Bakufakt.az

Bakufakt.az 🎥 Audiovizual məzmunun istehsalı və yayımı ilə məşğul olan Azərbaycanın aparıcı innovativ və kreativ media şirkəti.

08/07/2025

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, cinayəti mərhumun qayınatası Orucağa Ağayev törədib. O, həmçinin həyat yoldaşı Sevilə də bıçaqla xəsarət yetirib. Orucağa Ağayev saxlanılıb.
İlkin versiyaya əsasən, hadisənin "namus üstündə" baş verdiyi bildirilmişdi.
Günel Ağabəylinin həyat yoldaşı Tayfun Ağabəyli bakufakt.az müsahibəsində bildirib ki, atası öz cinayətini yüngülləşdirmək üçün belə bir fikir ortaya atıb:

"Biz 2 il idi ailəli idik, çox da xoşbəxt həyatımız olub. Danışmaq çətin olsa da, bunu demək məcburiyyətindəyəm. Mənim atamla, əgər ona ata demək olarsa, biraz mübahisəmiz oldu. O, son bir ayda dəfələrlə mənə deyib ki, övladınız olmur, ayrıl. Bununla bağlı hadisə baş verməmişdən bir gün öncə də söhbətimiz oldu. Hadisə günü isə biz qayınatamgilə getmişdik, evə döndük, sonra mən yenidən evdən çıxdım 1 saatlıq. Geri döndükdə isə artıq hadisə baş vermişdi. Mediada yayılan "namus" söhbəti də yalandır. Mənim atam öz cinayətini yüngülləşdirmək üçün belə bir fikir ortaya atıb. Mənim Günelimi tanıyan hər kəs bilir ki, o necə adamdır. Mən ondan çox razı idim, o mənim cənnət mələyimdir. Allah onun məkanın cənnət eləsin!"

Qobustan rayonunun Təklə kəndində törədilən qə*tlin yeni təfərrüatı məlum olub.Qətlə yetirilən qadının həyat yoldaşı Tay...
07/07/2025

Qobustan rayonunun Təklə kəndində törədilən qə*tlin yeni təfərrüatı məlum olub.

Qətlə yetirilən qadının həyat yoldaşı Tayfun Ağabəylinin sözlərinə görə, onların ailəsində ciddi problem olmayıb:

“Biz bir-birimizi sevərək ailə qurmuşduq. Aramızda heç bir söz-söhbət, narazılıq olmayıb. Amma son 15-20 gündə atamın psixoloji durumu yaxşı deyildi. Hər kəsə sataşırdı, əsəbi və gərgin davranırdı. Bunu hiss edirdik, amma belə bir şey edəcəyinə inanmazdım. Şokdayam. Mənim həyat yoldaşımı - heç bir günahı olmayan bir insanın bu şəkildə qə*tlə yetirəcəyini düşünməzdim...”.

Günel Ağabəylinin atası Rasim Qəhrəmanov isə deyib ki, cütlük uzun illər sevgi münasibəti yaşayıb və iki il əvvəl ailə qurublar. Ailələr arasında da heç bir narazılıq olmayıb:

“Hadisədən bir neçə saat əvvəl qızım və kürəkənim bizdə idilər. Oturduq, birlikdə yemək yedik. Heç bir narahatlıq yox idi. Onları özüm yola saldım. Bir saatdan sonra isə belə dəhşətli xəbər gəldi. Qızıma 18-19 bı*çaq zərbəsi vurublar. Qızımın heç bir günahı yox idi. Bəzi saytlar yazır ki, hadisə qısqanclıq zəminində olub - bu, tamamilə yalandır. Onlar bir yerdə musiqi məktəbində müəllim işləyirdilər, bir-birilərini sevirdilər. Sadəcə son vaxtlar kürəkənimin atasında psixoloji problemlər vardı”.

07/07/2025

202 saylı uşaq bağçasının direktoru Simuzər Paşayevanın "Latun" taxtı. Bağça direktorunun İLGİNC dialoqu : "Yaxşı edirik , əlimizdən gəlir edirik , fırlanırıq"

Yazığın elə güclü qırqızılı qalmayıb nəyi var sayıb verib yoxlamalara . Bir bağçada üç ildir Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi araşdırma aparır, Bakı Şəhəri üzrə Təhsil İdarəsi nin əməkdaşının biri gəlir, biri gedir, 174 min manat yeyinti ortaya çıxıb. Sonra tapış,ya nəsə gücünə həmin məbləğ düşüb olub 28 min. Cinayət işi açılıb, göndərilib məhkəməyə, bütün bunlara ba xmayaraq bu direktor hələ də vəzifədən uzaqlaşdırilmayıb. Emin Amrullayev , nəyin marağıdır bu?

İstinad Pərvin Abışova ✍️

Həkimlərin gözləri yaşlı...Microsoftun təqdim etdiyi yeni süni intellekt sistemi xəstəliklərin diaqnozunu həkimlərdən 4 ...
06/07/2025

Həkimlərin gözləri yaşlı...
Microsoftun təqdim etdiyi yeni süni intellekt sistemi xəstəliklərin diaqnozunu həkimlərdən 4 dəfə daha dəqiq qoymağı bacarıb.
Şirkətin açıqlamasına görə, bu sistem pasiyentlərin məlumatlarını analiz edərək, doğru diaqnozu müəyyənləşdirir və ənənəvi həkim diaqnozları ilə müqayisədə daha yüksək dəqiqlik nümayiş etdirir.
Microsoft deyir ki, bu texnologiya səhiyyədə inqilab yaradacaq və səhv diaqnoz hallarının azalmasına kömək edəcək.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, süni intellekt həkimləri tam əvəz edə bilməz və yalnız insan nəzarəti ilə birlikdə istifadə olunmalıdır.

