04/09/2026
🚨 Pensiya yaşı ilə bağlı yeni açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda pensiya yaşının qadınlar üçün 68, kişilər üçün isə 70 yaşa qaldırılması ilə bağlı hər hansı təklifin olmadığını açıqlayıb.
📌 Nazirlik bildirib ki, bu məsələ müzakirə edilmir və belə bir mövzu gündəmdə deyil.
👴👵 Hazırda Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 yaşdır.
⚠️ Nazirlik mediada və sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.