Xan TV

Call Directions Website Contact the business

Xan TV Televizor, Mobil cihaz yaxud kompüterinizlə Canlı TV kanalları rahatlıqla izləyə bilərsiniz.

Uca Allahdan Vətənimizə sülh, firavanlıq, dövlətimizə qüdrət və xalqımıza həmrəylik arzulayırıq. Şəhidlərimizin ruhu şad...
21/03/2026

Uca Allahdan Vətənimizə sülh, firavanlıq, dövlətimizə qüdrət və xalqımıza həmrəylik arzulayırıq. Şəhidlərimizin ruhu şad olsun, qazilərimiz cansağlığına qovuşsun.

Sizə və ailənizə Bahar təravətli, Ramazan bərəkətli, xeyirli və xoşbəxt günlər diləyirik!

Novruz və Ramazan Bayramlarınız Mübarək Olsun!

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi  şəhərində yerləşdirilmiş 36...
26/02/2026

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.

8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir

487 nəfər yaralanmışdır, onlardan:

uşaqlar - 76 nəfər;

1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.

Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 40...
20/01/2026

Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdür.
Hərbçilərin yandırıcı güllələrdən açdığı yanğın nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər də var. 1990-cı il yanvarın 22-də AzSSR Ali Sovetinin növbədənkənar sessiyası keçirildi və orada baş vermiş hadisələrə siyasi qiymət verildi. Azərbaycan SSR Ali Sovetinin hadisələri araşdıran Komissiyasının Bəyanatında qeyd edilirdi ki, müttəfiq hakimiyyət orqanları Azərbaycan SSR-in suveren hüquqlarına etinasız yanaşır, SSRİ-nin yaradılması haqqında Müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını pozurlar.[10] Yanvarın 22-də ölənlərin dəfn mərasimi keçirilib.[11] Bu hadisələr Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil olub, 20 Yanvar isə respublikada qeyri-iş günü olub.[10]

Address

Ceyhun Hacıbəyli 4
Baku
AZ-1000

Telephone

+994704400200

Alerts

Be the first to know and let us send you an email when Xan TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Xan TV:

Shortcuts

Share

Category