Everest Kids

Everest Kids Everest nəşriyyatı, gələcəyimiz olan uşaqlarımızı, ölkəmizin milli adət və ənənələ

03/09/2026

📚 Övladınızın bu gün oxuyacağı kitabı birlikdə seçək!

Videonu dayandırın, qarşınıza çıxan kitabın ekran görüntüsünü çəkib şərhlərdə bizimlə paylaşın 📸

Görək bu gün balaca oxucularımızı hansı kitab gözləyir, maraqlı nağıl, əyləncəli oyun, yoxsa düşündürücü tapşırıqlar? 💬

03/09/2026

Bu gün Fotoqrafiya Günüdür! 📸✨

Bəzən bir fotoşəkil balacaların dünyanı kəşf etdiyi kiçik bir pəncərədir. Fotoqraf bayquş bu dəfə uşaqları rənglərin sehrli dünyasına aparır. Hər kadrda yeni bir rəng, yeni bir kəşf gizlənir. 🦉🌈

Gəlin, dünyaya uşaqların gözü ilə baxaq və rənglərin yaratdığı kiçik möcüzələri birlikdə kəşf edək. ✨

03/09/2026

İstənilən yerdə, istənilən zaman “Yol Yoldaşım 2” övladınızın əyləncəli yol yoldaşıdır! 🧩✨

🎒 Səfərdə, piknikdə, bağçada rahatlıqla yanınızda apara bilərsiniz;
🖍️ Yazıb-silən marker və 50 təkrar istifadə olunan kart ilə oyun bitmir;
🧠 Diqqəti, məntiqi düşünməni və problem həll etmə bacarığını inkişaf etdirir;
📱 Ekransız, faydalı və əyləncəli vaxt keçirməyə kömək edir.

📍 Oyunu Everest Kids satış nöqtələrindən əldə edə bilərsiniz!

03/09/2026

✨ Kiçik hekayə, böyük dəyərlər...

"Çəhrayı Mumun Sərgüzəştləri" balacaları xəyalların rəngarəng dünyasına apararkən onlara dostluğu, mərhəməti və paylaşmağın gözəlliyini də hiss etdirir. 💗

💬 Ətraflı məlumat üçün şərhə "çəhrayı" yazmanız kifayətdir.

✨ Bu ayın balacalar tərəfindən sevilən kitabları ilə tanış olaq!Biri cəsarəti ilə seçilir, biri nağılların sirrini açır,...
31/08/2026

✨ Bu ayın balacalar tərəfindən sevilən kitabları ilə tanış olaq!

Biri cəsarəti ilə seçilir, biri nağılların sirrini açır, digəri isə balacaları elm dünyasına aparır. 🐻🌙🔬

🐻 “Cəsur Ayı və Dostları” - cəsarət, dostluq və özünəinamı formalaşdırır;
📖 “Unudulmuş Nağılların Sirləri” - balacalara düzgün qərarlar verməyi və ümidini itirməməyi öyrədir;
🌿 “Elm və Təbiət Kitabım” - maraqlı sualların cavabını birlikdə kəşf etməyə və elmə maraq yaratmağa kömək edir.

📍Kitabları Everest Kids satış nöqtələrindən ələ edə bilərsiniz!

Bəzi dəyərlər gələcəkdə balacaların xarakterinin bir hissəsinə çevrilir.Balacalar “Cəsur ayı və dostları” ilə:🌿 Çətinlik...
29/08/2026

Bəzi dəyərlər gələcəkdə balacaların xarakterinin bir hissəsinə çevrilir.

Balacalar “Cəsur ayı və dostları” ilə:
🌿 Çətinliklər qarşısında geri çəkilməməyi;
🤍 Dostlarına qarşı anlayışlı və mərhəmətli olmağı;
🤝 Birlikdə hərəkət etməyin vacibliyini;
⭐ Öz gücünə və bacarıqlarına inanmağı öyrənirlər.

📍Kitabı Everest Kids satış nöqtələrindən əldə edə bilərsiniz.

Bir kitabın içində neçə fərqli dünya ola bilər? 📖✨“Az getdim, üz getdim” balacaları dovşan, tısbağa, sincab, fil, aslan ...
26/08/2026

Bir kitabın içində neçə fərqli dünya ola bilər? 📖✨

“Az getdim, üz getdim” balacaları dovşan, tısbağa, sincab, fil, aslan və daha neçə-neçə sevimli qəhrəmanın olduğu rəngarəng nağıl dünyasına aparır. 🐘🐰🦁

Hər hekayə uşaqlara fərqli bir dəyər qazandırır, onları düşündürür və xəyal dünyalarını zənginləşdirir. 💛

📍Kitabı Everest Kids satış nöqtələrindən əldə edə bilərsiniz!

Uşaqların oxuduğu hər kitab onların dünyasında kiçik, amma dəyərli bir iz buraxır. 📚💚Bəzən bir hekayə balacalara özünü o...
24/08/2026

Uşaqların oxuduğu hər kitab onların dünyasında kiçik, amma dəyərli bir iz buraxır. 📚💚

Bəzən bir hekayə balacalara özünü olduğu kimi qəbul etməyi, bəzən cəsarətli olmağı, dostluğun və mehribanlığın dəyərini, bəzən də milli-mənəvi dəyərlərimizi sevərək mənimsəməyi öyrədir.

📍 Kitabı Everest Kids satış nöqtələrindən əldə edə bilərsiniz!

Kitabsevərlər Gününə özəl müsabiqəmiz sona çatdı və qaliblərimiz bəlli oldu! 🎉📚🎁 Qaliblərimiz:🥇 Ren 🫣🥈 Cats🐱🥉 Azərbaycan...
21/08/2026

Kitabsevərlər Gününə özəl müsabiqəmiz sona çatdı və qaliblərimiz bəlli oldu! 🎉📚

🎁 Qaliblərimiz:
🥇 Ren 🫣
🥈 Cats🐱
🥉 Azərbaycan 💖

Qaliblərimizi təbrik edir, müsabiqəmizə qoşulan 500 iştirakçıya təşəkkür edirik! 💛

Bəlkə də növbəti qalib siz olacaqsınız. Yeni müsabiqələri qaçırmamaq üçün bizi izləməyə davam edin. ✨

Address

Atatürk Pr. Gənclik Metrosu
Baku
AZ1007

Alerts

Be the first to know and let us send you an email when Everest Kids posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Everest Kids:

Shortcuts

Share

Category