Rasional Media

Rasional Media Baxan gözünüz olmaq üçün burdayıq.

29/08/2021

İsrailin Baş Naziri Naftali Bennetlə mətbuat konfransı keçirən Amerika prezidenti Co Bayden yuxuya gedib.

🇷🇺 Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Krım ilə bağlı...
25/08/2021

🇷🇺 Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Krım ilə bağlı fikirlərinə cavab verib:

"Türk həmkarımızın bu mövqeyi tamamilə yanlışdır və bunu qəbul etmirik. Düşünürük ki, hər hansı fikir ayrılığı dialoq yolu ilə həll edilməlidir. Biz dialoqa, real vəziyyəti və bir çox ölkənin Krımla bağlı yanlış təsəvvürlərini aydınlaşdırmağa hazırıq.

Bizim münasibətlərimiz real və möhkəm bünövrəyə malik, ticarət-iqtisadi, investisiya əməkdaşlığına əsaslanan tərəfdaşlıq xarakteri daşıyır.

Krım istisna olmaqla, Türkiyə ilə digər məsələlərdə tərəfdaşıq."

İqtisadi rayonlar üzrə 2021-ci ilin 1 iyul tarixinə olan orta aylıq əmək haqqı miqdarı:Bakı şəhəri - 942 manatAbşeron-Xı...
25/08/2021

İqtisadi rayonlar üzrə 2021-ci ilin 1 iyul tarixinə olan orta aylıq əmək haqqı miqdarı:

Bakı şəhəri - 942 manat
Abşeron-Xızı - 607 manat
Naxçıvan MR - 541 manat
Şirvan-Salyan - 531 manat
Gəncə-Daşkəsən - 518 manat
Quba-Xaçmaz - 501 manat
Qazax-Tovuz - 498 manat
Şərqi Zəngəzur - 491 manat
Dağlıq Şirvan - 469 manat
Lənkəran-Astara - 455 manat
Mərkəzi Aran - 452 manat
Mil-Muğan - 449 manat
Şəki-Zaqatala - 440 manat
Qarabağ - 427 manat

24/08/2021

Sumqayıtda saxlanılan saxta “qazi”nin görüntüləri yayıldı

Avqustun 19-da “Aşura günü” ilə əlaqədar Sumqayıtdakı “Cümə” məscidinə gələn vətəndaşlardan biri özünü Vətən müharibəsinin iştirakçısı kimi təqdim edib.

O, polislərin tələblərinə tabe olmayıb və müqavimət göstərib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə strateji əməkdaşlığın dərinləşməsini Ermənistan üçün prioritet hesab e...
24/08/2021

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə strateji əməkdaşlığın dərinləşməsini Ermənistan üçün prioritet hesab edir.

Bu barədə o, parlamentin bugünkü iclasında yeni hökumətin beş illik proqramını təqdim edərkən bildirib.

Paşinyan qeyd edib ki, Rusiya ilə strateji əməkdaşlıq Ermənistanın təhlükəsizliyinin əsas faktorlarından biridir.

“Ölkəmizin təhlükəsizliyinin arxitekturasının əsas faktorlarından biri olan Rusiya Federasiyası ilə strateji ittifaqı xüsusi qeyd etmək istəyirəm.

Ermənistanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə, Ermənistan və Rusiya Silahlı qüvvələrinin birgə qruplaşması haqqında Müqavilə Rusiyanın ölkəmizdəki 102-ci bazasının imkanlarını artırır”, - deyə o qeyd edib.

24/08/2021

🇮🇷 İranın siyasi məhbuslar üçün nəzərdə tutulmuş xüsusi həbsxanasının təhlükəsizlik sistemi hakerlər tərəfindən sındırılıb bu da təcridxananın içindən çəkilmiş görüntülərin izlənməsinə şərait yaradıb.

Özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməklə onların külli miqdarda pulun...
24/08/2021

Özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməklə onların külli miqdarda pulunu mənimsəyən Babayev Aqil Zalış oğlu saxlanılıb.

Əfqanıstanın ilk əfsanə komandiri Əhməd Şah Məsudun oğulları - Əhməd Məsud və Yar Dostum vitse-prezidenti Əmrullah Saleh...
22/08/2021

Əfqanıstanın ilk əfsanə komandiri Əhməd Şah Məsudun oğulları - Əhməd Məsud və Yar Dostum vitse-prezidenti Əmrullah Salehlə birləşərək "Taliban"a qarşı hərəkətə keçiblər.

