24 SAAT

24 SAAT Dostlar, kanala👇abunə olun Youtube.com/ 24SAAT.az -Ölkə və dünya gündəmindən əsas xəbərləri izləyin

https://youtu.be/NKC_KEjmsfs?si=7PryiploNwGRwynu
08/10/2024

https://youtu.be/NKC_KEjmsfs?si=7PryiploNwGRwynu

Həyat yoldaşını və körpə qızını Ⓜ️əkdə təqsirli bilinən şəxs ömürlük azadlıqdan mərhum edildi xəbər verir ki, həyat yoldaşı və körpə qızını /dü...

https://youtu.be/u7WCWInIZiI?si=9rRWglyD_BAzItKn
23/08/2024

https://youtu.be/u7WCWInIZiI?si=9rRWglyD_BAzItKn

Əgər qoruyucu mələyiniz sizi xəbərdar etmək istəyirsə, bu 5 siqnalı göndərirQoruyucu mələk qoruduğu insana bir şey barədə xəbərdarlıq etmək istədikdə ona müə...

Aysun İsmayılova: "Qoy ayağı ruzili olsun”Yenicə ana olan müğənni Aysun İsmayılova körpəsini qızıl suyunda yuyundurub. 2...
23/08/2024

Aysun İsmayılova: "Qoy ayağı ruzili olsun”

Yenicə ana olan müğənni Aysun İsmayılova körpəsini qızıl suyunda yuyundurub.

24saat xəbər verir ki, müğənni öz sosial şəbəkə hesabında ildirib ki, körpəsini qədim el adətlərinə əsasən 10-cu günündə qızıl atılmış suda çimizdirəcək.

“Balama hədiyyə gəlmiş qızılları onun vannasına atacam, qızıl suyunda cimizdirəcəm. Qoy ayağı ruzili olsun” deyə o qeyd edib.

03/03/2024

Cahangir Mikayılov niyə i*n*tihar edib?

👉 https://t.me/ygxbr/147

Bir neçə gün öncə Ağsu rayon sakini 1996-cı il təvəllüdlü Mikayılov Cahangir Vaqif oğlunun i*n*tihar edib.

Mərhum Cahangir Mikayılovun i*n*tihar etməsi ilə bağlı dəhşətli məlumatlar əldə etmişik.

Belə ki, Cahangir Mikayılovun Ağsu rayon Mənzil-kommunal təsərrüfatı birliyinin sədri Əli Mustafayevlə aralarında problem olub. Bundan sonra Əli Mustafayev qardaşı və onun oğlu Feyruz Mustafayevlə birlikdə mərhum Cahangir Mikayılovu Ağsu aşırımına aparıblar. Ordan qayıdan kimi Cahangir Mikayılov i*n*tihar edib. Niyə? Ağsu aşırımında Cahangir Mikayılovun başına hansı oyunlar açılıb ki, o, öz canına qıyıb?

7GÜN XƏBƏR olaraq mərhum Cahangir Mikayılovun qardaşı Cavanşir Mikayılovun video müraciətini təqdim edirik. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Mənbə: 7GÜN XƏBƏR

Məktəbliyə zorakılıq edən sabiq məmur internat məktəbinə direktor təyin olunub - AXI NİYƏ❓❗24SAAT.az -ın APA-ya istinadə...
25/09/2023

Məktəbliyə zorakılıq edən sabiq məmur internat məktəbinə direktor təyin olunub - AXI NİYƏ❓❗

24SAAT.az -ın APA-ya istinadən xəbərinə görə, məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavini Rasilə Arifqızı Osman Mirzəyev adına Lənkəran uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.

Əhməd İsmayılov Müstəqil Mətbuatı susdurmaq üçün əlindən gələni edir - FAKTLARAvropa Şurasının Venesiya Komissiyası “Med...
14/04/2023

Əhməd İsmayılov Müstəqil Mətbuatı susdurmaq üçün əlindən gələni edir - FAKTLAR

Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Qanun layihəsi barədə rəyini açıqladı...

Məlumdur ki, əmək fəaliyyətinə başladığı ilk vaxtlardan son təyinatına qədər mediaya aid olmayan sahələrdə çalışan Əhməd İsmayılov, son vaxtlar hansısa havadarlarının verdiyi sifariş əsasında müstəqil mətbuatı sıradan çıxarmaq üçün müəyyən oyunlar qurur, ictimaiyyəti çaşdıran rəngarəng açıqlamalar verir. Bir sözlə, bu şəxsin əsas məqsədi dövlət büdcəsi hesabına sözəbaxan mətbu orqanları formalaşdırmaqdır, müstəqil mətbuatı susdurmaqdır və onları MİA-nın təsir dairəsinə salmaqdır. Təəccüb doğuran hal odur ki, Əhməd İsmayılovun bu cür əməlləri ilə bağlı Prezident Administrasiyasının yüksək çinli vəzifə sahiblərinə şifahi qaydada müraciətlər çatdırılsa da, hələ də bu şəxsin əməlləri ilə bağlı araşdırmalar aparılıb rəsmi qaydada cavab verilməyib. Belə bir halın varlığı, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Bütün bunlara baxmayaraq, müstəqil Azərbaycan mediasının inkişaf etdirilməsində müəyyən rolu, az-çox əziyyəti olanlar, bu gün də ümidlərini itirməyiblər. Çünki, “jurnalistlər mənim köməkçilərimdir” deməklə belə bir yanaşmasını ortaya qoyan ölkə rəhbəri cənab İlham Əliyev, heç cür inana bilmərik ki, bugünkü müstəqil mətbuatın susdurulmasına imkan versin. Əgər bu ölkənin vətəndaşı olaraq bizim haqq səsimiz eşidilməzsə və üz-üzə qaldığımız problkemlərin mahiyyəti cənab Prezidentə tam dəqiqliyi ilə çatdırılmazsa, o halda ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarına və beynəlxalq təşkilatların yerli nümayəndəliklərinə müraciət etməli olacağıq.

