ELSA Azerbaijan Law Review

ELSA Azerbaijan Law Review The journal was established in 2015 and its first edition was published in 2016.

The ELSA Azerbaijan Law Review is an annual, student-edited, and peer-reviewed law journal published by the European Law Students’ Association (ELSA) Azerbaijan.

📣Dəyərli dostlar,ELSA Azərbaycan Hüquq Jurnalının VIII buraxılışına yazı işlərinin qəbulu davam edir. Bütün hüquq tələbə...
29/06/2025

📣Dəyərli dostlar,

ELSA Azərbaycan Hüquq Jurnalının VIII buraxılışına yazı işlərinin qəbulu davam edir.

Bütün hüquq tələbələri (bakalavr, magistr və ya doktorant), professor-müəllimlər heyəti və hüquqşünaslar seçdikləri hüquqi mövzuda yazı işlərini təqdim edə bilərlər.

Yazı işləri 09.07.2025 tarixinə qədər [email protected] imeyl ünvanına göndərilməlidir.

📩Hər hansı sualınız olarsa, bizimlə [email protected] ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Hörmətlə,
Nazim, Tarif, İlham, Murad, Kifayət, Ənvər, Mədinə, Tünzalə.

📣Dəyərli dostlar,ELSA Azərbaycan Hüquq Jurnalına məqalə qəbulu üçün son tarix uzadılmışdır.Jurnal siyasəti, eləcə də məq...
05/12/2024

📣Dəyərli dostlar,

ELSA Azərbaycan Hüquq Jurnalına məqalə qəbulu üçün son tarix uzadılmışdır.

Jurnal siyasəti, eləcə də məqalələr üçün qoyulan tələblər barədə məlumat almaq üçün bio'dakı linkə keçid edə bilərsiniz. Yazı işləri [email protected] imeyl ünvanına göndərilməlidir.

Məqalə qəbulu üçün son tarix: 25.12.2024, 23:59.

Hörmətlə,

Nazim, Tarif, İlham, Murad, Kifayət, Ənvər, Mədinə, Tünzalə.

📣 Dəyərli dostlar,ELSA Azərbaycan Hüquq Jurnalına məqalə qəbulu davam edir!🔗Jurnal siyasəti, məqalələr üçün qoyulan tələ...
23/11/2024

📣 Dəyərli dostlar,

ELSA Azərbaycan Hüquq Jurnalına məqalə qəbulu davam edir!

🔗Jurnal siyasəti, məqalələr üçün qoyulan tələblər və qaydalar haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://drive.google.com/file/d/1f6tx22FKOcRf2ZLzDAAJTwe6YUlGXtDy/view?usp=sharing

📌Yazı işləri 05.12.2024 tarixinə qədər [email protected] imeyl ünvanına göndərilməlidir.

📩Hər hansı sualınız olarsa, bizimlə [email protected] ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Hörmətlə,
Nazim, Tarif, İlham, Murad, Kifayət, Ənvər, Mədinə, Tünzalə.

📣Dəyərli dostlar,ELSA Azərbaycan Hüquq Jurnalının VIII buraxılışının 1-ci sayına yazı işlərinin qəbulu açıq elan edilir!...
22/09/2024

📣Dəyərli dostlar,

ELSA Azərbaycan Hüquq Jurnalının VIII buraxılışının 1-ci sayına yazı işlərinin qəbulu açıq elan edilir!

ELSA Azərbaycan Hüquq Jurnalı hüquq tələbələri və gənc hüquqşünasların müxtəlif hüquq sahələrinə dair məqalə və tədqiqatlarının, eləcə də sahə üzrə ixtisaslaşmış yerli və xarici peşəkar hüquqşünasların müsahibələrinin dərc olunduğu illik nəşrdir. Bütün hüquq tələbələri (bakalavr, magistr və ya doktorant), professor-müəllim heyəti və hüquqşünaslar seçdikləri hüquqi mövzuda yazı işlərini təqdim edə bilərlər.

Hüquq jurnalına bütün hüquqi mövzularda yazı işləri qəbul ediləcəkdir.

🔗Jurnal siyasəti, məqalələr üçün qoyulan tələblər və qaydalar haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://drive.google.com/file/d/1f6tx22FKOcRf2ZLzDAAJTwe6YUlGXtDy/view?usp=sharing

📌Yazı işləri 05.12.2024 tarixinə qədər [email protected] imeyl ünvanına göndərilməlidir.

📩Hər hansı sualınız olarsa, bizimlə [email protected] ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Hörmətlə,

Nazim, Tarif, İlham, Murad, Kifayət, Ənvər, Mədinə, Tünzalə.

