
18/01/2023
Yeni loqomuzla qarşınızdayıq.
Loqomuzun mənasını sizlər üçün izah edirik.
1. Qobustan rayonunun incisi hesab olunan Diri Baba türbəsinin qrafikası yer almışdır.
Diri Baba türbəsi tək Qobustanın deyil, Azərbaycanın nadir abidəsi hesab olunur. Yerləşdiriyi məkan deyildikdə Qobustan rayonu xatırlanır. Müxtəlif dini inanc sahiblərinin gəlib ziyarət etdiyi xatirə məscididir.
2. Diri Baba türbəsinin arxa hissəsindəki boşluq hava axınını, qışın daha çox soyuq keçməsinə işarədir. Bildiyimiz kimi "Mərəz" sözü xəstəlik sözünün Azərbaycan dilindəki sinonimlərindəndir.
3. Diri Baba türbəsinin aşağı hissəsində yerləşən qrafika dağ işarəsidir. Qobustan bildiyimiz kimi dağlıq ərazidə yerləşir. Loqomuzda buna da yer verildi.
4. Loqomuzda ümumilikdə kəsintili dairə və dağ qrafikası bütövlükdə "Q" hərfini işarə edir ki, bu da "Qobustan" sözünün baş hərfidir.
Xeyirli olsun.