Medonline

Medonline Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Medonline, News & Media Website, Tblisi prospekti, Baku.

Azərbaycan Respublikasında fəaliyyət göstərən media əməkdaşlarının nəzərinə!Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-...
06/01/2026

Azərbaycan Respublikasında fəaliyyət göstərən media əməkdaşlarının nəzərinə!

Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-dən noyabrın 8-dək Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən işğal edilən ərazilər düşmən tapdağından azad olunub.Həmçinin, 2023-cü il sentyabrın 19 - 20-də Qarabağda aparılan lokal antiterror əməliyyatları nəticəsində Xankəndi və Xocalı şəhərləri, Ağdərə rayonu və digər ərazilər azad edilib. Hazırda işğaldan azad olunan ərazilərdə geniş quruculuq - abadlıq işləri aparılır.
Azərbaycanın dövlət müstəqilliyinin və Silahlı Qüvvələrimizin bərpasında azacıq da olsa haqqı olan bir şəxs kimi Sizə məlumat verirəm ki, 2026-cı il yanvar ayının 12-dən etibarən qurucusu olduğum "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinə yenidən rəhbərlik edəcəyəm. 2023-cü il mayın 1-dən 2026-cı il yanvarın 5-dək "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinə rəhbərlik etmiş Ceyran Əzizova ötən müddətdə 2 mühüm layihəni icra etmişdir, həmçinin, Xocalı soyqırımı zamanı şəhid olan bəzi insanların xatirə mərasimlərini təşkil etmişdir. Mənim yenidən bu Təşkilatın İdarə Heyətinin sədri seçilməyim Azərbaycan həqiqətlərinin, xüsusən, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında yeni bir səhifənin açılmasına xüsusi töhfə olacaq. Azərbaycanı xarici ölkələrdə ləyaqətlə təmsil edən diaspor təşkilatlarının rəhbərlərinə səslənirəm: biz, Sizinlə əməkdaşlığa hazırıq və real təkliflər gözləyirik.
Eyni zamanda bildirirəm ki, Ölkəmizin şəhər və rayonlarında şəhid və qazilərin tanıdılması davam etdiriləcək.
Qeyd edirəm ki, biz, ictimai Təşkilat olaraq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev və Ölkəmizin Birinci Vitse - Prezidenti xanım Mehriban Əliyevanın fəaliyyətlərini birmənalı olaraq dəstəkləyirik.
Yaşasın müstəqil Azərbaycan Respublikası!
"Qarabağ Azərbaycandır!"

Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.
Bakı şəhəri, 06.01.2026.

Vətənpərvər dostum Firduz Əhmədovun doğum günüdür!Azərbaycanın ləyaqətli oğullarından biri, qabaqcıl təhsil işçisi Firdu...
15/11/2025

Vətənpərvər dostum Firduz Əhmədovun doğum günüdür!

Azərbaycanın ləyaqətli oğullarından biri, qabaqcıl təhsil işçisi Firduz Əhmədovun doğum günüdür. Firduz müəllim 15 noyabr 1953-cü ildə doğulub, ali təhsillidir. O, ömrünün 50 ildən çoxunu pedaqoji sahəyə həsr edib. Hazırda təqaüddədir.
Firduz müəllim qurucusu olduğum "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Ağsaqqallar Şurasının üzvüdür.
Dəyərli Firduz müəllim, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bütün fəalları adından Sizi təbrik edirəm. Ürəklə deyirəm: mənə elə gəlir, Siz, Cənnəti fani dünyada qazanmısınız!

Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 15.XI.2025.

Address

Tblisi Prospekti
Baku

Alerts

Be the first to know and let us send you an email when Medonline posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share