Bizim Monitor Media

Bizim Monitor Media Həqiqətlərə Bizim Monitordan bax!

Əli Kərimli: Rusiya Müdafiə Nazirliyi Qarabağdakı erməni separatçılarının Ukraynaya humanitar yardım göndərməsi haqda sa...
07/03/2022

Əli Kərimli: Rusiya Müdafiə Nazirliyi Qarabağdakı erməni separatçılarının Ukraynaya humanitar yardım göndərməsi haqda saxta məlumat yayıb. Məlumat ona görə saxtadır ki, Qarabağdakı separatçılar özləri Rusiyanın yardımı ilə ayaqda qalır, onların kiməsə yardım edəcək halı yoxdur. Ancaq Rusiya MN-nin bu məlumatı təkcə saxta yox, həm də təxribat xarakterlidir. Çünki bu məlumatda "Dağlıq Qarabağ" ifadəsi işlədilib. Azərbaycan ərazisində isə belə bir inzibati ərazi vahidi yoxdur.
İlin-günün bu vaxtında Rusiya nəyə görə Azərbaycana qarşı təxribat törədir? Bəlkə Azərbaycan hakimiyyətinin yersiz və çoxsaylı güzəştləri onu belə həvəsləndirib? Azərbaycan hakimiyyəti 10 noyabrda Azərbaycanın qələbəsini oğurlayan Rusiyaya təşəkkür etməklə Azərbaycana qarşı belə saymazyana siyasətə zəmin yaradıb. Rusiya "sülhməramlıları" hər dəfə suveren hüquqlarımızı pozanda ona təşəkkür etməklə cavab verən Azərbaycan hakimiyyəti öz cəsarətsizliyi ilə Rusiyanı dövlətimizə qarşı saymamazlığa cəsarətləndirib. Heç olmasa bu dəfə - Rusiyaya qarşı bütün dünyanın birləşdiyi indiki vaxtda Azərbaycan hakimiyyəti cəsarətlə davranmalıdır. Açıq deyilməlidir ki, Rusiya "sülhməramlılarının" sistematik anti-Azərbaycan fəaliyyəti onların ölkəmizdən çıxarılmasının tələb edilməsilə nəticələnə bilər.

Di Kaprio Ukraynaya 10 milyon dollar  göndərdi. Bütün bəşəriyyət faşist Putinə qarşıdır. Tezliklə Noldu Putin? deyəcəyik...
06/03/2022

Di Kaprio Ukraynaya 10 milyon dollar göndərdi. Bütün bəşəriyyət faşist Putinə qarşıdır. Tezliklə Noldu Putin? deyəcəyik.

Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba: Rus əsgərləri Ukraynalı qadınları zorlayıb. Artıq 11 belə fakt aşkar edilib.
06/03/2022

Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba: Rus əsgərləri Ukraynalı qadınları zorlayıb. Artıq 11 belə fakt aşkar edilib.

Qardaş Türkiyə başımızı uca edir. Ukrayna prezidenti Zelenski Türkiyəyə belə təşəkkür etdi:"Dostum cənab Prezident Erdoğ...
26/02/2022

Qardaş Türkiyə başımızı uca edir. Ukrayna prezidenti Zelenski Türkiyəyə belə təşəkkür etdi:
"Dostum cənab Prezident Erdoğan və türk xalqına güclü dəstəyə görə təşəkkür edirəm. Rusiya döyüş gəmilərinin Qara dənizə keçidinin qadağan edilməsi və Ukrayna üçün əhəmiyyətli hərbi və humanitar dəstək bu gün son dərəcə vacibdir. Ukrayna xalqı bunu heç vaxt unutmayacaq".

