Armudu Layihəsi

Armudu Layihəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Armudu Layihəsi, News & Media Website, Olimpiya kucesi 4, Baku.

07/11/2021
“Armudu” layihəsinin növbəti qonağı Abdulla Qurbani olub İyunun 25-də Gənclər və İdman Nazirliyinin “Armudu” – gənclərin...
25/06/2021

“Armudu” layihəsinin növbəti qonağı Abdulla Qurbani olub

İyunun 25-də Gənclər və İdman Nazirliyinin “Armudu” – gənclərin məşhurlarla onlayn görüşü layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə keçirilən görüşün qonağı Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Zəfər paradının ssenari müəllifi və aparıcısı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani idi.

Görüşün əvvəlində gənclər və idman nazirinin müavini İntiqam Babayev tarixi günün əhəmiyyətindən danışaraq, gənclərə bu görüşdən və qonağın dəyərli fikirləri və məsləhətlərindən bəhrələnməyi tövsiyyə edib. Nazir müavini 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbəyə nail olunmasında Azərbaycan xalqının, xüsusilə də vətənpərvər gəncliyin birlik və həmrəyliyinin mühüm rol oynadığını xüsusi vurğulayıb.

Ardından Abdulla Qurbani gəncləri salamlayaraq, cəbhə bölgələrində baş verən maraqlı hadisələrdən, ssenari müəllifi və aparıcısı olduğu “Zəfər Paradı”nın inanılmaz, sevinc dolu təəssüratlarından söz açdı, müəllifi olduğu şeirlərindən bir neçəsini gənclər üçün səsləndirib.

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Əməkdar artist Cahangir Qurbanov bayram münasibətilə görüş iştirakçılarına hədiyyə olaraq, Nizami Gəncəvinin “Sevgili canan” qəzəlinin sözlərinə bəstələnmiş musiqini canlı ifa edib.

Sual-cavab formatında davam edən görüşdə 100-dən artıq gənc iştirak edirdi.

Əziz gənclər! 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə “Armudu” gənclərin məşhurlarla onlayn görüşü” l...
21/06/2021

Əziz gənclər!

26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə “Armudu” gənclərin məşhurlarla onlayn görüşü” layihəsinin qonağı Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Zəfər Paradının ssenari müəllifi və aparıcısı Abdulla Qurbani olacaq.

Görüş 25 iyun 2021-ci il tarixdə saat 15:00-da baş tutacaq.

Onlayn görüşdə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq və ya afişada qeyd olunan QR kod vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz:

https://forms.gle/taWKRsFYjdDTjTVb7
Hər biriniz dəvətlisiniz!


28 May- Respublika Günümüz mübarək!
28/05/2021

28 May- Respublika Günümüz mübarək!

Bu gün Gənclər və İdman Nazirliyinin “Armudu” gənclərin məşhurlarla onlayn görüşü layihəsində növbəti görüş baş tutdu.28...
28/05/2021

Bu gün Gənclər və İdman Nazirliyinin “Armudu” gənclərin məşhurlarla onlayn görüşü layihəsində növbəti görüş baş tutdu.
28 may-Respublika gününün 103-cü ildönümünə həsr olunmuş görüşün qonağı millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov idi.
Görüşün əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev millət vəkilini və gəncləri salamlayaraq bu günün əhəmiyyətindən söz açdı.
Ardından millət vəkili Anar İsgəndərov 28 may 1918-ci il və sonrakı 23 ay ərzində olan dövrün tarixi ilə bağlı maraqlı faktlar açıqladı, gənclərlə dəyərli fikirləri ilə bölüşdü.
Sonra millət vəkili gənclərin suallarını cavablandırdı.



Əziz gənclər!28 may - Respublika günü münasibəti ilə “Armudu” gənclərin məşhurlarla onlayn görüşü” layihəsinin qonağı mi...
21/05/2021

Əziz gənclər!