Faktdır ki, hal-hazırda ölkə mediasının durumu günbəgün p*sləşməkdə davam edir və oxucuların böyük əksəriyyəti informasiya tələbatını xarici saytlar vasitəsi ilə ödəməyə məcbur olurlar. Hətta, ötən illər ərzində fəaliyyət göstərməklə öz ətrafında geniş oxucu auditoriyası toplayan xəbər saytlarımız, bu gün oxucularının sayına görə işğalçı Ermənistanın media qurumlarına uduzur. Bu da ölkəmizin təhlükəsizliyi baxımından ortaya ciddi problemlərin çıxmasına yollar açır. Söz yox ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Unutmaq olmaz ki, ölkədəki siyasi və iqtisadi konyuktura obyektiv səbəbləri şərtləndirdiyi kimi, subyektiv səbəbləri də, mediaya nəzarət edən məmurların merkantil və korrupsiya maraqları yaradır. Sirr deyil ki, Azərbaycan hakimiyyətinin media siyasətini həyata keçirən Prezidentin Administrasiyasının bəzi məmurları və onların tapşırıqlarını canbaşla yerinə yetirən MİA-nın icraçı direktoru Əhməd İsmayılov, hal-hazırda Azərbaycanın ən varlı məmur-oliqarxlarından biri hesab olunur. Bəli, tam əksəriyyət təsdiq edə bilər ki, bu şəxslər sahib olduqları var-dövləti halal yolla deyil, məhz dövlətin büdcəsini media adı altında talamaqla əldə edirlər.

Onu da qeyd edək ki, ötən ilin iyun ayında Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Qanun layihəsi barədə rəyini açıqladı. 4 ekspertin hazırladığı 22 səhifəlik rəy Venesiya Komissiyasının 17-18 iyun tarixlərində keçirilmiş 131-ci plenar iclasında müzakirəyə çıxarılır və az sonra qəbul olunur. Komissiyasını qanun layihəsi ilə bağlı rəyində bildirilir: “Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır: - Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin; - Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır; - akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır; - məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq; - jurnalist mənbələrinin qorunması ilə bağlı müddəaları dəyişdirmək; - platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək; - çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır; Venesiya Komissiyası Qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Qeyd edək ki, jurnalist anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yolverilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin də gərəkli olduğu vurğulanır.

Bəli, Avropa Şurasının Venesiya Komissiyası ekspertlərinin hazırladıqları rəydən görünür ki, “Media haqqında” Qanun, Avropa Şurasının ölçülərinə uyğun gəlmir. Ona görə də bu qanun ləğv olunmalı, yaxud da əksər maddələri dəyişdirilməlidir. Faktdır ki, hazırlanmış rəydə qanunun mürtəce məzmunlu bütün müddəaları ətraflı təhlil olunub. Yəni, jurnalist anlayışından tutmuş, media reyestrinə qədər, bütün bu məsələləri tənzimləyən müddəaların ləğvi istənilib. Məsələn, aydın şəkildə rəydə vurğulanır ki, qanunda nəzərdə tutulduğu formada media reyestri yaradıla bilməz və bu müddəa da ləğv edilməlidir. Bundan əlavə, rəydə o da vurğulanır ki, media, jurnalistlər özünütənzimləmə imkanlarına sahib olmalıdır, ancaq qanun bütün bu imkanları onlardan alır, Media Agentliyi adı altında nazirlik yaradılır və s. Yəqin ki, “Media haqqında” Qanun dəyişdirilməzsə, ən yaxşı halda bu qanun hər dəfə beynəlxalq arenada p*s nümunə olaraq qarşımıza çıxacaq. Bundan başqa, AŞ ölçülərinə uyğun gəlmməyən bu qanun, həm də AŞ üzvü olan ölkəmizin öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini də göstərir. Bir sözlə, Qanun dəyişdirilməzsə, bu paralel olaraq ifadə, media azadlığı ilə bağlı durumu daha da p*sləşdirəcək, azad media öz rolunu oynamaq imkanlarını getdikcə itirəcək.

Gündəm Xəbər

Address

Heydər Əliyev Pr. 27
Baku

Alerts

Be the first to know and let us send you an email when 24 SAAT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share