04/11/2025
🗣️Dəyərli izləyicilər!
02.11.2025 - ci il tarixində "Zirvə Gənclərin İnkişaf Klubu"nun təşkilatçılığı ilə Klubumuzun üzvü, Bakı Dövlət Universitetinin tələbəsi, Milli Riyaziyyatçılar Birliyinin sədri Maqsud Əhmədlinin "Ruhun və şeirin ahəngi" mövzusunda seminarı keçirilmişdir.
Seminar zamanı Maqsud Əhmədli bir sıra dahi şairlərimizin şeirlərini səsləndirmiş,bizi ədəbiyyatın dərin sirləri ilə tanış etmişdir. O ədəbiyyatın və şeirin ruhla olan ahəngindən danışmışdır.
Seminarın sonunda iştirakçılar öz fikirlərini bölüşmüşdürlər.