Zirvə Gənclərin İnkişaf Klubu

Zirvə Gənclərin İnkişaf Klubu Gənclərin Sevimli Məkanı

🗣️Dəyərli izləyicilər!02.11.2025 - ci il tarixində "Zirvə Gənclərin İnkişaf Klubu"nun təşkilatçılığı ilə Klubumuzun üzvü...
04/11/2025

🗣️Dəyərli izləyicilər!

02.11.2025 - ci il tarixində "Zirvə Gənclərin İnkişaf Klubu"nun təşkilatçılığı ilə Klubumuzun üzvü, Bakı Dövlət Universitetinin tələbəsi, Milli Riyaziyyatçılar Birliyinin sədri Maqsud Əhmədlinin "Ruhun və şeirin ahəngi" mövzusunda seminarı keçirilmişdir.

Seminar zamanı Maqsud Əhmədli bir sıra dahi şairlərimizin şeirlərini səsləndirmiş,bizi ədəbiyyatın dərin sirləri ilə tanış etmişdir. O ədəbiyyatın və şeirin ruhla olan ahəngindən danışmışdır.
Seminarın sonunda iştirakçılar öz fikirlərini bölüşmüşdürlər.


🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri,İkinci Qarabağ müharibəsi şəhidi Qismət Həməşəyev 1988-ci il noyabrın 3-də Rusi...
03/11/2025

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri,İkinci Qarabağ müharibəsi şəhidi Qismət Həməşəyev 1988-ci il noyabrın 3-də Rusiya Federasiyasının Rostov şəhərində anadan olmuşdur.

O, İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 26 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!

🎨 Bu gün görkəmli Azərbaycan rəssamı, Azərbaycan SSR Xalq rəssamı Böyükağa Mirzəzadənin anım günüdür.Böyükağa Məşədi oğl...
03/11/2025

🎨 Bu gün görkəmli Azərbaycan rəssamı, Azərbaycan SSR Xalq rəssamı Böyükağa Mirzəzadənin anım günüdür.

Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda anadan olub. O, Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış görkəmli boyakar və teatr rəssamı idi.

Yaradıcılığında insan obrazlarına, milli koloritə və dərin duyğulara xüsusi yer verən sənətkar 1967-ci ildə Azərbaycan SSR Xalq rəssamı fəxri adına layiq görülüb.Böyükağa Mirzəzadə 3 noyabr 2007-ci ildə Bakıda vəfat edib. Onun yaratdığı sənət əsərləri bu gün də Azərbaycan rəssamlıq məktəbinin qızıl səhifələrində yaşayır.

Vəhdət Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə “Zəfərin 5 ili” adlı tədbir keçirilmişdir. Sözügedən tədbirdə millət vək...
03/11/2025

Vəhdət Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə “Zəfərin 5 ili” adlı tədbir keçirilmişdir. Sözügedən tədbirdə millət vəkili Ceyhun Məmmədov və Zirvə Gənclərin İnkişaf Klubunun üzvləri də iştirak etmişdir.

Tədbir zamanı millət vəkili Ceyhun Məmmədov çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın əldə etdiyi Zəfər yalnız hərbi və siyasi deyil, həm də mənəvi və sosial əhəmiyyətə malikdir. O, milli birlik, həmrəylik və vətənpərvərlik ruhunun bu uğurun əsas dayaqları olduğunu vurğulamış, gənclərin tarixi və milli dəyərlərlə bağlı məlumatlılığının artırılmasının vacibliyini qeyd etmişdir.



🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Leytenantı,İkinci Qarabağ müharibəsi şəhidi Murtuz Abbasov 2 noyabr 1998 -ci ildə Leri...
02/11/2025

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Leytenantı,İkinci Qarabağ müharibəsi şəhidi Murtuz Abbasov 2 noyabr 1998 -ci ildə Lerik rayonunda anadan olmuşdur.

O, İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş 28 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!

🎵 Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Emin Sabitoğlunun anım günüdür.Emin Sabitoğlu (Emin Mahmudov) 2 noy...
02/11/2025

🎵 Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Emin Sabitoğlunun anım günüdür.

