Acı Bibər

Acı Bibər HƏQİQƏT HƏR ZAMAN ACI OLUR!!! https://t.me/acibiber_xeberler

🇦🇿🇹🇷Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.APA-nın Türkiyə bürosunun əldə etdiyi məlumata görə...
03/11/2025

🇦🇿🇹🇷Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

APA-nın Türkiyə bürosunun əldə etdiyi məlumata görə, səfər Zəfər Günü münasibətilə həyata keçiriləcək.

03/11/2025

Ötən gün Şamaxı-İsmayıllı yolunda baş verən motosiklet qəzasının anbaan görüntüləri yayılıb

🏍 Xatırladaq ki, yol kənarındakı beton maneələrə çırpılan motosiklet dərəyə yuvarlanıb, sürücü isə ağır xəsarət alıb.

03/11/2025

Əfqanıstanın şimalında baş verən 6,3 maqnitudada zəlzələ nəticəsində azı iyirmi nəfər həlak olub.

02/11/2025

Zəfər Paradı öncəsi möhtəşəm mənzərə.

Paşinyan erməni kilsəsini "sındırır: “Katolikos 2026-cı il parlament seçkilərinə qədər postunu tərk etməlidir” – Ermənis...
02/11/2025

Paşinyan erməni kilsəsini "sındırır: “Katolikos 2026-cı il parlament seçkilərinə qədər postunu tərk etməlidir” – Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində belə deyib.

“Xeyr, [seçkilərə] qədər. Bu məsələni siyasiləşdirmək olmaz”, – deyə o, “Vətəndaş müqaviləsi” partiyasının bu addımı seçkilərdə təsdiqlədikdən sonra baş verə biləcəyi barədə suala cavabında bildirib.

Simonyanın fikrincə, bütün ermənilərin katolikosu II Qaregin hələ imkanı varkən istefa verməlidir:

“O, anlamalıdır ki, vəziyyəti elə həddə çatdırmamalıdır ki, artıq alternativi qalmasın. Hələ alternativi olduğu müddətdə bu qərarı özü verməlidir.”

02/11/2025

Salyanda “Haval” markalı minik avtomobili tamamilə yanaraq kül oldu.

Leyla Əliyeva "EcoMind 2025" konfransında iştirak edib
02/11/2025

Leyla Əliyeva "EcoMind 2025" konfransında iştirak edib

02/11/2025

Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri rəsmi olaraq çıxarılıb.

Ermənistan məktəblərində azərbaycan dili tədris olunacaq 2025–2026-cı tədris ilindən etibarən Ermənistanda üç məktəbdə A...
01/11/2025

Ermənistan məktəblərində azərbaycan dili tədris olunacaq

2025–2026-cı tədris ilindən etibarən Ermənistanda üç məktəbdə Azərbaycan dili fənni tədris proqramına daxil ediləcək.

Qərar xarici və regional dillərin inkişafı üzrə dövlət proqramı çərçivəsində qəbul edilib.

Dərslər 10–12-ci sinif şagirdləri üçün könüllü əsasda keçiriləcək və yalnız müvafiq ixtisaslı müəllimlər olduqda tətbiq ediləcək.

Donald Trampın oğlu noyabrın 12-də Ermənistana səfər edəcəkErmənistanın “Past” qəzeti öz mənbələrinə istinadən xəbər ver...
01/11/2025

Donald Trampın oğlu noyabrın 12-də Ermənistana səfər edəcək

Ermənistanın “Past” qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ prezidentinin oğlu Donald Tramp Jr. noyabrın 12-də Ermənistana səfər edəcək.

Məlumata görə, səfərin məqsədi biznes əlaqələrinin qurulması və müxtəlif siyasi dairələrlə görüşlər keçirməkdir.

Hazırda Tramp Jr.-ın Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb-görüşməyəcəyi barədə məlumat yoxdur.

Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezi...
01/11/2025

Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.

Manset.аz xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin müvafiq əmri ilə Q.Mehdiyeva bir müddət öncə təhsil müəssisəsinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib.

Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.

Qeyd edək ki, V.İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.

Xatırladaq ki, R.Mehdiyevin gəlini Nigar Mehdiyeva da ötən gün Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad edilib.

01/11/2025

Robot yemək bişirə bilmədi: tavanı yerə saldı

Çin istehsalı olan “Unitree G1” humanoid robotu ilə bağlı maraqlı hadisə sosial şəbəkələrdə gündəm olub.

Robotdan süni intellekt vasitəsilə “axşam yeməyi bişirmək” xahiş edilib. Lakin tapşırığı yerinə yetirərkən o, həm yeməyi, həm də tavanı yerə salıb. Hadisənin görüntüləri sürətlə yayılıb və istifadəçilər tərəfindən yumorla qarşılanıb. Bəziləri bu səhnəni “robotların mətbəxdəki ilk fiaskosu” adlandırıb.

Address

Baku

Telephone

+994772333733

Website

Alerts

Be the first to know and let us send you an email when Acı Bibər posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Hər şey ilk acı bibəri yediyim gün başladı

O an dünyanın ən xoşbəxt insanı oldum