İlk gündəm deyirdim ki, Azərbaycan Rusiyanın Ukraynaya hərbi təcavüzü məsələsində də qardaş Türküyə ilə, sivil dünya ilə birgə addımlamalıdır. İlham Əliyev isə Putinlə müttəfiqliyi seçdi. Azad, mütərəqqi dünyanı, əsas və təmənnasız müttəfiqimizin olduğu yeri yox, Putin, Lukaşenko və Bəşər Əsədin olduğu tərəfi seçdi. Yaxşı ki, xalqımız müdrük davranıb, ədaləti, demokratiyanı, Ukraynanı seçdi.
Əli Kərimli©

Şükürlər olsun. Şad xəbər gəldi. Bu dəqiqə gələn məlumata əsasən Ukrayna ordusu rus ordusunu Xarkov şəhərindən qovmağı b...
25/02/2022

Şükürlər olsun. Şad xəbər gəldi.
Bu dəqiqə gələn məlumata əsasən Ukrayna ordusu rus ordusunu Xarkov şəhərindən qovmağı bacardı.🇦🇿❤️🇺🇦

İşğalçı Rusiya azərbaycanlı ailənin həyatına son qoyduUkraynanın Xerson şəhərinə Rusiya Ordusunun aviazərbələr endirməsi...
25/02/2022

İşğalçı Rusiya azərbaycanlı ailənin həyatına son qoydu

Ukraynanın Xerson şəhərinə Rusiya Ordusunun aviazərbələr endirməsi nəticəsində bir ailənin 3 üzvü həlak olub. Əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı dünyalarını dəyişiblər.

Kinolarda gördüyümüz, kitablardan oxuduğumuz hadisələr gözümüz önündə baş verir. Belə ki, 21 yaşlı Yarina Arieva və 24 y...
25/02/2022

Kinolarda gördüyümüz, kitablardan oxuduğumuz hadisələr gözümüz önündə baş verir. Belə ki, 21 yaşlı Yarina Arieva və 24 yaşlı Svyatoslav Fursin müharibə səbəbindən nikah tarixlərini tezləşdirərək ailə qurublar. Bundan sonra isə hər iki gənc cəbhəyə yollanıblar. Gənclərin nikah mərasimi həyacan siqnalının sədaları altında keçib. 🇺🇦 🇺🇦
İnşəAllah sağ-salamat geri dönərək bir ömür xoşbəxt olarlar.

Rusiyanın Əməkdar artisti Valeri Meladze Putinə müraciət edib.  “Sizdən xahiş etmək istəyirəm ki, hərbi əməliyyatları da...
25/02/2022

Rusiyanın Əməkdar artisti Valeri Meladze Putinə müraciət edib. “Sizdən xahiş etmək istəyirəm ki, hərbi əməliyyatları dayandırasınız və danışıqlar masasına əyləşəsiniz. İnsanlar razılığa gəlməyi bacarmalıdırlar. Bunun üçün bizə dil verilib. İnsanlar ölməməlidir, bunu dayandırmaq lazımdır”.

24/02/2022

Ukraynadan son görüntülər…

Ukrayna ordusu Rusiyanın 5 təyyarəsini və 1 helekopterini vurub.  CNN
24/02/2022

Ukrayna ordusu Rusiyanın 5 təyyarəsini və 1 helekopterini vurub.
CNN

Rusiyanın Ukraynaya qarşı iri miqyaslı hərbi müdaxiləsi rəsmən başlandı. Fotoda gördüyünüz Xarkov şəhəridir. Rusiya tərə...
24/02/2022

Rusiyanın Ukraynaya qarşı iri miqyaslı hərbi müdaxiləsi rəsmən başlandı.

Fotoda gördüyünüz Xarkov şəhəridir. Rusiya tərəfindən raket atəşinə tutulub. Kiyev aeroportuna da raket hücumu edilir. Odessa, Mariupol şəhərləri də raket hücumuna məruz qalıb.

Ukrayna heç bir bəhanə vermədi. Rusiyanın əsəbləri dözmədi və heç bir tutarlı bəhanə tapmadan Ukraynaya qarşı hücuma keçdi. Bu savaş Rusiya tərəfindən heç nə ilə pərdələnməyən təcavüzkar hərəkətdir və istisnasız olaraq hamı tərəfindən pislənilməlidir.
Əli Kərimli©

Almaniya kansleri Olaf Şolts Rusiyanın son addımına görə, mühüm əhəmiyyət kəsb edən "Şimal axını-2" təbii qaz layihəsini...
22/02/2022

Almaniya kansleri Olaf Şolts Rusiyanın son addımına görə, mühüm əhəmiyyət kəsb edən "Şimal axını-2" təbii qaz layihəsini dayandırdı.

Address

Baku

Telephone

+994555208869

Website

Alerts

Be the first to know and let us send you an email when Bizim Monitor Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share