Bu barədə Türkiyə mətbuatında məlumat yayıb.

Bildirilib ki, onlar keçmişdə "Taliban"a qarşı müqavimət qalası hesab edilən Pencşir əyalətində bir araya gəliblər.

Xəbərdə qeyd edilib ki, "Taliban"la ilk qarşıdurma uğurla nəticələnib.

Bölgədən gələn son məlumatlara görə, möqavimət qrupu "taliblər"dən Bağlan bilayətinin 3 bölgəsini geri alıblar.

"Taliban"a qarşı yaradılan ittifaqın 10 min döyüşçüsü olduğu deyilir.

Etnik təməlli qüvvələrlə "Taliban" arasında baş verən ilk qarşıdurma ötən cümə günü Pencşirə qonşu olan Pervan əyalətinə bağlı Çarikar qəsəbəsində baş verib. Bölgə paytaxt Kabildən 50 km aralıda yerləşir.

Əfqanıstan ordusundan qalan silahlardan istifadə edən müqavimət qrupu ABŞ-ın ölkədən çəkilməsindən sonra ilk dəfə "taliblər"i məğlub edib.

Qarşıdurma zamanı 100-dən çox "Taliban" silahlısının məhv edildiyi vurğulanır.

🇦🇿    Şəhidin var, Azərbaycan🔘 Bu gün Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Po...
22/08/2021

🇦🇿 Şəhidin var, Azərbaycan

🔘 Bu gün Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu şəhid olub.

🔘Yaxınlarının verdiyi məlumata görə Kəlbəcərdə Şəhid olub.

🔘Şəhidin nəişi sabah doğulduğu kəndə gətiriləcək.

✔️Hələlik bu haqda Müdafiə Nazirliyinin rəsmi açıqlaması yoxdur.

ALLAH rəhmət eləsin❗️

🇦🇫 Əfqanıstanın keçmiş Kommunikasiya naziri Seyid Əhməd Şah Səadət də Avropaya gedən qaçqınlar arasındadır. Keçmiş nazir...
22/08/2021

🇦🇫 Əfqanıstanın keçmiş Kommunikasiya naziri Seyid Əhməd Şah Səadət də Avropaya gedən qaçqınlar arasındadır. Keçmiş nazir hal-hazırda Almaniyanın Leypziq şəhərindəki yemək şirkətlərindən birində kuryer işləyir.

| Rasional Media / LVZ |

🇦🇿Əfqanıstanda kütlənin arasında əzilən azyaşlı qız sülhməramlılarımız tərəfindən xilas edilərək təhlükəsiz yerə aparılı...
21/08/2021

🇦🇿Əfqanıstanda kütlənin arasında əzilən azyaşlı qız sülhməramlılarımız tərəfindən xilas edilərək təhlükəsiz yerə aparılıb.

Rusiya xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova: "Cənubi Qafqazdakı situasiya Rusiyanın diqqətindədir. Üçtərəfl...
21/08/2021

Rusiya xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova: "Cənubi Qafqazdakı situasiya Rusiyanın diqqətindədir. Üçtərəfli bəyanatın icrası prioritet təşkil edir. Rusiya Azərbaycan və Ermənistanın münasibətlərinin kompleks şəkildə normallaşmasının tərəfdarıdır. Rusiya dəfələrlə Bakı və İrəvana güc tətbiq etməkdən çəkinməyə, gərginliyi azaltmaq üçün istisnasız olaraq siyasi diplomatik vasitələrdən istifadə etməyə çağırıb. Rusiya sərhədlərin delimitasiyasına dair Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə başlamasında israr edir. Biz bu prosesə lazımi məsləhət yardımı etməyə hazırıq.

Silah tədarükü Rusiyanın suveren hüququdur. Həm Ermənistanla, həm də Azərbaycanla müvafiq qarşılıqlı əlaqə qurduğumuza diqqətinizi çəkmək istərdim. Bunu edərkən, bölgədə güc balansının qorunması ehtiyacını nəzərə alırıq".

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Rasional Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share