02/08/2022
“Yalansa fransuzki ilan vursun dilünnən” , “Topumuz, topxanamız olmasa da, namusumuz, qeyrətimiz var, bəy, dözərik”, "Biz şərab içirik, sən xalq qanını..." , “Sizi bura yığmaqda məqsədim odur ki, sizdən adam olmayıb, olmayacaq da" , “Heç hənanın yeridi?”
Həyatda bircə dəfə də olsa bu sitatlarla qarşılaşmısınız. 1898-ci ildən əsası qoyulan Azərbaycan kinematoqrafından olan bu sitatlar yalnız sözlə məhdudlaşmayıb, dərin fəlsəfi məna ilə düşündürüb. Azadlıq üçün mübarizə aparan Sevil, əqidəsi uğrunda dərisi soyulan Nəsimi, sadəlövhlük rəmzi olan Cəbiş müəllim, sadiqliyi göstərən Yusif və daha neçə-neçə belə dəyərləri bizlərə sevdirən Azərbaycan kinosunun bugün 124 yaşı olur.