Flegrei Creative Agency

Flegrei Creative Agency Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Flegrei Creative Agency, Social Media Agency, Azərbaycan/Bakı ş. İzzət Həmidov 18, Baku.

Oktyabrın 1-dən 15-ə kimi sadəcə 1000 AZN-ə Flegridən Veb Sayt sifariş edə bilərsiniz.Bu fürsəti qaçırmayın!Əlaqə:📞(+994...
29/09/2023

Oktyabrın 1-dən 15-ə kimi sadəcə 1000 AZN-ə Flegridən Veb Sayt sifariş edə bilərsiniz.

Bu fürsəti qaçırmayın!

Əlaqə:
📞(+994)50-833-01-22
🌐 flegri.com
📍İzzət Həmidov 18

İşin təsviri:Veb saytların texniki təhlili, açarsöz (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatları...
25/09/2023

İşin təsviri:
Veb saytların texniki təhlili, açarsöz (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO);
Rәqәmsal marketinq platformalarında (Facebook Ads, Instagram Ads vә s.) pullu reklam kampaniyalarının yaradılması və idarə edilməsi;
Rәqәmsal marketinq platformalarında effektivliyin ölçülmәsi vә tәhlil edilmәsi;
Şirkətin sosail media hesablarını idarə etmək, kontentin yaradılmasında birbaşa iştirak etmək;
Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə nəzarət etmək.

İş qrafiki: Həftə içi 5 gün 10:00-19:00, Nahar vaxtı 13:00-14:00
Əmək haqqı: 500 AZN

Tələblər:
Rəqəmsal marketinq sahәsindә azı 1 illik iş tәcrübәsi;
Ali təhsil;
Dil bilikləri: Azərbaycan dili səlist bilməli, Rus və İngilis dili bilikləri üstünlükdür;
Kompüter biliklǝri: MS Programları, Facebook Ads, Instagram Ads, SEO alətləri;
SEO və SEM üzrə praktik biliklər;
Daxili və xarici optimizasiya, Link building, Açarsöz analiz bilikləri;
Tǝşǝbbüskar vǝ Əla ünsiyyǝt bacarıqları;
İnnovativ vǝ konstruktiv tǝkliflǝr irǝli sürmǝk bacarığı;
İşinǝ qarşı diqqǝtli vǝ mǝsuliyyǝtli olması;
Kollektivǝ vǝ iş mühitinǝ uyğunlaşa bilǝn.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV-lərini “Rəqəmsal Marketinq Meneceri” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

Veb saytınızın Google-da 1-ci olmağını istəyirsinizsə, Flegri-ə müraciət edin.Əlaqə:📞(+994) 50 833 01 22🌐 flegri.com📧inf...
01/09/2023

Veb saytınızın Google-da 1-ci olmağını istəyirsinizsə, Flegri-ə müraciət edin.

Əlaqə:
📞(+994) 50 833 01 22
🌐 flegri.com
📧[email protected]

🗣️“Voice search SEO” səsə əsaslanan axtarış nəticələrində görünmələrini və reytinqlərini yaxşılaşdırmaq üçün məzmunun və...
11/08/2023

🗣️“Voice search SEO” səsə əsaslanan axtarış nəticələrində görünmələrini və reytinqlərini yaxşılaşdırmaq üçün məzmunun və vebsaytların optimallaşdırılmasıdır. Siri, Google Assistant, Alexa və Cortana kimi səsli köməkçilər və ağıllı dinamiklər populyarlıq qazandıqca, getdikcə daha çox insan internetdə məlumat axtarmaq üçün səs komandalarından istifadə edir. Səsli axtarış SEO veb saytların və məzmunun bu səs əsaslı axtarış nəticələrində görünmək üçün optimallaşdırılmasını təmin etmək məqsədi daşıyır.

📍Axtarış motorlarının optimallaşdırmasının yeni bir qolu olan Səs SEO-nun (Voice search SEO) yaxın gələcəkdə daha da populyarlaşacağı və əhəmiyyətli olacağı gözlənilir.

💡Marketinq Miopiyası, müştərinin ehtiyaclarına deyil, biznesin ehtiyaclarına diqqət yetirən marketinq üçün qısamüddətli ...
26/06/2023

💡Marketinq Miopiyası, müştərinin ehtiyaclarına deyil, biznesin ehtiyaclarına diqqət yetirən marketinq üçün qısamüddətli və daxili bir yanaşmadır.

📍Marketinq Miopiyası marketinq strategiyasının müştəri ehtiyac və istəklərinə deyil, biznes ehtiyaclarına yönəldiyi zaman baş verir. Bu, şirkətlərin müştərilərinin maraqlarına uyğun olmayan və ya bazardakı dəyişiklikləri nəzərə almayan qərarlar qəbul etməsinə gətirib çıxarır. Nəticədə, biznesiniz istədiyiniz satışı, gəliri əldə etmir və çöküşə doğru gedir.