📣Dəyərli dostlar,📃ELSA Azərbaycan Hüquq Jurnalının VII buraxılışını böyük məmnuniyyətlə sizə təqdim edirik!Bu buraxılışd...
26/07/2024

📣Dəyərli dostlar,

📃ELSA Azərbaycan Hüquq Jurnalının VII buraxılışını böyük məmnuniyyətlə sizə təqdim edirik!

Bu buraxılışda akademik mühitə töhfə verən ən yaxşı məqalələr redaksiya heyəti tərəfindən seçilərək dərc edilmişdir. Məqalələri seçilmiş müəllifləri təbrik edir, digər hüquq tələbələri və hüquqşünasları növbəti buraxılışlar üçün məqalələr yazmağa dəvət edirik.

Bu buraxılışda həmçinin, Azərbaycandan və dünyanın müxtəlif ölkələrində təhsil alan və işləyən, o cümlədən müxtəlif hüquq sahələrində ixtisaslaşmış olan peşəkar hüquqşünaslarla müsahibələr yer alır. Dəvətimizi qəbul edib öz təcrübəsini oxucularımızla bölüşən bütün müsahiblərimizə təşəkkür edirik.

🔗Aşağıdakı linkə daxil olaraq jurnalla tanış ola bilərsiniz: https://issuu.com/elsaazerbaijan/docs/elsa_az_rbaycan_h_quq_jurnal_-_7-ci_burax_l_

Hörmətlə,

Nərminə, Arifə, Nazim, Səbinə, Nurlan, Aysel, Ülviyyə, Vəfa.

📣Dear friends,

📃It is with great pleasure that we present to you the 7th edition of ELSA Azerbaijan Law Review.

In this edition, the best articles that contribute to the academic environment are selected and published. We congratulate the authors whose articles have been published and encourage other students and young lawyer to write and submit articles for upcoming editions.

This edition also includes interviews with professional lawyers from Azerbaijan and working in different countries of the world, as well as specialized in various legal fields. I would like to thank all our interviewees who accepted our invitation and shared their experience with our readers.

🔗You can read the 7th edition from the following link: https://issuu.com/elsaazerbaijan/docs/elsa_az_rbaycan_h_quq_jurnal_-_7-ci_burax_l_

Best regards,

Narmina, Arifa, Nazim, Sabina, Nurlan, Aysel, Ulviyya, Vafa.

📣 Dəyərli dostlar, Nurlan Babayev maliyyə və korporativ hüquq üzrə ixtisaslaşmış hüquqşünas - vəkildir. O ilk olaraq əmə...
16/07/2024

📣 Dəyərli dostlar,

Nurlan Babayev maliyyə və korporativ hüquq üzrə ixtisaslaşmış hüquqşünas - vəkildir. O ilk olaraq əmək fəaliyyətinə Ədliyyə Nazirliyinin Qanunvericilik başidarəsində başlamış, daha sonra yarandığı ilk gündən etibarən Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin Hüquq şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Nurlan Babayev 6 il müddətində Avropa Şurasının MONEYVAL Komitəsində Azərbaycan nümayəndə heyətinin daimi üzvü olmuşdur və ölkəmizi bu təşkilatda təmsil etmişdir. Nurlan Babayev, həmçinin 2012-ci ildən PL/TMM üzrə sertifikatlaşmanı həhata keçirən nüfuzlu Amerika Ekspertlər Assosiasiyasının (ACAMS) üzvü, 2022-ci ildən isə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) sertifikatlı təlimçisidir. 2019-cu ildən bəri Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru vəzifəsində çalışır. Nurlan Babayev Bakı Dövlət Universitetində bakalavr və magistr təhsilini, Amerikanın Çikaqo Kent Kollecində isə hüquq üzrə magistr pilləsini tamamlamışdır.

Hörmətlə,

Nərminə, Arifə, Nazim, Səbinə, Nurlan, Aysel, Ülviyyə, Vəfa.

📣Dəyərli dostlar,ℹ️ELSA Azərbaycan Hüquq Jurnalının növbəti müsahibini sizə təqdim edirik.Nərgiz Kazımova Bakı Dövlət Un...
15/07/2024

📣Dəyərli dostlar,

ℹ️ELSA Azərbaycan Hüquq Jurnalının növbəti müsahibini sizə təqdim edirik.

