Retro Mania

Retro Mania Retro Mania TV, heç bir yerdə görməyəcəyiniz ən vacib faktları, mübahisələri və video materialları təqdim edir!

Bu qədər həngamədən sonra ortada adları 3 yaşında uşağa da bəlli olan imperiya nökərlərinin birinin də həbsi yox. Yenə n...
01/07/2025

Bu qədər həngamədən sonra ortada adları 3 yaşında uşağa da bəlli olan imperiya nökərlərinin birinin də həbsi yox. Yenə nə məsələdir, xarici düşmən obrazı, yoxsa Putinə müharibə üçün ət lazımdır (10 minlərlə soydaşımız həlak olub) deyə sərhədləri qapalı saxlamaq cəhdi?

01/07/2025

Əvəz Zeynallı Azərbaycan jurnalistikasının vəziyyəti barədə faktlar açıqladı

01/07/2025

Əvəz Zeynallının həbsində kimlər maraqlı idi

01/07/2025

Əvəz Zeynallı dəllal Elçin Sadıqov barədə

01/07/2025

Əvəz Zeynallı Mən fikirləşirdim ki, bircə nəfər olsun, mənim səsimi batmağa qoymasın

01/07/2025

İlham və Fərizə örnəyi, 30 İyun sevgililər günüdür

01/07/2025

Ərəstun Oruclu ŞOK faktlar açıqladı! Xanlar Vəliyev, Zakir Həsənov və İqbal Ağazadə