📸Tarixdə Kodak, Old Spice, BlockBuster kimi Marketinq Miopiyasının qurbanı olmuş şirkətləri misal gətirə bilərik. Məsələn, Kodak illər boyu fotoqrafiyanın aparıcı adı idi. Lakin rəqəmsal kameralar populyarlaşdıqca, Kodak uyğunlaşa bilmədi. Müştəri bazası rəqəmsal sistemə keçərkən belə şirkət diqqətini film və çap məhsullarına yönəltdi. Nəticədə onlar bazar paylarını itirdilər və 2012-ci ildə iflas etdilər.

👋Nyu-York şəhəri 1977-ci ildən bəri mövcud olan məşhur “I love NY” şüarını “We love NYC”ə dəyişərək yeni bir kompaniyaya...
19/06/2023

👋Nyu-York şəhəri 1977-ci ildən bəri mövcud olan məşhur “I love NY” şüarını “We love NYC”ə dəyişərək yeni bir kompaniyaya başlayıb.

📍Yeni logoda bir neçə nüans diqqət çəkir:
• “I” sözü “We”ə dəyişdirilib.
• Logodakı ürək simvolu şəhərin müasirliyini göstərmək üçün ürək emojisinə çevrilib.
• Yeni logoda Nyu-York metrosunda istifadə olunan fontdan istifadə olunub.
• Mətnə “C” hərfi əlavə edilib, hansı ki, xüsusilə Nyu-York şəhərinə işarə edir.

💡Kompaniyanın əsas məqsədi post-kovid dönəmində diqqəti bütün əyalətə yox, Nyu-York şəhərinə çəkmək və daha çox könüllü cəlb etmək idi. Lakin, yeni logonun dizaynı sosyal mediada insanlar tərəfindən birmənalı qarşılanmadı və nəticədə kompaniya məqsədinə çatmadı.

🌟Bu kompaniya da bir daha sübut etdi ki, yenilik hər zaman uğur gətirmir.

🎥”Barbie” filminin buraxılışına aylar qala belə filmin artıq buraxılışı dörd gözlə gözləyən milyonlardan ibarət fan kütl...
05/06/2023

🎥”Barbie” filminin buraxılışına aylar qala belə filmin artıq buraxılışı dörd gözlə gözləyən milyonlardan ibarət fan kütləsi yaranmağa başlamışdı.

🤔Bəs film indidən bu məhşurluğu necə qazandı, necə bir strategiya işlətdi?

📍Belə ki, Warner Bros. “Barbie” üçün olan marketinq strategiyasını əsasaən internet, sosial şəbəkələr üzərindən aparır. Rəqəmsal marketinq dünyasına yeni qatılan mimifikasiya da (meme-ification) filmin reklamında əsas yerlərdən birini tutur.

💡Hətta Warner Bros. film üçün xüsusi olaraq istifadəçilərə Barbie tərzində çəkilmiş şəkilləri xatırladan bir qrafikdə öz fotolarını yerləşdirməyə imkan verən, süni intellektlə işləyən “Barbie Selfie Generator” adlı veb-saytı istifadəyə verdi. Beləliklə, bu fotolar sosial şəbəkə üzərində məhşurlaşmağa başladı, nəticədə, bu və digər marketinq gedişləri filmin insanlar arasında bu qədər məhşurlaşmağına səbəb oldu.

🔝Şübhəsiz ki, bu uğurlu marketinq strategiyası sayəsində filmin nümayişindən sonra filmin izlənmələri milyonları aşacaq.

🤖Son zamanlarda bir fenomenə çevrilən süni intellekt həyatımızın hər bir sahəsində özünü göstərməyə başlayıb, bəs bu fen...
31/05/2023

🤖Son zamanlarda bir fenomenə çevrilən süni intellekt həyatımızın hər bir sahəsində özünü göstərməyə başlayıb, bəs bu fenomenin marketinqə təsiri necədir?

💡Süni intellektin marketinqə girişi ilə yeni bir anlayış — “AI Marketing” ortaya çıxdı. “AI Marketing” marketoloqların süni intellekt vasitəsilə targetinq, seqmentasiya və s. etməsi və sonda süni intellektin köməyi ilə müştərilərə daha yaxşı xitab edəcək məzmunu yaratmasıdır. Göründüyü kimi, demək olar ki, bütün proses süni intellektdən istifadə edərək həyata keçirilir.