Nərgiz Kazımova Bakı Dövlət Universitetindən hüquq üzrə bakalavr (2007) və Kommersiya hüququ üzrə magistr dərəcələri (2009) ilə fərqlənmə ilə məzun olmuş, Şotlandiyanın Edinburq Universitetində Beynəlxalq Kommersiya hüququ üzrə magistr dərəcəsi (2016) almışdır. 2023-cü ildə Duke Law Merit Təqaüdü ilə təltif edilməklə Duke Universitetinin Hüquq Məktəbindən hüquq üzrə magistr dərəcəsi ilə məzun olmuşdur. Əlavə olaraq Duke Universitetində Əqli Mülkiyyət, Elm və Texnologiya hüququ proqramı üzrə Sertifikat əldə etmişdir. Hal-hazırda Duke Universitetində Data tənzimlənməsi və Süni intelekt hüququ üzrə Tədqiqatçı olaraq çalışmaqla yanaşı, Vaşinqtonda kiber təhlükəsizlik və məxfilik sahəsində ixtisaslaşmış ZeroDay hüquq firmasının Hüquqşünası olaraq çalışır. Karyerası boyunca De Novo Advisors MMC-də Baş Hüquqşünas və Dentons Europe (Mərkəzi Asiya) şirkətində Hüquqşünas kimi vəzifələrdə çalışmışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərə tənzimləyici məsələlər, məxfilik, texnologiya və kommersiya hüququ sahələrində məsləhət vermişdir. O, həmçinin məlumat idarəçiliyi, kibertəhlükəsizlik, fərdi məlumatlar və məxfilik mövzularında bir neçə məqalə dərc etmiş və bu mövzularda seminar və vebinarlarda çıxışlar etmişdir.

Nərgiz Kazımova ilə müsahibəmiz "əqli mülkiyyət hüquqularının qorunması və süni intellektin bu çərçivədə rolu" mövzularını əhatə edir.

Hörmətlə,

Nərminə, Arifə, Nazim, Səbinə, Nurlan, Aysel, Ülviyyə, Vəfa.

📣Dəyərli dostlar,ℹ️ELSA Azərbaycan Hüquq Jurnalının 7-ci buraxılışının ilk müsahibini sizə təqdim etməkdən məmnunluq duy...
08/07/2024

📣Dəyərli dostlar,

ℹ️ELSA Azərbaycan Hüquq Jurnalının 7-ci buraxılışının ilk müsahibini sizə təqdim etməkdən məmnunluq duyuruq.

Şəlalə Vəliyeva karyerasını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində diplomat kimi başlamışdır. İlk diplomatik uzunmüddətli ezamiyyəti Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə siyasi məsələlər üzrə olmuşdur. Daha sonra BMT-nin İnkişaf Proqramının Nyu-Yorkdakı baş qərargahında hüquq ofisində çalışmışdır. Şəlalə Vəliyeva bakalavr təhsilini Beynəlxalq Hüquq üzrə, magistr təhsilini isə Beynəlxalq Biznes və Ticarət Hüququ üzrə Amerikan Univeristeti Vaşinqton Hüquq Kollecində tamamlamışdır. Hal-hazırda Amerikan Universiteti Vaşinqton Hüquq Kollecində hüquq elmləri üzrə doktorantura pilləsində təhsil alır və eyni zamanda kollecdə işləyir. Dissertasiya mövzusu yarımkeçirici sənayesinin ixrac nəzarəti qaydaları və təchizat zəncirlərinin yenidən təşkilində ticarət hüququnun tənzimlənməsi ilə bağlıdır. Kollecdəki işinin isə əsas funksiyalarından biri Amerikan Universiteti Vaşinqton Hüquq Kolleci ilə ADA Universitetinin Hüquq Məktəbi arasında imzalanmış Memoranduma əsasən hüquq təhsili üzrə əməkdaşlığı koordinasiya etmək və inkişaf etdirməkdir.

Şəlalə Vəliyeva ilə müsahibəmiz müasir dünyada beynəlxalq ticarət hüququ, elektron ticarətin ənənəvi ticarəti əvəz etməsi və ABŞ-da hüquq təhsili mövzularını əhatə edir.

Hörmətlə,

Nərminə, Arifə, Nazim, Səbinə, Nurlan, Aysel, Ülviyyə, Vəfa.

📣Dəyərli dostlar,ℹ️ELSA Azərbaycan Hüquq Jurnalının 7-ci buraxılışında məqalələrə rəy verən növbəti rəyçimizi sizə təqdi...
04/07/2024

📣Dəyərli dostlar,

ℹ️ELSA Azərbaycan Hüquq Jurnalının 7-ci buraxılışında məqalələrə rəy verən növbəti rəyçimizi sizə təqdim edirik.

Fərhad Mehdiyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, həmçinin AR Mediasiya Şurasının və İxtisas Komissiyasının üzvüdür. Bakalavr və Magistr təhsilini İstanbul universiteti, Doktorantura təhsilini isə Selçuk Universitetində tamamlamış, 2007-2008-ci illərdə ABŞ-ın Kansas Universitetinin Hüquq fakültəsində təhsil almışdır. Fərhad Mehdiyev bir çox hüquq şirkətlərində hüquqşünas kimi çalışmış və daha öncədən Qafqaz universitetində professor kimi fəaliyyət göstərmişdi. Həmçinin o bir çox kitabların və məqalələrin də müəllifidir.

