Azərbaycan - Rəsmi Dövlət Qəzeti

Azərbaycan - Rəsmi Dövlət Qəzeti Rəsmi Dövlət Qəzeti

🔹Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman pr...
22/11/2025

🔹Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.

Nə qədər ağrılı-acılı olsa da, arxiv materialları ilə tanış olarkən repressiya illərində ziyalılarımıza qarşı böyük aman...
22/11/2025

Nə qədər ağrılı-acılı olsa da, arxiv materialları ilə tanış olarkən repressiya illərində ziyalılarımıza qarşı böyük amansızlıq, qəddarlıq edildiyinin şahidi oluruq. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində misilsiz xidmətlər göstərmiş bir çox ziyalımız heç bir günahları olmadan müxtəlif illərdə repressiya qurbanlarına çevrilmişlər, qəddar sovet rejiminin ölüm maşınından keçmişlər.

Amansız repressiya qurbanlarından biri - şair, publisist və dövlət xadimi Böyükağa Mirqasım oğlu Talıblı haqqında ətraflı ⤵️linkdə:

🔗
https://www.azerbaijan-news.az/az/posts/detail/gecikmis-beraet-yalniz-tesellidir-1763758165/375619

⚖️Bu gün – 22 noyabr Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 107 illiyi tamam olur. Ümummilli Lider Heydər Əliyev...
22/11/2025

⚖️Bu gün – 22 noyabr Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 107 illiyi tamam olur.

Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ölkəmizdə ədliyyə orqanlarının fəaliyyətə başlaması 1918-ci ildən – Azərbaycan Xalq Cümhuriyyəti dövründən təşəkkül tapır. Hazırda ədliyyə sistemi hüququn aliliyinin qorunması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində mühüm rol oynayır.

Peşə bayramı münasibətilə ədliyyə orqanlarında çalışan bütün əməkdaşlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.

22 noyabr 1922-ci il🔹 Görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun dünyay...
22/11/2025

22 noyabr 1922-ci il

🔹 Görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun dünyaya gəldiyi gündür.

Geniş və rəngarəng yaradıcılığa malik olan dahi bəstəkar bir çox janrlarda musiqi əsərləri yaradıb.

“Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan qravürləri”, "Muğam-poema"sı mədəni irsimizin dəyərli nümunələrindəndir.

“Ürəkaçanlar” və “Gözün aydın” operattaları səhnə üçün yazdığı ilk əsərləridir.

“Sevil” operası milli musiqi tariximizdə ilk lirik opera sayıllr.

📍Bakının bəzi, xüsusən gözdən uzaq küçələrində, dalanlarında atılan zibil torbalarını, səpələnmiş tullantıları kim görmə...
22/11/2025

📍Bakının bəzi, xüsusən gözdən uzaq küçələrində, dalanlarında atılan zibil torbalarını, səpələnmiş tullantıları kim görməyib ki?!

Zibilləri küçəyə atan, yerə, üzr istəyirik, tüpürən, parklara tullantı qoyub gedən, ictimai yerlərdə ədəb-ərkan qaydalarına əməl etməyən insan, əslində, təkcə ətrafa yox, cəmiyyətin mədəni simasına da xələl gətirir, şəhərin abadlığına, təmizliyinə ləkə salır.

Unutmayaq ki, təmizlik imandandır. Bu, yalnız dini deyil, həm də mənəvi bir çağırışdır.

İntizamlı , mədəni və təmiz şəhər...

🔺Mədəniyyət təmizlikdən başlayır🔺

🔗 https://www.azerbaijan-news.az/az/posts/detail/medeniyyet-temizlikden-baslayir-1763758291/375620

▪️ O, İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsi, həmçinin q...
22/11/2025

▪️ O, İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsi, həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşı idi.

🔹"Din aliminin acı taleyi" yazısında haqqında ətraflı məlumat ala bilərsiniz.

🔗
https://www.azerbaijan-news.az/az/posts/detail/din-aliminin-aci-taleyi-1763758118/375618

📍Cəlilabadda payızlıq kartof yığımı davam edir.1020 hektar sahədən indiyə qədər 20 min ton kartof tədarük edilib.Xüsusi ...
22/11/2025

📍Cəlilabadda payızlıq kartof yığımı davam edir.

1020 hektar sahədən indiyə qədər 20 min ton kartof tədarük edilib.

Xüsusi müxbirimiz yazır:
🔹İndi bir o qalır ki, yazda və payızda yetişdirilən bu qiymətli məhsulları alaraq xüsusi anbarlarda saxlamaq, lazım gəldikcə ölkəmizin bazar və dükanlarına verməklə xaricdən aldığımızın minimuma endirilməsini təşkil etmək. Çox təəssüf ki, hələ də heç kəs bu işi öz öhdəsinə götürməmişdir. Amma bu işin vaxtı çoxdan çatmışdır.🔹

🔗
https://www.azerbaijan-news.az/az/posts/detail/celilabadda-payizliq-kartof-yigimi-davam-edir-1763757924/375615

📍Cənubi Qafqazda proseslər Azərbaycanın yazdığı barış ssenarisi üzrə inkişaf edərək məntiqi sonluğuna, yəni davamlı sülh...
22/11/2025

📍Cənubi Qafqazda proseslər Azərbaycanın yazdığı barış ssenarisi üzrə inkişaf edərək məntiqi sonluğuna, yəni davamlı sülhə doğru gedir.

Bu, müxbirimizin "Bakının sülh səyləri praktik müstəvidə də öz təsdiqini tapır" yazısında
Azərbaycanın sonda sülh qazandıran qətiyyətli siyasi yolunu təhlil edərkən gəldiyi nəticədir.

Ətraflı:⤵️

https://www.azerbaijan-news.az/az/posts/detail/bakinin-sulh-seyleri-praktik-mustevide-de-oz-tesdiqini-tapir-1763757577/375609

Address

Mətbuat Prospekti 529
Baku
BAKU1100

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan - Rəsmi Dövlət Qəzeti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share