Azpost.info

Azpost.info Azpost Media - Dəqiq xəbərlər

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev...
09/08/2025

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, telefon danışığı əsnasında iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və səfər çərçivəsində aparılmış səmərəli müzakirələr, əldə olunmuş razılaşmalar məmnunluqla xatırlanıb. Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub....

İlham Əliyev Özbəkistan Prezidentinə zəng edib - AzPost.info - Siyasət

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin aç...
09/08/2025

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. “Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək”, - deyə Vilayəti bildirib....

"Tehran Zəngəzur dəhlizinin açılmasına mane olacaq" - AzPost.info - Dünya

Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyini...
09/08/2025

Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, ən vacib şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarının nəzərə alınmasına əsaslanan hərtərəfli normallaşmasıdır. “Regional təhlükəsizlik üçün bu əsas məqsədə çatmağa kömək edən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bununla əlaqədar Cənubi Qafqaz respublikalarının liderlərinin Vaşinqtonda Amerika tərəfinin vasitəçiliyi ilə görüşü müsbət qiymətləndirməyə layiqdir”, - Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.

"Liderlərin Vaşinqtonda görüşü müsbət qiymətləndirməyə layiqdir”- AzPost.info - Dünya

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan...
09/08/2025

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyanatın, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımdan əhəmiyyətinə toxunulub....

Prezident İlham Əliyev Ərdoğana zəng edib - AzPost.info - Baş Yazı

Ukrayna Təhlükəsizlik Xidməti uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Ukraynadan 1000 kilometrdən çox məsafədə yerləşə...
09/08/2025

Ukrayna Təhlükəsizlik Xidməti uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Ukraynadan 1000 kilometrdən çox məsafədə yerləşən Tatarıstandakı “Şahed” pilotsuz aparatlarının saxlandığı anbara zərbə endirib. Bu barədə RBC-Ukrayna məlumat yayıb. Qeyd edilib ki, bu gün səhər saatlarında uzaqmənzilli PUA-lar Tatarıstan Respublikasının Kızıl-Yul yaşayış məntəqəsində yerləşən logistika mərkəzini vurub. Anbarda istifadəyə hazır “Şahed” zərbə dronları və onların istehsalı üçün nəzərdə tutulmuş xarici komplektlər saxlanılırdı.

Ukrayna Rusiyanın Tatarıstandakı PUA anbarına zərbə endirib - AzPost.info - Dünya

Azərbaycan torpaqları - Qarabağ bölgəsi təxminən 30 il Ermənistan işğalı altında qaldı. Bunu Türkiyə xarici işlər naziri...
09/08/2025

Azərbaycan torpaqları - Qarabağ bölgəsi təxminən 30 il Ermənistan işğalı altında qaldı. Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı ilə mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan qəhrəmancasına mübarizə ilə torpaqlarını işğaldan azad edib: “Əlbəttə torpaqların işğaldan azad edilməsi bölgədəki dondurulmuş münaqişənin davamlı sülh müqaviləsi ilə sona çatmasını şərtləndirirdi. Tərəflər arasında uzun müddətdir müzakirələr gedirdi. Dünən Vaşinqtonda sülh sazişi paraflandı, sülh sazişinin imzalanmasını gözləyirik”....

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləyirik - AzPost.info - Dünya

"Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın bərqərar olma...
09/08/2025

"Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın bərqərar olması yolunda mühüm mərhələdir". AzPost bildirir ki, bu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omurəliyevin Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Paşinyanın imzaladığı Birgə Bəyannamə ilə bağlı verdiyi bəyanatında bildirilir. "Mən Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Birgə Bəyannaməni imzalamasını, habelə onların 2025-ci il avqustun 8-də ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş görüşündən sonra Amerika Birləşmiş Ştatlarının Prezidentinin şahid qismində sənədi imzalamasını alqışlayıram....

Türk Dövlətləri Təşkilatının Baş katibi sülh sazişi ilə bağlı Bəyanat verib - AzPost.info - Siyasət

ATƏT Azərbaycan-Ermənistan razılaşmasınndan məmnunluğunu ifadə edib. Təşkilat APA-ya bildirib ki, avqustun 8-də Vaşinqto...
09/08/2025

ATƏT Azərbaycan-Ermənistan razılaşmasınndan məmnunluğunu ifadə edib. Təşkilat APA-ya bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmaları müsbət qarşılayır və ABŞ-ın bu məsələdki rolunu təqdirəlayiq hesab edir. ATƏT Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq və sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməyə çağırır, eləcə də hər iki ölkəyə stabillik və davamlı sülh gətirən bütün səyləri dəstəkləməyə davam edir. Təşkilat avqusun 8-də əldə olunan razılaşmaların icrasına dəstək verməyə hazır olduğunu bəyan edib.

ATƏT Minsk Qrupunu buraxmağa hazır olduğunu bəyan edib - AzPost.info - Siyasət

Moldova Prezidenti Maya Sandu Azərbaycan və Ermənistanı əldə olunan razılaşma münasibətilə təbrik edib. O bununla bağlı ...
09/08/2025

Moldova Prezidenti Maya Sandu Azərbaycan və Ermənistanı əldə olunan razılaşma münasibətilə təbrik edib. O bununla bağlı özünün “X” hesabında bəyanat verib. “Ermənistan və Azərbaycan arasındakı razılaşma onilliklərdən bəri davam edən düşmənliyi bitirmək istiqamətində mühüm hadisədir. Biz hər iki tərəfi, elə cə də ABŞ prezidentini regionda sülh, barışıq və daha böyük rifaha gedən yolu açmağa kömək etdiklərinə görə təbrik edirik”- Sandu bəyanatında qeyd edib.

Sandu Azərbaycan və Ermənistanı razılaşma münasibətilə təbrik edib - AzPost.info -

Fransa Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı qətiyyətli irəliləyiş hesab edir. Bu barədə Fransanın ö...
09/08/2025

Fransa Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı qətiyyətli irəliləyiş hesab edir. Bu barədə Fransanın ölkəmizdəki səfirliyi bəyanat yayıb. “Birləşmiş Ştatların öhdəliyi sayəsində əldə edilən nəticələr qətiyyətli irəliləyişdir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin ən qısa zamanda imzalanması və ratifikasiyası bu prosesi tamamlayacaq. Bu baxımdan, Fransa tərəflərin ATƏT-in Minsk Qrupu strukturlarının ləğvinə başlamaq üçün birgə çağırışını dəstəkləyir”- bəyanatda qeyd olunub.

Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir - AzPost.info - Sosial

Avqustun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və ...
09/08/2025

Avqustun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27, gündüz 32-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək....

Sabaha olan hava proqnozu - AzPost.info - Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi t...
09/08/2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində 32 min 600 nəfərə əlillik təyin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 14 min 500 nəfərə ilkin, 18 min 100 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Yeddi ayda 32 min 600 nəfərə əlillik təyin olunub - AzPost.info - Sosial

Address

M. Əfəndiyev Küçəsi 7
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Azpost.info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azpost.info:

Share