Hörmətlə,

Nərminə, Arifə, Nazim, Səbinə, Nurlan, Aysel, Ülviyyə, Vəfa.

📣Dəyərli dostlar, 💬ELSA Azərbaycan Hüquq Jurnalının VII buraxılışında məqalələrə elmi rəy verən növbəti elmi rəyçimizi s...
23/06/2024

📣Dəyərli dostlar,

💬ELSA Azərbaycan Hüquq Jurnalının VII buraxılışında məqalələrə elmi rəy verən növbəti elmi rəyçimizi sizə təqdim edirik.

ℹ️Leyla Sadıxova dövlət və özəl qurumlarda 17 ildən artıq iş təcrübəsinə malik hüquqşünasdır. O, Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsi üzrə Bakalavr və Magistr
dərəcələrini bitirib, habelə ABŞ-ın Çikaqo-Kent Hüquq Kollecinin Beynəlxalq və Transmilli
Hüquq üzrə LLM dərəcəsinə malikdir. Leyla Sadıxova 2005-ci ildən
Hüquq fakültəsinin müəllimidir.
Leyla Sadıxova Harvard Universitetinin “İnandırıcı və təsiredici yazı sənəti və ictimai nitq
bacarığı” proqramı, PwC-nin Strateji Təcrübə Universitetinin “Dayanıqlığın Təqdim edilməsi”
üzrə təcrübə proqramı, Global “LegalTech” proqramı və müxtəlif digər proqramlar vasitəsilə
öz liderlik və peşəkar bacarıqlarını təkmilləşdirib. O, PwC Azərbaycan şirkətində fəaliyyətinə Baş Hüquq Menecerliyi, layihələrə rəhbərliyin həyata keçirilməsi, o cümlədən Dayanıqlı İnkişaf və ESG
layihələrinin idarə edilməsi daxildir.

Hörmətlə,

Nərminə, Arifə, Nazim, Səbinə, Nurlan, Aysel, Ülviyyə, Vəfa.

📣Dəyərli dostlar,👤ELSA Azərbaycan Hüquq Jurnalının VII buraxılışında göndərilən məqalələrə rəy verən elmi rəyçimizi sizə...
11/06/2024

📣Dəyərli dostlar,

👤ELSA Azərbaycan Hüquq Jurnalının VII buraxılışında göndərilən məqalələrə rəy verən elmi rəyçimizi sizə təqdim etməkdən məmnunluq duyuruq.

ℹ️Kəmalə Mehdiyeva Fransanın Paris-Est Créteil Universitetinin professoru və Azərbaycan Arbitraj Assosiasiyasının prezidenti kimi fəaliyyət göstərir. O hüquq üzrə magistr, bakalavr və doktorantura dərəcəsini Sorbonna universitetində tamamlamışdır. 2007-2014-cü illərdə Shearman & Sterling LLP-nin beynəlxalq ictimai hüquq və beynəlxalq arbitraj şöbəsində işləmiş, həmçinin "Barbier Mehtiyeva Law" hüquq şirkətini təsis etmişdir. 2008-2018-ci illərdə Sorbonna Universitetində müəllim, 2018-2021-ci illərdə isə həmin universitetdə professor kimi fəaliyyət göstərmişdir. 2023-cü ildən bəri isə AR Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvüdür. Kəmalə Mehdiyeva həmçinin davamlı olaraq arbitr kimi iştirak edir və ingilis, fransız, rus və türk dilində prosesləri idarə edir.

Hörmətlə,

Nərminə, Arifə, Nazim, Səbinə, Nurlan, Aysel, Ülviyyə, Vəfa.

Dəyərli dostlar,ELSA Azərbaycan Hüquq Jurnalına məqalə qəbulu üçün son tarix uzadılmışdır.Jurnal siyasəti, eləcə də məqa...
06/04/2024

Dəyərli dostlar,

ELSA Azərbaycan Hüquq Jurnalına məqalə qəbulu üçün son tarix uzadılmışdır.

Jurnal siyasəti, eləcə də məqalələr üçün qoyulan tələblər üçün bio'dakı linkə keçid edə bilərsiniz.

Yazı işləri [email protected] imeyl ünvanına göndərilməlidir.

Məqalə qəbulu üçün son tarix: 25.04.2024, 23:59.

Hörmətlə,

Nərminə, Arifə, Nazim, Səbinə, Nurlan, Aysel, Ülviyyə, Vəfa.

Address

Baku
1065

Alerts

Be the first to know and let us send you an email when ELSA Azerbaijan Law Review posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ELSA Azerbaijan Law Review:

Share

Category