28 may - Respublika günü münasibəti ilə “Armudu” gənclərin məşhurlarla onlayn görüşü” layihəsinin qonağı millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərovdur.

Görüş 27 may 2021-ci il tarixdə saat 15:00-da baş tutacaq.

Onlayn görüşdə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq və ya afişada qeyd olunan QR kod vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz:
https://forms.gle/3YNiw1LxUKNGNeFD6

Hər biriniz dəvətlisiniz!

02/05/2021

Gencler ve idman ictimaiyyeti ucun cox agir itkidir...Allah qeni-qeni rehmet elesin😔

Prezident İlham Əliyev gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıb.Nekroloqda deyilir:Azə...
01/05/2021

Prezident İlham Əliyev gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda deyilir:

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat etmişdir.

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirmiş, 1981–1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil almışdır.

Azad Rəhimov 1986–1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987–1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990–1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləmiş, 1993-cü ildən dövlət idarəçiliyinə gələnədək sahibkarlıq fəaliyyəti göstərmişdir.

2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra etmiş, həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.

Azad Rəhimov gənclər və idman naziri kimi çalışdığı müddət ərzində daim işgüzarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında böyük hörmət qazandırmışdır. Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan idmanın qarşısında dayanan vəzifələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün qüvvə və bacarığını əsirgəməyən Azad Rəhimov respublikada idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və kütləviliyinin artırılması, eləcə də idmançılarımızın ən mötəbər yarışlarda iştirakının yüksək səviyyədə təmin edilməsi və ölkəmizin idman şərəfinin beynəlxalq miqyasda layiqincə qorunması işinə töhfələr vermişdir. Azərbaycan gəncliyinin inkişafına dair dövlət proqramları və strategiyalarının hazırlanmasında, habelə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması ilə bağlı tədbirlərin uğurla həyata keçirilməsində onun təqdirəlayiq xidmətləri olmuşdur.

Azad Rəhimovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Azad Arif oğlu Rəhimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Adil Əliyev

Eldar Əzizov

Yusuf Məmmədəliyev

Çingiz Hüseynzadə

Ağacan Abıyev

Fuad Hacıyev

Fərid Cəfərov

İlqar Rəhimov

Layihəmiz çərçivəsində bu gün 15 aprel 2021-ci il tarixdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qən...
15/04/2021

Layihəmiz çərçivəsində bu gün 15 aprel 2021-ci il tarixdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə xanım Paşayeva ilə səmimi və yaddaqalan görüşümüzdən... Gənclərə ünvanladığınız dəyərli fikirləriniz və məsləhətləriniz üçün Sizə təşəkkür edirik🙏🤗

Əziz gənclər!“Armudu” gənclərin məşhurlarla onlayn görüşü” layihəsi yenidən biri-birindən maraqlı qonaqları ilə Sizlərin...
08/04/2021

Əziz gənclər!

“Armudu” gənclərin məşhurlarla onlayn görüşü” layihəsi yenidən biri-birindən maraqlı qonaqları ilə Sizlərin görüşünə gəlir.

15 aprel 2021-ci il tarixdə saat 15:00-da baş tutacaq onlayn görüşdə layihənin qonağı hamımızın sevimlisi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili, professor Qənirə xanım Paşayeva olacaq.

Onlayn görüşdə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq və ya afişada qeyd olunan QR kod vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz:
https://forms.gle/ahf1NdMJxBe481gn7

Buyurun iştirak edin. Hər biriniz dəvətlisiniz!

     #Губадли              #Азербайджан  #Карабах                  #армения
31/08/2020

#Губадли #Азербайджан #Карабах #армения

Address

Olimpiya Kucesi 4
Baku

Alerts

Be the first to know and let us send you an email when Armudu Layihəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Armudu Layihəsi:

Share

Armudu Layihəsi

2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə yaradılan bu səhfəmizdə Sizi müxtəlif ictimai-siyasi, elm və yaradıcılıq sahələrində sevib-seçilən məhşurlarla görüşdürəcəyik.