Saxavat Jafar

Saxavat Jafar 💥 5 il ➕ Təcrübə
🔎 SEM | SEO | SMM | Kontent Marketinq | Veb-Analitika
📈 Rəqəmsal Plan/Strategiya

  sadəcə reklam yerləşdirmək və ya onu optimizasiya etməkdən ibarət deyil!Ümumiyyətlə, hər zaman sahəni daha dərindən ne...
18/12/2025

sadəcə reklam yerləşdirmək və ya onu optimizasiya etməkdən ibarət deyil!

Ümumiyyətlə, hər zaman sahəni daha dərindən necə öyrənə bilərəm haqqında düşünürəm.

Texniki bacarıqlar öz yerində, amma mütləq şəkildə sektora bələd olmaq lazımdır, həmin sektoru hiss etmək lazımdı. Müştəriləri anlamaq lazımdır, mən deyərdim mütləq şəkildə Ənənəvi Marketinq təcrübəsi lazımdı. Fikrimcə Ənənəvi Marketinq ilə məşğul olanlar, texniki bacarıqlara sahib olaraq daha möhtəşəm işlər ortaya qoya bilərlər.

Ümumiyyətlə, "full picture" görmək çox zəruridir. Next > Next edib, reklam yerləşdirmək özü bir bacarıqdı amma bu reklamın arxa fonunu görmək və düzgün analiz etmək tamam başqa bir mövzudu.

Mütəxəssislər mən deyərdim işə bu mövzudan da gərək mütləq yanaşsınlar.


📢Google axtarış reklamlarında pulunuzu boşuna xərcləməyin!Google   reklamlarında - açar sözlərin uyğunluq tipləri var. B...
30/08/2025

📢Google axtarış reklamlarında pulunuzu boşuna xərcləməyin!

Google reklamlarında - açar sözlərin uyğunluq tipləri var. Bu insanların axtarışına görə fərqlilik göstərir və satışın artırılması istiqamətində düzgün bilməli və anlamalı olduğumuz mühim məsələlərdən biridir.

✅Broad Match - Siz yazdığınız açar sözə heç də əlaqəsi olmayan sözləri götürə və boşuna pulunuzu xərcləyə bilər.

✅Phrase Match - Ancaq siz yazdığınız sözləri ehtiva etməyəcək, ona bənzərlərini də götürə bilir. Amma istifadəsi daha məqsədə uyğundur.

✅Exact Match - Ancaq siz yazdığınız söz çıxmır. Amma, sistem max sizin yazdığınız sözə uyğun nəticə verir.

❓Sual ola bilər ki, hansından istifadə edək

Əgər büdcəniz çox, izləmək imkanınız varsa ⇾ Broad
Əgər nisbətən daha çox axtarışda çıxmaq və daha az izləmək üçün ⇾ Phrase
Dar kütlə, ancaq daha dəqiq(nöqtə atışı) ⇾ Exact

☞QEYD: Yuxarıdakı məsələlər sektorlara görə dəyişə bilər. Bəzən elə sektor olur ki, orada broad match istifadə edib + davamlə neqativ açar sözləri işləmək lazımdır. Amma bir çoxları üçün, phrase match daha faydalı olur.

Faydalı oldusa, bəyən və paylaş!♥︎

🌐 Veb-saytım : saxavatjafar.com

Veb-saytın sürəti həm Google axtarış botları həm sayta daxil olan istifadəçilər üçün çox önəmlidir.Bu postda olan xırda ...
24/03/2025

Veb-saytın sürəti həm Google axtarış botları həm sayta daxil olan istifadəçilər üçün çox önəmlidir.

Bu postda olan xırda nüanslara diqqət edərək, daha sürətli veb-sayta sahib ola bilərsiniz.

📌Bloqa keçid:

https://saxavatjafar.com/sayt-suretinin-artirilmasi/

Rəqəmsal Marketinq fəaliyyətləri olmadan biznesi inkişaf etdirmək çox çətindir. Xüsusi ilə, B2C sektorlarda Rəqəmsal Mar...
16/02/2025

Rəqəmsal Marketinq fəaliyyətləri olmadan biznesi inkişaf etdirmək çox çətindir. Xüsusi ilə, B2C sektorlarda Rəqəmsal Marketinq çox təsirlidi.

Sosyal Medya kanallarından istifadə edərək, veb-saytınızı axtarış sistemlərindən ön sıraya çəkərək, Google-da reklamlar verərək və s Rəqəmsal Marketinq fəaliyyətləri ilə biznesini daha da gücləndirin.

Rəqəmsal Analitika ilə biznesinizin inkişafını izləyin.