01/07/2025

Əvəz Zeynallını kimi və niyə həbs etdirdi. ŞOK faktlar

29/06/2025

İslam, yəni İslamın əsas mənbəyi olan Quran bizdən nə istəyir? İslama, Qurana nifrət kimlərdən qaynaqlanır və niyə?
İslam nədir? Sadəcə bir dinmi? Sadəcə Namaz, Oruc, Həcc, Zəkatmı? Yoxsa bundan daha böyük, daha dərin, daha ədalətli bir həyat tərzimi?
İslam – haqqın, ədalətin, mərhəmətin və insaniyyətin adıdır. Razı deyilsiniz? Bəlkə əsas mənbəyə, Qurana baxaq? Bu İslam, Quran bizdən nə istəyir?
Sadalayaq, amma düşünə-düşünə:
1. İslam bizdən ədalətli olmağımızı istəyir. Ədalət – dinin özəyidir. Ədalətli olmaq istəmirsiniz?
“Ədalətli olun! Bu, təqvaya daha yaxındır.” (Maidə, 8)
2. Ata-anaya hörmət etməyimizi istəyir. Bəlkə onlarla sayğısız davranırsınız, İslama bu səbəbdən nifrət edirsiniz?
“Onlara ‘uf’ belə demə, kobud danışma!” (İsra, 23)
3. Ölçüdə-çəkiyə düzgün yanaşmağımızı istəyir. Aldatmaq sizə xoş gəlir?
“Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin.” (Ənam, 152)
4. Günahsız insanı öldürməməyi əmr edir. Bu dinə nifrət edənlər qan tökməkdən çəkinmirlər deyə nifrət edirlər?
“kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür” (Maidə, 32)
5. Yaxşılıq etməyimizi istəyir. Sizcə bu istəyin harası pisdir?
“Həqiqətən, Allah yaxşılıq edənləri sevir” (Bəqərə, 195)
6. Yetimlərin malına toxunmamağı əmr edir. Əgər sizlər yetimin haqqını yeyənləri dəstəkləyirsinizsə, sizlərə nə ad verək?
“Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar” (Nisa, 10)
7. Ehtiyac sahiblərinə imkanınız çərçivəsində yardım etməyinizi istəyir.
“sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə sərf edənlər.. Bax bunlar əsl iman sahibləridir” (Bəqərə, 177)
8. Dünya malı üçün başqasının haqqını tapdalamamağınızı istəyir. Bu çağırışa qarşı çıxanlar kimlərin tərəfindədir?
“Qazandıqları (dünya malı) isə onlara heç bir fayda vermədi” (Hicr, 15)
9. Qohuma, kasıba, yolda qalmışa haqqını verməyi əmr edir. Bu zalımlıqdırmı?
“Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə” (İsra, 26)
10. İsraf etmə, xəsis olma – orta yolda qal. Bu ən ideal iqtisadi nizam-intizam deyilmi?
“Onlar (mallarını ) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar” (Furqan, 67)
11. Yoxsulluq qorxusundan övladlarını öldürmə – ruzini Allah verir. Bunu deyən dinə nifrət edərlərmi?
“Yoxsulluq qorxusuyla övladlarınızı öldürməyin – onların da, sizin də ruzisini Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır” (İsra, 31)
12. Zinadan uzaq dur. Ailə dağılmasın, nəsil pozulmasın deyilir. Sən öz ehtirasından dolayı əxlaqsız bir cəmiyyət, əxlaqsız bir dünyamı görmək istəyirsən? Bilmirsən ki, yaratdığın bu əxlaqsız cəmiyyətdə sənin də törəmələrin yaşamaq məcburiyyətindədir, yoxsa ancaq özünü düşünürsən, törəmələrin sənin üçün önəmli deyil?
“Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!” (İsra, 32)
13. Bilmədiyin işin dalınca getmə. Bu, düşünən beyin yetişdirməkdir. Bacarmadığın, bilmədiyin işə girişib dünyanı alt üst etmək istəyirsən?
“Haqqında heç bir məlumatın olmayan şeyin ardınca getmə.” (İsra, 36)
14. Yerdə təkəbbürlə gəzmə – sən zərrəsən. İnsana öz yerini tanıdır. Təkəbbür bir çox fəsadlara yol açır. Sən özünü hamıdan güclü, hamıdan üstün hesab edirsən və sabah əlinə fürsət düşən kimi bir düyməyə dünyanı yox etməyə hazırsan.
“Yerdə təkəbbürlə gəzmə! Sən nə yeri yara bilərsən, nə dağlarla boy ölçə bilərsən.” (İsra, 37)
15. Yalan danışma. Bu prinsipi qəbul etməyən varmı?
“Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz” (Zümər, 3)
16. Doğru şahidlik et. Bu ədalətin sütunudur.
“(Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun” (Nisa, 135)
17. Döyüşdə qətiyyətli ol ( döyüş meydanında düşmənin alnından öpmürlər). Əsirlərlə mərhəmətli davran. Bu din qəddar ola bilərmi?
“Düşmənə qarşı möhkəm dayanın.” (Ənfal, 60)
“Əsirləri ya qarşılıqsız azad edin, ya da fidyə ilə.” (Məhəmməd, 4)
18. Hakimləri pulla ələ almayın – çünki rüşvət cəmiyyəti məhv edir.
“Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın” (Bəqərə, 188)
19. İçki, qumar, narkotik – hamısından uzaq durun. Cəmiyyətə zərər verən bunlardır.
“Şeytan əməli olan içki, qumar... murdardır – uzaq durun.” (Maidə, 90)
20. Sələm verib insanları çökdürmə. Faizlə borc verdiyin insanın qanını sorursan.
Allah sələmi məhv edər, sədəqəni artırar.” (Bəqərə, 276)
21. Yetim uşaqları atalarının adı ilə çağır – şəxsiyyətini qoru.
Onları atalarının adı ilə çağırın. Bu, Allah qatında daha ədalətlidir.” (Əhzab, 5)
22. Ərli qadınlarla, analarınız, bacılarınızla münasibət (söhbətin nədən getdiyini anladınız) sizə haram edildi. Bu əxlaq qaydası pisdirmi? Bəlkə İslama nifrət edənlərin bu qayda xoşlarına gəlmir?
“Ərli qadınlar da sizə haram edildi.” (Nisa, 24)
23. Zülmə susma! Susan – zalımın ortağıdır.
Zalım olanlara meyil etməyin.” (Hud, 113)
24. Bağışla – kin saxlayan olma. Kin saxlayıb ədalətsizliyə yol verərsən. Mərhəmət aşılayan bir din…
“Bir topluluğa olan nifrət sizi ədalətsizliyə sövq etməsin.” (Maidə, 8)
“Bağışlasanız, bu təqvaya daha yaxındır.” (Bəqərə, 237)
25. Oxu – yaz – düşün – inkişaf et. Quran düşünənlər üçün göndərilib, düşünmək üçün isə oxumağı bacarmalısan. İlk əmri “Oxu!” olan bir dinə nifrət haradan doğur?
“Oxu, Yaradan Rəbbinin adı ilə!” (Ələq, 1)
“Onlar Quran üzərində düşünmürlərmi?” (Nisa, 82)
26. Elmli ol, çünki Allah hər şeyi öz elmi ilə yaratmış, öz elmi ilə əhatə etmişdir. Elmli olmasan Allahı anlaya bilməzsən, Allahı ancaq elmlilər daha çox anlayar, qavrayar. Elmin olmadığı yerdə zülmət var. İslam zülmət deyil, işıqdır və bunu əsrlər boyu sübut edib!
“Allahdan ancaq alim olanlar qorxar.” (Fatir, 28)
“Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir.” (Əraf, 89)
Quranda bu məzmunlu (ədalət, mərhəmət, yaxşılıq və sairə) ayələrin sayı hesabı yoxdur, biz sadəcə bir neçə ayəni gətirməklə kifayətləndik.
İslam bizdən bunları istəyir. Bəs siz, İslama nifrət edənlər İslamdan nə istəyirsiniz?
Bəlkə bu din vicdanınızı narahat etdiyi üçün ondan uzaq durmaq istəyirsiniz?
Əgər bir sistem ədaləti, elmə yönəlişi, mərhəməti, sülhü, doğru danışmağı, kasıba yardım etməyi, rüşvətə qarşı çıxmağı, qətli qadağan etməyi, yetimi qorumağı təbliğ edirsə – ona niyə nifrət olunur? Bəlkə İslama nifrət edənlər – zalımlardır, yalançılardır, fırıldaqçılardır, rüşvətxorlardır, xalqı istismar edənlərdir? Çünki İslam onların üzərinə gəlir, çünki İslam onları ifşa edir?

"Qaqa canı" deyilənlərin hamısı yalan və şayiələrdən ibarətdi.
28/06/2025

"Qaqa canı" deyilənlərin hamısı yalan və şayiələrdən ibarətdi.

28/06/2025

Siyasət beləmi aparılır ?

28/06/2025

Əvəz Zeynallı Azərbaycan həbsxanalrında nələr baş verir

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Retro Mania posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share