Yazirmedia

Yazirmedia Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yazirmedia, News & Media Website, Baku.

16/08/2026

10 qat Avropa çempionu olan paracüdoçumuz İlham Zəkiyevin şərəfinə Almaniyanın Heydelberq şəhərində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib! 👏🇦🇿

Türkiyədə ictimaiyyətdə “Süleymançılar” kimi tanınan dini qruplaşmanın lideri Alihan Kurişlə bağlı aparılan istintaqda y...
16/08/2026

Türkiyədə ictimaiyyətdə “Süleymançılar” kimi tanınan dini qruplaşmanın lideri Alihan Kurişlə bağlı aparılan istintaqda yeni qərar verilib. Ankara Cumhuriyyət Baş Prokurorluğunun həyata keçirdiyi araşdırma çərçivəsində Kurişin də aralarında olduğu 38 şübhəli məhkəməyə çıxarılıb. Onlardan 32-si həbs edilib, 6 nəfər isə məhkəmə nəzarəti şərtilə sərbəst buraxılıb.

Yazırmedia xəbər verir ki, istintaq avqustun 13-də Türkiyənin 17 vilayətində keçirilən genişmiqyaslı əməliyyatla gündəmə gəlib. Əməliyyat çərçivəsində Alihan Kurişin də daxil olduğu 49 nəfər haqqında saxlanılma qərarı verilib. Axtarış və müsadirə tədbirləri 43 fərdi ünvanla yanaşı, 33 şirkətə məxsus 80 ünvanda olmaqla, ümumilikdə 123 ünvanda həyata keçirilib.

İstintaqın əsas istiqamətlərindən biri maliyyə əməliyyatlarıdır. MASAK tərəfindən hazırlanan maliyyə təhlillərində istintaqla əlaqələndirilən bəzi şəxs və şirkətlər üzərindən 100 milyard türk lirəsindən çox vəsaitin müxtəlif üsullarla xaricə çıxarıldığı barədə şübhələrin olduğu bildirilir. Həmin pul hərəkətlərinin cinayət yolu ilə əldə edilmiş gəlirlə əlaqəsinin isə davam edən maliyyə və hüquqi araşdırmalar nəticəsində müəyyənləşdiriləcəyi qeyd olunur.

Axtarışlar zamanı bəzi ünvanlarda yüksək məbləğdə xarici valyuta və digər materialların aşkar edildiyi bildirilib. Bir şübhəlinin evində isə 20 ədəd lisenziyasız silahın tapıldığı barədə məlumat yayılıb.

İstintaqda cinayət təşkilatının yaradılması və idarə olunması, təşkilata üzvlük, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlət qurumlarına qarşı dələduzluq və vergi qanunvericiliyinin pozulması ilə bağlı iddialar araşdırılır. İstintaq materiallarında həmçinin bəzi şirkətlər və onlarla əlaqəli əmlaklara qəyyum təyin edilməsi məsələsinin də yer aldığı bildirilir.

16/08/2026

Əməkdar artist Bəhram Bağırzadə kuryeri təəccübləndirib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İndoneziyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib.Yazırmedia xəbər verir...
16/08/2026

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İndoneziyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

Yazırmedia xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“İndoneziyada insan tələfatı və xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib.

Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik.

Bu çətin zamanda İndoneziya xalqının yanındayıq”, – deyə paylaşımda qeyd olunub.

M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi v...
16/08/2026

M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

Yazırmedia xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

2 nömrəli marşrut:

“Dərnəgül” m/st istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı;

Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

10 nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

20 nömrəli marşrut:

Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

88A nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi Muğan bağının qarşısı;

“Azadlıq prospekti” m/st istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Yazırmedia xəbər verir ki, hadisə rayonun Düz C...
16/08/2026

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yazırmedia xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alənıb.