Elə indi, xidmət üçün müraciət edin biznesinizi dəyərləndirib, ona uyğun bir strategiya ilə işə başlayaq.

On Page SEO nədir?  Şəxsi veb-sayt yaratmaqla öz bilik və təcrübələrimi bu sahəyə yeni başlayan və ya hal-hazırda çalışa...
23/08/2024

On Page SEO nədir?

Şəxsi veb-sayt yaratmaqla öz bilik və təcrübələrimi bu sahəyə yeni başlayan və ya hal-hazırda çalışan şəxslərlə paylaşmağa çalışıram. Mümkün qədər praktiki olmaqla həmdə daha sadələşdirilmiş formada yazılar yazmağa çalışıram.

Bu yazımda Ona Page SEO nədir və hansı faktorlara On Page SEO işləri zamanı xüsusi diqqət edilməlidir haqqında danışdım. Bloqa əlavələr və yeniləmələr olacaq. Saytda başqa faydalı yazılar da tapa bilərsiniz.

Bloga keçid ⬇️

https://saxavatjafar.com/on-page-seo-nedir/

📌QEYD: Sizi xüsusi maraqlandıran və çətin gələn mövzuları qeyd edərək,daha faydalı məzmunların formalaşmasında dəstək ola bilərsiniz. Həmçinin suallarınızı şəxsidən mənə yaza bilərsiniz, təmənnasız dəstək olacam.




29/07/2024

Tezliklə AZAL mobil tətbiqindən bileti endirimlə əldə edə
biləcəksiniz. Tətbiqi indidən yükləyin! 😊

Soon, you will be able to purchase tickets at a discount through the AZAL mobile app. Download the app now!

hashtag hashtag hashtag hashtag

SEO = Uzunmüddətli Satış💲Xüsusi ixtisaslaşdığım sahə olan SEO-nun ən çox sevdiyim tərəfi işləri dayandırsan belə uzunmüd...
26/06/2024

SEO = Uzunmüddətli Satış💲

Xüsusi ixtisaslaşdığım sahə olan SEO-nun ən çox sevdiyim tərəfi işləri dayandırsan belə uzunmüddət(3-9 ay təqribi ) nəticə verməsidi.

📍Təbii bu görülən işlərdən və sektordan asılıdı.

Düzü zaman alması və bəzi nüansları xoşuma gəlməsə də, aylar sonra da daxil olub, axtarışda 1-ci olduğumu görmək məni xoşbəxt edir.

Bu eyni zamanda uzunmüddətli satış deməkdir😉

SEO pulsuz deyil, amma davamlı pul qazandırandı hətta pul yatırmağı dayandırsanda.

Mətn yazmağa nə var ki?Bu sözləri əvvəl mən də demişəm, əşi ChatGpt falan, yazdıracam.AZAL kimi böyük şirkətlərdə, işlər...
28/05/2024

Mətn yazmağa nə var ki?

Bu sözləri əvvəl mən də demişəm, əşi ChatGpt falan, yazdıracam.

AZAL kimi böyük şirkətlərdə, işlər belə getmir qəti. Ümumiyyətlə profesional insanlar AI istifadə etsə də sonra insani baxış və əlavələr mütləq edirlər.

Bəzən qarşıma sırf AI ilə yazılan taxta, kobud mətnlər çıxır. Bu bir yana, bunu mətn yazmaq adlandırmaq başqa dərddi.

Bu yol sürətli olsa da, tövsiyə edilmir. AI - dan istifadə etmək olar, ancaq insani formaya salmaq lazımdı. Lakin bunun üçün də şəxsin bu sahədə peşəkar olması lazımdı.

Yəni, hər rəqəmsalçı bunu bacarmır. Məzmun Marketinq mütəxəssislərinə çox ehtiyac var!

Rəqəmsal Marketinq Mütəxəssisi ⇾ "Reels" çəkməlidir?Videoları montaj etdik, sonra şəkilləri dizayn etdik və indi də Reel...
10/01/2024

Rəqəmsal Marketinq Mütəxəssisi ⇾ "Reels" çəkməlidir?

Videoları montaj etdik, sonra şəkilləri dizayn etdik və indi də Reels üçün çəkilişləri öz üzərimizə götürürük, əla!

Son zamanlar müşahidə edirəm ki, bəzi sahibkarlar iki işi eyni anda həll etmək üçün maraqlı yanaşma irəli sürür. Bir mütəxəssis işə alım, həm videolarıma çəkilsin həm də reklamları həyata keçirsin. Müəyyən mənada anlaya bilirəm, büdcə qənaəti etmək və əlavə resurs sərf etmək istəmirlər.

İstisnalar olmaqla bu yalnış bir yanaşmadır!