Siyəzən rayonunun Yenikənd kəndində 2019-cu ildən bəri maraqlı və faydalı giləmeyvənin - mavi gilənin yetişdirilməsinə b...
06/07/2025

Siyəzən rayonunun Yenikənd kəndində 2019-cu ildən bəri maraqlı və faydalı giləmeyvənin - mavi gilənin yetişdirilməsinə başlanılıb. Görünüşcə qara giləyə bənzəsə də, mavi gilə üzüm deyil, tamamilə fərqli bir giləmeyvədir. Bakı-Quba yolunun Siyəzən hissəsində 21 hektar sahədə mavi gilə plantasiyası fəaliyyət göstərir.

Ölkəmizin relyefi üçün nadir olan bu giləmeyvənin məhz Siyəzən rayonunda yetişdirilməsi də maraq doğurur.

Mavi gilə plantasiyasının sahə rəisi Əli Qəmbərov Bizim.Media-ya nadir meyvənin yetişdirilmə texnalogiyasından danışıb. O, bildirib ki, mavi gilənin tingləri İspaniyadan gətirilib, peyin əvəzi kimi istifadə olunan torf isə Avropadan idxal olunub.

06/07/2025

Aktrisa Pərvin Abıyeva kökəlməsindən şikayət edib.
Sənətçi bu haqda instaqramda canlıda deyib. O bildirib ki, kökəlib 57 kiloqram olub:
"Kökəlmişəm. Hamı da elə bilir ora-buramı yekəltmişəm. Məndən bunu heç vaxt görməyəcəksiniz. 57 kiloqram olmuşam. Arıqlamaq istəyirəm, amma olmur. Yaş artdıqca arıqlamaq olmur. Bir ara kökəlməyə çalışdım. Özümü öyrəşdirdiyimi kökəlməyə, bədən oturdu. Mənə görə bu çoxdur. Bu, mənim çəkim deyil".
Üzündə plastik əməliyyat etdirməsi haqda suala isə Pərvin əsəbiləşib:
"Bu dəqiqə Azərbaycanda ən təbii qız mənəm. Qızlar 18 yaşı tamam olan kimi qaçıb burun kəsdirir, dodaq doldurur, dişlərini vinir edirlər. 35 yaşım olacaq, təbiyəm. Nə qaş qaldırmışam, nə üz doldurmuşam. Gözü, qaşı qaldırmaqdan qorxmuşam. Mimika itir.
Heç saçıma keratin etməmişəm. Dodaqlarım da təbiidir. Məndə gel qalmır".

🗣Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçi Mehman Musayevin dəfn mərasimində çıxış edən nişanlısı Sevda Əliyeva:Mehman Mu...
05/07/2025

🗣Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçi Mehman Musayevin dəfn mərasimində çıxış edən nişanlısı Sevda Əliyeva:

Mehman Musayev itkin düşəndən sonra onun valideynləri bu xəbərə dözə bilməyib rəhmətə getdilər, mən isə ailə qurmadım. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim.

Mehmanla sonuncu görüşüm Ağdamda oldu. Mənə hədiyyələr almışdı. Toyumuz barədə danışdıq. Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyimizi planlaşdırdı. Bilməzdim ki, bu, onunla son görüşum olacaq. Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım.

05/07/2025

Ölkə ərazisində temperaturun normadan artıq olacağı gözlənilir.Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

"Artıq bir-neçə gündür ki, Qərbi Avropa isti hava dalğalarının təsiri altındadır. Əksər ərazilərdə temperatur 40 dərəcənı aşıb və rekord göstəricilər yenilənib. Xüsusilə İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda kəskin istilər hökm sürür. İspaniyanın cənubunda hətta 46 dərəcə temperatur qeydə alınıb", - o qeyd edib.

O deyib ki, ölkəmizdə isə şimal axınlarının təsiri nəticəsində son günlər mülayim və nisbətən sərin hava şəraiti müşahidə olunur: "Gələn həftənin ikinci yarısından başlayaraq isə ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Belə ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35, Aran rayonlarında 39, dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı proqnozlaşdırılır".

04/07/2025

Bakının mərkəzi küçələrində xüsusi geyimli "kahinlər" peyda olub.
Özünəməxsus geyimdə Bakı küçələrində dolaşan bu şəxslər insanlara yaxınlaşırlar.
Onlar rastlaşdıqları adamların əvvəlcə əllərindən tutur, hansısa naməlum bir neçə hərəkət edir və bu yolla onu terapiya etdiyini bildirir.
Daha sonra isə adətən həmin şəxslərə qolbaq verir və qarşılığında pul istəyirlər.

Vətəndaşların sözlərinə görə, əvvəl anlamasalar da, sonrada bunun pul almaq üçün bir kələk olduğunu başa düşüblər. Bəzi vətəndaşların sözlərinə görə, sözgedən "kahinlər" bir neçə müddətdir ki, Bakının mərkəzi hissəsində dolaşaraq bu yolla insanlardan pul almağa çalışırlar.

03/07/2025

İyulun 3-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Balakəndə 33, Sarıbaşda (Qax) 14, Zaqatalada 11, Tovuzda 5, Ağstafa və Şəkidə 3, Ceyrançöl, Gədəbəy və Şahbuzda 2, Daşkəsən, Göygöl, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Laza (Qusar) və Lerikdə 1 mm-dir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncədə 19 m/s-dək güclənir.
Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır.
Havanın maksimal temperaturu iyulun 2-də Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da, o cümlədən Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

02/07/2025

Fikirləriniz maraqlıdır..

🇦🇿Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
01/07/2025

🇦🇿Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Bakufakt.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bakufakt.az:

Share