Medialoq

Call Directions Website Contact the business

Medialoq Ən son və ən maraqlı xəbərləri bizimlə oxuyun Azerforum seçdiyiniz kateqoriyalardan son dəqiqə xəbərləri izləyə bildiyiniz bir applikasiyadır. Təkliflərə açığıq.

Hansı kateqoriyadakı xəbəri və ya hansı portalın xəbərini izləmək istəyirsinizsə; bir istifadəçi olaraq siz müəyyən edirsiniz və qaynaqlarınızı seçərək xəbər axışını müəyyən edirsiniz. Populyar və gündəlik xəbərlərə aid anlıq bildiriş alırsınız. Axtarışa verdiyiniz açar sözlərlə maraqlandığınız xəbərləri tapa, əgər daha sonra oxumaq istəsəniz onu favorit edib, sonra oxuya bilərsiniz. Siz proqramda və portalda xəbərləri bəyənə, bəyənməyə, şərh yaza, bir-birinizə xəbər paylaşa və dostluq göndərə bilərsiniz. İstifadəsi çox asan olan bu proqramı redaktorlar olaraq sizin üçün tərtib etdik.

Qobustandakı “Diri Baba” türbəsinin ərazidində 2022-ci ildə aparılan qazıntılar zamanı XVI əsrdə yaşamış şeyxə aid olduğ...
07/10/2026

Qobustandakı “Diri Baba” türbəsinin ərazidində 2022-ci ildə aparılan qazıntılar zamanı XVI əsrdə yaşamış şeyxə aid olduğu müəyyən edilən skelet aşkarlanıb.

Medialoq xəbər verir ki, bunu abidə kompleksinin direktoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə həmin məzarın üzərində də türbə və müvafiq infrastruktur yaradılması nəzərdə tutulur.

Direktor onu da əlavə edib ki,”Diri Baba” türbəsini bu ilin yanvar-sentyabr aylarında 28 215 turist ziyarət edib.

“Ziyarətçilərin 12 175-i xarici, 16 040-ı isə yerli turistlər olub.

“Türbəyə ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələrindən də turistlər gəlib.
Hazırda ərazidə arxeoloji qazıntı, konservasiya və restavrasiya işləri aparılır”,-deyə o qeyd edib.

Rusiyanın Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb...
07/10/2026

Rusiyanın Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Medialoq report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətindəki Prilukiyə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ü uşaq olmaqla 18 nəfərə çatıb”, – məlumatda bildirilib.

Zərbələr nəticəsində 55 nəfər, o cümlədən 7 uşaq yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə işləri və dağıntıların aradan qaldırılması davam edir.

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib....
07/10/2026

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.

Milli.Az xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalı olduğu qeyd olunub.

Həmçinin bildirilib ki, müəllimlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.

Kişi təhsilverənlər üçün:

– sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar);

– uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;

– təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet;

– klassik ayaqqabı.

Qadın təhsilverənlər üçün:

– sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don);

– uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;

– uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;

– klassik ayaqqabı.

Geyimin ölçüsü və forması müəllimin əmək funksiyasının icrasına mane olmamalıdır.

Müəllimlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu Tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən (geyim elementlərindən) istifadə etməsinə yol verilmir.

Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaql...
07/10/2026

Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verdiyi nöqsanlara görə bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bu barədə Medialoq-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlərdəndir. Yol verilən nöqsanlara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl Bakının Yasamal rayonundakı 98 saylı uşaq bağçasına gedən azyaşlının qanında psixotrop dərman aşkarlanması ilə bağlı iddialar yayılıb. Uşağın səhhətində və davranışında dəyişiklik müşahidə edildikdən sonra ailəsi həkimə müraciət edib və analiz nəticələrinə əsasən belə maddənin aşkarlandığı iddia olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərlə görüşüb və faktın obyektiv araşdırılması üçün DİN və Baş Prokurorluğa rəsmi müraciətlər göndərib. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyxanaçı Ağamirzə Məmmədov ölümündən sonra övladlarının və yaxınlarının necə davranmasını istədiyini açıqlayıb.Medialoq...
07/10/2026

Meyxanaçı Ağamirzə Məmmədov ölümündən sonra övladlarının və yaxınlarının necə davranmasını istədiyini açıqlayıb.