Qeyd etmək lazımdır ki, Rəqəmsal Marketinq Mütəxəssisinin marka üçün görməli olduğu işlər çoxdur, əlavə sizin brend üzünüz olması məqsədə uyğun deyil. Bundan əlavə hər mütəxəssis sizin markanı vizual olaraq reklam edə bilməz. Çünki məhsul və ya xidməti tanıdan şəxs, auditoriyaya uyğun olmalı, səlis nitqi və gözəl aurası olmalıdır. Büdcəyə qənaət etmək məqsədi ilə, yalnış addımlar atmaq olmaz, bu həm marka imicinə zərərdi həm də ciddi zaman itkisi ola bilər. Həə, bu tip insanlar yoxdur mu, əlbəttə vardır amma hər kəsə bu yanaşmanı tətbiq etmək doğru olmaz.

Bəs Rəqəmsal Marketinq Mütəxəssisi nə edə bilər?

Videoların çəkilməsi məsələsində Rəqəmsal Marketinq Mütəxəssisi sizə ideya və çəkiliş mövzusu haqqında kömək edə bilər. Və çəkilişlərdə bir müştəri gözü ilə videoları izləyə bilər və videoların daha yaxşı alınması üçün təkliflər verə bilər.

Şirkətin bütün Rəqəmsal Marketinq fəaliyyətlərini tənzimləmək, plan və strategiyalar qurmaqla mütəxəssis sizin markanızı inkişaf etdirməklə yanaşı qısa və uzunmüddətli satışlarınızı artırmağa çalışır. Bu fonda əlavə resurslar cəlb etməklə siz öz biznesinizə yatırım edirsiniz və işin daha keyfiyyətli görülməsini təmin etmiş olursunuz.

Buna görə də, bu tip investisiyalardan çəkinməyin!

SEO xərc deyil, Qazancdır!   sizə nə qazandırır?Bir çox sahibkarlar hələdə SEO-nun təsir gücündən, onun bizneslərə qatdı...
24/08/2023

SEO xərc deyil, Qazancdır! sizə nə qazandırır?

Bir çox sahibkarlar hələdə SEO-nun təsir gücündən, onun bizneslərə qatdığı əlavə dəyər haqqında məlumatsızdırlar. Bir çoxları xidmət almaqla bağlı tərəddüd edir ya da onun əhəmiyyətsiz olduğunu qeyd edirlər. Bu yazıda mən sizə SEO-nun qazandırdığı üstünlüklərdən danışacam.

Axtarış Motorlarının Optimizasiyası edilməsi kimi başa düşülən SEO sizin biznesə nə qazandıracaq, maddə-maddə qeyd edirəm.

1.Orqanik trafik - Sayta daxil olan şəxslərin sayını 2-3 dəfə və bəzən daha çox artırmaq mümkündür. Bu isə potensial müştəri sayının artması deməkdir. Gün ərzində saytınıza 10 nəfər daxil olurdusa, bunun 2-si alış edirdisə, düşünün bu rəqəm 30-dur və sizin müştəri sayınız 6-ya qalxır.

2.Düzgün Trafik - Müştəri yönümlü fəaliyyətlər əsasında sizin saytınızı ən doğru kütlə qarşısına çıxarmaqla, yuxarıda qeyd olunan potensial müştəri sayını 6-dan 12-ə və daha çox nəticəyə çatmaq mümkündür. Elə SEO-da məqsəd də budur.

3. Markanın tanınması - Saytınız daim ilk səhifələrdə çıxdıqda, sizin markanızla əlaqəli axtarış edən insanlar tərəfindən görünür və buda sizin markanızın tanınması üçün çox gözəl vasitədir.

4.Uzunvədəli satış - SEO sizə uzunmüddətli satış vəd edir. Belə ki, görülən işlər nəticəsində markanı axtarış sistemlərində ön sıralara gəlir rəqabət və digər faktorlardan asılı olaraq bir xeyli o mövqeydə qalır. Bu da sizə qısa vədəli xərcdən sonra uzunmüddətli gəlir qazandırır.

Bəli, bu hələ sadaladığım 4 faktordu ki, sizdə asanlıqla anlaya bilirsiz ki, SEO xərc deyil, qazancdır, bir müddətli investiya sizə qat-qat əlavə qazanc gətirir.

Əgər sizdə peşəkar SEO xidməti almaq istəyirsinizsə, bizimlə əməkdaşlıq edə bilərsiniz.


---------------------------------------------------------------------------
📍Əlaqə vasitələri :
Mail : [email protected]
Teledon: +99450-432-88-93

Address

Xudu Məmmədov 24
Baku
1000

Alerts

Be the first to know and let us send you an email when Saxavat Jafar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saxavat Jafar:

Share