📍“AI Marketing”in son dövrlərdə istifadəsinə Netflix, Spotify, Amazon kimi böyük platformaları nümunə gətirmək olar. Bu platformalarda süni intellekt müştərilərin daha çox hansı məhsulları sevdiyini, platformada nələr etdiyini analiz edir və həmin müştərilərə uyğun məhsulları tövsiyyə edirlər.

👋Nəticə olaraq, Süni İntellekt Marketinqi hal hazırda qüsurlu olsa da, sürətli inkişafı ilə gələcəkdə hər bir sahədə olacağı kimi marketinqdə də böyük bir yer tutacağı heç kimə sirr deyil.

😱Qiymətinin yarısından belə ucuza hazır Veb sayt satılır.👋Sadəcə 1 gün içində ödəniş edərək, veb sayta sahib ola bilərsi...
11/05/2023

😱Qiymətinin yarısından belə ucuza hazır Veb sayt satılır.

👋Sadəcə 1 gün içində ödəniş edərək, veb sayta sahib ola bilərsiniz. Sayt e-ticarət saytıdır, satış məqsədlidir. Veb saytın kontentini, içindəki məhsulları, qiymətləri sonradan dəyişə və öz biznesinizə uyğunlaşdıra bilərsiniz.

👇Veb saytın funksiyalara daxildir:
• İstifadəçinin şəxsi kabineti
• Qonaq kimi giriş funksiyası
• Onlayn ödəmə funksiyası
• Səbətə əlavə etmə
• Ağıllı axtarış sistemi
• 2 fərqli dil (Az, Eng)
• Valyuta konvertiyası (AZN, Dollar, Avro)
• Və s.

🎉Klinikalara, həkimlərə, stomatoloqlara şad xəbər!🙌Flegri ilə siz uyğun qiymətə rahatlıqla istədiyiniz Veb-sayta, Mobil ...
11/05/2023

🎉Klinikalara, həkimlərə, stomatoloqlara şad xəbər!

🙌Flegri ilə siz uyğun qiymətə rahatlıqla istədiyiniz Veb-sayta, Mobil tətbiqə sahib ola və rəqiblərinizi geridə qoya bilərsiniz. Həttə bu peşəkar komandanın xidmətlərindən hissə-hissə ödəniş edərək də yararlana bilərsiniz.

🔝 Flegri komandası 10 ildən artıq olan təcrübəsində yüzlərlə şəxslərə, şirkətlərə rəqəmsal varlığlarını gücləndirməkdə kömək etmişdir, bunlara vebsayt yaradılması da daxildir.
Elə siz də indi Flegri-dən sifariş edə bilərsiniz.

🌌Yaradıcılığımız sonsuzdur.

Əlaqə:
📞(+994) 50 833 01 22
🌐 flegri.com
📧[email protected]

🚗"GetdiY" sizə sərfəli, uyğun qiymətə xəyalınızdakı lüks avtomabillərin icarəsi xidmətini təklif edən bir Rent A Car şir...
10/05/2023

🚗"GetdiY" sizə sərfəli, uyğun qiymətə xəyalınızdakı lüks avtomabillərin icarəsi xidmətini təklif edən bir Rent A Car şirkətidir.

🎊"GetdiY"də siz istədiyiniz hər modelə uyğun avtomabilləri tapa və günlük icarəyə götürə bilərsiniz.

👇"GetdiY" üçün hazırladığımız mobil tətbiqlərə aşağıdakı linklərə daxil olaraq keçid edə bilərsiniz:

📱App Store: https://apps.apple.com/az/app/getdiy-rent-a-car/id6446234413
🤖Play Store: https://play.google.com/store/apps/details?id=az.kaswa.getdiy

🔗Backlinklər bir veb-saytdan digər veb-saytdakı səhifəyə keçidlərdir. Bu keçidlər Google və digər böyük axtarış motorlar...
24/04/2023

🔗Backlinklər bir veb-saytdan digər veb-saytdakı səhifəyə keçidlərdir. Bu keçidlər Google və digər böyük axtarış motorları tərəfindən önəmli “səslər” olaraq görülürlər. Belə ki, sizin veb saytınıza yönləndirilən Backlinklər başqalarının məzmununuza zəmanət verməsi deməkdir.

📌Bir çox saytlar eyni veb səhifəyə və ya veb sayta keçid edərsə, axtarış motorları bu məzmunun əlaqələndirilməyə dəyər olduğunu qəbul edir və buna görə də SERP-də görünməli olduğunu düşünür.

🚀Beləliklə, bu Backlinklər saytın axtarış motorlarında sıralama mövqeyinin yüksək olmasına və ya axtarışda görünməsinə səbəb olur.

Address

Azərbaycan/Bakı ş. İzzət Həmidov 18
Baku

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Flegrei Creative Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Flegrei Creative Agency:

Share