KANAL 4 TV.

KANAL 4 TV. Salam Deyerli Dostlar Sizi Səyfəni bəyənməyə devet edirəm .

❕🗣 İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Hörmüz boğazının İranın nəzarətində olduğunu və bundan sonra da ...
15/08/2026

❕🗣 İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Hörmüz boğazının İranın nəzarətində olduğunu və bundan sonra da belə qalacağını bildirib

Onun sözlərinə görə, boğaza nə sosial şəbəkələrdəki hər hansı paylaşım, nə təyyarədaşıyan gəmi, nə də seçkiqabağı çıxış vasitəsilə nəzarət etmək mümkündür.

Qəribabadi ABŞ Prezidenti Donald Trampın “məğlubiyyətləri ilə barışmalı olduğunu” deyib. O vurğulayıb ki, Hörmüz boğazının bağlanmasına və ya açılmasına yalnız Tehran qərar verir.

İran rəsmisi əlavə edib ki, ölkəsi təhdidlərdən qorxmur və güc nümayişindən çəkinməyəcək.

Qəribabadi bu açıqlamanı Trampın İrana qarşı əməliyyat başa çatdıqdan sonra Hörmüz boğazının ABŞ ərazisi elan ediləcəyi barədə bəyanatına cavab olaraq verib.

🚇 "28 May" stansiyasının fəaliyyəti olduğu kimi qalacaq - RƏSMİBakı metropolitenində artıq yeni bir dövr başlanır.Bunu “...
15/08/2026

🚇 "28 May" stansiyasının fəaliyyəti olduğu kimi qalacaq - RƏSMİ

Bakı metropolitenində artıq yeni bir dövr başlanır.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O deyib ki, bu günə qədər Bakı metropoliteni bütün mümkün texniki tədbirləri görərək minimum intervalları təmin etmişdi:

“Amma bundan sonraki dövrdə artıq dünya təcrübəsində də olduğu kimi, daha az intervalların təmin edilməsi istiqamətində prinsipial günün başlanğıcını deyə bilərik. Düzdür, qarşıdakı dövrdə artıq müəyyən məhdudiyyətlər olacaq. Sərnişinlərimiz 28 May, Nizami istiqamətində hərəkət edə bilməyəcəklər. Bir sözlə, Qırmızı xətt üzrə İçərişəhər, Həzi Aslanov olmaqla qatarların hərəkəti təmin ediləcək. 28 May stansiyasının fəaliyyəti olduğu kimi qalacaq. Amma Yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir. Qatarlar Dərnəgül-Nizami istiqamətində hərəkət edəcək. Qırmızı xətt üzrə intervallar 2 dəqiqə 30 saniyə, Yaşıl xətt üzrə hazırda 3 dəqiqə 30 saniyədir. Amma bundan sonraki dövr üzrə artıq monitorinqlərin daha da sıxlaşdırılması ilə axın istiqamətləri öyrəniləcək”.

Onun sözlərinə görə, həm intervalların azaldılması, həm də sərnişinlərin məlumatlandırılması istiqamətində əhəmiyyətli yeniliklər ediləcək:

“Bu gündən etibarən Bakı metropolitenin stansiyalarında könüllülərin fəaliyyəti təmin olunacaq, eyni zamanda stansiyalara əlavə işçi qüvvəsi ayrılmaqla sərnişinlərin artıq giriş sahəsində məlumatlandırılması istiqamətində əhəmiyyətli tədbirlər görüləcək ki, hər hansısa bir çaşqınlıq bundan sonraki dövrdə müşahidə olunmasın. Tikinti işlərinin 11 ay ərzində davam etdirilməsi proqnozlaşdırır. Bu müddət ərzində sərnişinlərimiz Bakı metropolitenindən yan keçməklə Yaşıl və Qırmızı xətlər arasında hərəkət etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilmiş 6 ekspres marşrut və eyni zamanda gücləndirilmiş 20 müntəzəm avtobus marşrutlarından istifadə edə bilərlər. Bütün bunların hər birisi ayrı-ayrılıqda monitorinqləri aparılaraq sərnişinlər üçün mümkün bütün rahatlıqların təmin olunması istiqamətində işlər də aparılacaq”.