Medialoq xəbər verir ki, sənətçi bu barədə “MTV”yə müsahibəsində danışıb. O, övladlarına dünyasını dəyişdikdən sonra ağlamaq əvəzinə onun üçün dua etmələrini və namaz qılmalarını vəsiyyət etdiyini bildirib.

Ağamirzənin sözlərinə görə, yas mərasimində uzun müddət oturulmasının və yemək verilməsinin də tərəfdarı deyil:

“Dünyamı dəyişəndə balalarıma demişəm ki, ağlayıb başınıza vurmayın. İki rükət namaz qılın, dua edin ki, atamızın günahlarını bağışlasınlar. İnsanlara da deyirəm, yasımda gəlib 3-4 saat oturmayın. 5-10 dəqiqə oturub gedin. Vəsiyyət etmişəm ki, yasımda yemək verilməsin. Bir stəkan çay için, “Allah rəhmət eləsin” deyib gedin. Oturub lətifə danışırlar, söhbət edirlər. Mənim vəsiyyətim budur”

07/10/2026

"SİZ HARANIN ZİBİLİSİNİZ Kİ, ALİM QASIMOVU MÜZAKİRƏ EDİRSİNİZ?!"

Oktyabrın 7-də saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ ra...
07/10/2026

Oktyabrın 7-də saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.

Bu barədə Medialoq-a TƏBİB-dən bildirilib.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyərin travması, qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi travma diaqnozu təyin edilib.

Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1961-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti isə stabil qiymətləndirilir”, məlumatda deyilir.

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng...
07/10/2026

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Medialoq AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Amerikalı aktyor Brendan Freyzer illər sonra “Mumiya” filmindəki “Rik O’Konnell” obrazına qayıdıb.Medialoq xəbər verir k...
07/10/2026

Amerikalı aktyor Brendan Freyzer illər sonra “Mumiya” filmindəki “Rik O’Konnell” obrazına qayıdıb.

Medialoq xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib.

Filmdə Freyzerlə yanaşı, Reyçel Vays da “Evelin O’Konnell” obrazını canlandıracaq. Aktrisa 2001-ci ildə ekrana çıxan “Mumiya qayıdır” filmindən sonra ilk dəfə Freyzerlə eyni obrazda yenidən rol alacaq.

“Mumiya-4”ün 15 oktyabr 2027-ci ildə kinoteatrlarda nümayiş olunacağı gözlənilir.

Abşeronun Hökməli qəsəbəsində, Yeni massiv adlandırılan ərazidə yolların uzun müddətdir bərbad vəziyyətdə olması sakinlə...
07/10/2026

Abşeronun Hökməli qəsəbəsində, Yeni massiv adlandırılan ərazidə yolların uzun müddətdir bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Medialoq xəbər verir ki, sakinlərin sözlərinə görə, son günlər yağan yağışlar yolları daha da keçilməz hala salıb. Küçələr palçıq içində olduğundan həm avtomobillərin, həm də piyadaların hərəkəti çətinləşib.

Sakinlər bildiriblər ki, əvvəllər yolu öz hesablarına asfalt qırıntıları və çınqılla düzəldiblər. Lakin təxminən iki ay əvvəl elektrik xətlərinin çəkilişi zamanı yol qazılıb və işlər başa çatdıqdan sonra ərazi yalnız torpaqla örtülüb.

Onlar məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, lakin yolun bərpası ilə bağlı verilən vədlərin indiyədək icra olunmadığını deyirlər.

Address

Əhməd Cavad 15
Baku

Alerts

Be the first to know and let us send you an email when Medialoq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Medialoq:

Share