Belə ki, “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən ölüb. Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədənini xüsusi avadanlıqların köməyi ilə çıxarıblar. Sürücünün meyiti müvafiq araşdırmaların aparılması üçün Tovuz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçilik marşrutu ilə bağlı razılığa gəliblər.Yazırmedia xəbər verir ki, bu barəd...
16/08/2026

İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçilik marşrutu ilə bağlı razılığa gəliblər.

Yazırmedia xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai açıqlama yayıb.

Bildirilir ki, bəzi məsələlərin müzakirəsi hələ davam etsə də, Tehran və Maskat Hörmüz boğazı vasitəsilə gəmiçilik marşrutu ilə bağlı razılıq əldə ediblər.

Qeyd edilir ki, İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçilik hərəkətini bərpa etməyi nəzərdə tutan saziş üzrə danışıqlar aparırlar.

15/08/2026

17 vilayətdə 49 nəfər barədə gözaltı qərarı, Ümraniyədəki toqquşma və sənədlərin məhv edilmə cəhdi istintaqın yeni, daha gərgin mərhələyə keçdiyini göstərir. Kuriş də daxil olmaqla saxlanılan şəxslərlə bağlı hüquqi proses davam edir; ittihamların hansı hissəsinin təsdiqlənəcəyi məhkəmə prosesinin yekunundan sonra bəlli olacaq.

15/08/2026

Türkiyədə “Süleymançılar” kimi tanınan dini icmanın lideri olduğu bildirilən Alihan Kuriş və onunla əlaqəli şəxslərə qarşı aparılan genişmiqyaslı istintaq davam edir.

Yazırmedia Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində avqustun 13-də 17 vilayətdə eyni vaxtda əməliyyat keçirilib, 123 ünvanda axtarış və müsadirə aparılıb (43 ünvan şəxslərə, 80 ünvan isə 33 şirkətə aid olub).

Alihan Kuriş da daxil olmaqla, 49 şəxs barədə saxlanılma qərarı verilib. Əksər türk mediası əməliyyatın ilk mərhələsində Kuriş də daxil olmaqla 30 nəfərin saxlanıldığını yazır, bəzi mənbələr isə bu rəqəmi 37–48 arasında göstərir.

Saxlanılan şəxslər cinayət təşkilatı yaratmaq və idarə etmək, təşkilata üzvlük, cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması, dövlət qurumlarına qarşı dələduzluqda ittiham olunurlar.

̇yə

Xalq artisti, biznesmen Emin Ağalarov “Sea Breeze” istirahət mərkəzində azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt had...
15/08/2026

Xalq artisti, biznesmen Emin Ağalarov “Sea Breeze” istirahət mərkəzində azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə barədə açıqlama verib.

Yazırmedia xəbər verir ki, o, bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

“Sea Breeze” akvaparkında baş verən faciəli qəzada bir uşaq həlak oldu.

Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandası adından ailəyə dərin və səmimi başsağlığı verirəm. Hazırda heç bir söz valideynlərin və yaxınlarının ağrısını azalda bilməz.

Hazırda hadisənin bütün hallarını, o cümlədən uşağın hovuzun texniki zonasına, hasarların arxasında su nasoslarının işlədiyi yerə niyə girdiyini müəyyən etmək üçün araşdırma aparılır.

Biz istintaqla tam əməkdaşlıq edirik.

Uşaqların və böyüklərin təhlükəsizliyi həmişə “Sea Breeze” üçün mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri Fövqəladə Hallar Nazirliyi və müvafiq orqanlar tərəfindən müntəzəm olaraq yoxlanılır. Akvapark üçüncü mövsümündədir və 350 000-dən çox qonağı qəbul edib.

Bu hadisəni nəzərə alaraq, bütün təhlükəsizlik tədbirləri daha da nəzərdən keçiriləcək və gücləndiriləcək.

“Sea Breeze” komandası və şəxsən mən ailəyə bütün lazımi dəstək və yardımı göstərəcəyik”, – deyə E.Ağalarov bildirib.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Yazirmedia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share