Emin Sabitoğlu (Emin Mahmudov) 2 noyabr 1937-ci ildə Bakıda, yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. O, əvvəlcə Bakı Musiqi Məktəbində, daha sonra Moskva Dövlət Konservatoriyasında (Yuri Şaporin sinfi) təhsil alıb.

Yaradıcılığı çoxşaxəli olan bəstəkar 600-dən artıq mahnı, 9 musiqili komediya və 40-a yaxın filmə musiqi bəstələyib. Onun “Dərəlar”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” kimi mahnıları Azərbaycan musiqi tarixində silinməz iz buraxıb.Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib. Onun musiqiləri bu gün də milyonlarla insanın qəlbində yaşayır.

🗣️Əziz izləyicilər!"Zirvə Gənclərin İnkişaf Klubu"nun Sosial media meneceri, Unudulmazlar alt qrupunun idarəçisi və "Gök...
02/11/2025

🗣️Əziz izləyicilər!

"Zirvə Gənclərin İnkişaf Klubu"nun Sosial media meneceri, Unudulmazlar alt qrupunun idarəçisi və "Göktürk" platformasının üzvü Gülnar Quliyevanın "Tarixi marşrutlar üzrə yeni turizm layihələri" adlı məqaləsini sizlərə təqdim edirik.

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri,İkinci Qarabağ müharibəsi şəhidi Sənan Abdullayev 1998-ci il noyabrın 1-də Bakı...
01/11/2025

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri,İkinci Qarabağ müharibəsi şəhidi Sənan Abdullayev 1998-ci il noyabrın 1-də Bakı şəhərində anadan olmuşdur.

O, İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 5 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!

🌾 1 noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı GünüAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20...
01/11/2025

🌾 1 noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanına əsasən, hər il 1 noyabr ölkəmizdə Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Bu sahəyə göstərilən dövlət dəstəyi və qəbul olunan qərarlar kənd təsərrüfatının inkişafına, fermerlərin rifahının yaxşılaşmasına və ölkənin ərzaq təhlükəsizliyinin təmininə böyük töhfə verir. Kənd təsərrüfatı işçiləri Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında mühüm rol oynayırlar.

🗣️Əziz izləyicilər!"Zirvə Gənclərin İnkişaf Klubu"nun üzvü, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi və "...
31/10/2025

🗣️Əziz izləyicilər!

"Zirvə Gənclərin İnkişaf Klubu"nun üzvü, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi və "Göktürk" platformasının İdarə Heyətinin üzvü Mirsoltanova Mirmədinənin "Qloballaşma dövründə milli kimliyin qorunması" adlı məqaləsini sizlərə təqdim edirik.

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Leytenantı,İkinci Qarabağ müharibəsi şəhidi Bayramov Tapdıq Namiq  oğlu 1998-ci  il ok...
31/10/2025

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Leytenantı,İkinci Qarabağ müharibəsi şəhidi Bayramov Tapdıq Namiq oğlu 1998-ci il oktyabrın 31 -də Quba rayonunda anadan olmuşdur.

O, İkinci Qarabağ müharibəsi zamanı Xocavənd,Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş,19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!

🌆 31 oktyabr – Dünya Şəhərlər GünüBu gün sürətlə artan urbanizasiyanın ətraf mühitə, iqtisadi inkişafa və insanların rif...
31/10/2025

🌆 31 oktyabr – Dünya Şəhərlər Günü

Bu gün sürətlə artan urbanizasiyanın ətraf mühitə, iqtisadi inkişafa və insanların rifahına təsirinə diqqət çəkilir. Hazırda dünya əhalisinin 55 faizi şəhərlərdə yaşayır, 2050-ci ildə bu göstəricinin 75 faizə çatacağı gözlənilir.

Dayanıqlı və “yaşıl” şəhərlərin qurulması iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayacaq. Şəhərlərin inkişafı ekoloji, iqtisadi və sosial baxımdan balanslı şəkildə həyata keçirilməlidir.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Zirvə Gənclərin İnkişaf Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zirvə Gənclərin İnkişaf Klubu:

Share