.
Sənə zəng vurmağa gicişir əlim;
Sənə... bir qəfil zəng... şapalaq kimi.
Bir zəng... çoxdandı ki, yadından çıxan
O sevgi dolusu illərdən sənə.
Bir vaxt saçlarına yüz sığal çəkən,
Səni əzizləyən əllərdən sənə.
Sənsiz o əllər də indi yetimdi –
Bu payız gecəsi, ay işığında
Gəzir ciblərimi o əllər indi
Bir ikiqəpiklik axtarışında.
Tapdım, yavaş-yavaş yığdım nömrəni;
Əvvəli beş idi, axırı iki.
Səsin səksəndirdi qəflətən məni:
– Alo, eşidirəm... Alo, kimdi, kim?!
Nə deyim? Səninçün mən kiməm axı?
Köhnə sevgilimi? Köhnə tanışmı?
Ömrün bir ötəri səhvi, günahı,
Bir şirin yuxumu, ya aldanışmı?!
Daha o yuxudan ayılmısan sən,
Daha bu zəngimə nə ehtiyac var?
Gör sənin dərdindən nə qədər ölən,
Gör sənin sevginə nə qədər ac var.
Eşitdim səsini... mənə bəsdi, bəs...
Bağışla bu dəli istəyimi də.
Bir kəlmə demədən, dinməz-söyləməz
Asdım telefonun dəstəyini də... Yenə tək gəzirəm boş küçələri,
qapıdan qovulmuş bir qonaq kimi.
Yenə zəng vurmağa gicişir əlim;
sənə... bir qəfil zəng... şapalaq kimi..."

29/10/2024

Səsləndirən: Aysel Quluzadə
Söz: Leyla Əliyeva

"Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Ürəyimi gizlədim yastığımın altında.
Pəncərəni açaraq
Kövrəlmiş ürəyimi
Bəlkə həyətə atım?!
Həyatın ağuşuna?!
Yox, yaxşısı budur ki,
Gedim bir az ağlayım,
Elə-belə... astaca.

Kimsə duyuq düşməsin
Kədərimdən, qəmimdən,
Durub yol alım bağa
Astaca ağlamağa...
Götürüm ürəyimi
Atım çoşan ümmana –
Dalğaların qoynuna.
Heç dinə də bilməsin -
"Niyə sığmır sinəmə?"
Gah tufan, gah da rüzgar
Apardıqca uzağa...

Budur, orda uşaqlar
Atılırlar-düşürlər,
Bəlkə topları yoxdu?
Qoy verim ürəyimi
Qovsunlar yorulunca...

Yox!
Artıq kədərlənmək yox!
Ürəyin dediyiylə
Oturmaq yox, durmaq yox!
Atım onu bazarda,
Ya da sizə verəcəm,
Elə-belə, bədava.

Gecənin sükutunda
Ürəyimlə tənhayam.
Yağış yağır, islanır
Çətir tutmuram ona
Qoy incisin...
Nə qədər
oyun açıb başıma...

Hərdən üsyana qalxıb
Həm Günəşə, həm Aya
Hayqırıram: "Götürün,
Verdim onu Allaha!"
Amma qərar vermədim,
Neyçin qərar vermədim,
Bu geniş ürəyimi
Sənə bağışlamağa?!"

"Yağış yuyur, gün qurudur.."❤️
24/10/2024

"Yağış yuyur, gün qurudur.."❤️

"İçindən yıxılır adam.."❤️
24/10/2024

"İçindən yıxılır adam.."❤️

"Məni xatırla"🤍
24/10/2024

"Məni xatırla"🤍

"Ruhların eşqi.."🤍
24/10/2024

"Ruhların eşqi.."🤍

"Sən qəribə qadınsan.."🤍
24/10/2024

"Sən qəribə qadınsan.."🤍

Address

Baku
AZ1000

Telephone

+994554749600

Website

https://www.youtube.com/@ayselpoetry, http://tiktok.com/@ayselpoets19

Alerts

Be the first to know and let us send you an email when AyselPoetry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AyselPoetry:

Share