15/08/2026

🚇 59 illik problemin praktik həlli başlayıb

Dünən gecə Bakı metrosunun son 59 illik əsas problemlərindən birinin həllinin praktik icrasına başlanılıb.

Avqustun 15-i gecə Yaşıl xətt üzrə “28 May” stansiyasından “Nizami” istiqamətində sonuncu qatar keçdikdən sonra həmin tunel bağlanıb və Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi üzrə tikinti işlərinə start verilib.

Hazırda “İçərişəhər”–“Həzi Aslanov” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam edir və “28 May” stansiyası normal rejimdə fəaliyyət göstərir.

“28 May”–“Nizami” sahəsində qatarların hərəkəti layihə başa çatanadək dayandırılıb.

Bu müddətdə “Dərnəgül”–“Nizami” istiqamətində hərəkət təmin olunacaq.

Layihənin təxminən 10–11 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

🔴“Amay”da şirkət rəhbəri qətlə yetirildi - FOTOSUİyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzin...
15/08/2026

🔴“Amay”da şirkət rəhbəri qətlə yetirildi - FOTOSU

İyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib.

Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi olub. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə "Sabir Əmlak" adlı şirkətini qurub.

🇺🇸❕🇮🇷 WSJ: ABŞ-İran müharibəsi iqtisadi qarşıdurma mərhələsinə qədəm qoyub. İndi münaqişənin nəticəsi təzyiq altında kim...
15/08/2026

🇺🇸❕🇮🇷 WSJ: ABŞ-İran müharibəsi iqtisadi qarşıdurma mərhələsinə qədəm qoyub. İndi münaqişənin nəticəsi təzyiq altında kimin "ilk göz qırpacağı" ilə müəyyən ediləcək.

🔻 Vaşinqton sanksiyalara və dəniz blokadasına, Tehran isə yüksək neft qiymətlərinə ümid edir ki, bu da nəzəri olaraq ABŞ-ni noyabr ayında keçiriləcək Nümayəndələr Palatasının seçkilərindən əvvəl güzəştə getməyə məcbur etməlidir. Respublikaçıların azalan reytinqi baxımdan neft qiymətləri həyati ola bilər. ABŞ buna görə strateji ehtiyatlardan istifadə edir

❕🗣 Tramp administrasiyası Kubada hakimiyyət dəyişikliyi üçün hərbi ssenarini artıq prioritet hesab etmir.Ağ Ev Kuba ilə ...
15/08/2026

❕🗣 Tramp administrasiyası Kubada hakimiyyət dəyişikliyi üçün hərbi ssenarini artıq prioritet hesab etmir.

Ağ Ev Kuba ilə bağlı siyasətində diqqəti hərbi gücdən imtina edərək sanksiyaların və iqtisadi təzyiqlərin gücləndirilməsinə yönəldib, Bloomberg xəbər verir.

15/08/2026

🔴 İstanbulda toy karvanında şou göstərmək istəyən motosiklet sürücüsü qəzaya düşüb.

Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölübBu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildiril...
15/08/2026

Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölüb

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nardaran qəsəbəsində hovuzda ayağı su nasosunda sıxılan 2022-ci il təvəllüdlü Akif Cavid oğlu Abdullayevin xilas edilməsi üçün əməliyyat keçirilib.

Xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən operativ tədbirlər, o cümlədən reanimatoloji müdaxilələr həyata keçirilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

14/08/2026

Çində yağan güclü yağış ticarət mərkəzinin tavanını çökdürdü

Çinin Çançun şəhərində güclü yağış ticarət mərkəzində tavanın çökməsinə səbəb olub.

Hadisə şəhərdəki Yuanda ticarət mərkəzinin 4-cü mərtəbəsində baş verib. Əvvəlcə tavandan güclü su sızmağa başlayıb, daha sonra tavanın böyük hissəsi çöküb. Hadisə anı telefon kameraları ilə lentə alınıb.

Görüntülərdə ticarət mərkəzinin içərisinə böyük miqdarda su dolduğu və insanların təhlükəli ərazidən uzaqlaşdığı görünür.

Address

Nefçilər
Baku

Alerts

Be the first to know and let us send you an email when KANAL 4 TV. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KANAL 4 TV.:

Shortcuts

Share