İdman.Biz

İdman.Biz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İdman.Biz, Media/News Company, İçərişəhər, İstiqlaliyyat küçəsi, 31, Baku.
(1)

🏆 İdman və Biz – Qələbə Ritmində!

🔥 Futbol ⚽️ | UFC 🥊 | NBA 🏀 | ÇL 🏆 və daha çox!

📲 Canlı nəticələr, eksklüziv xəbərlər, statistikalar və maraqlı idman videoları!

💥İdman dünyasının nəbzini bizimlə tut! ⬇️
🔗 linktr.ee/idmanbiz

Rüfət İsrafilbəyov ailəsi ilə birlikdə Bakıya gəlib və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun xaricdə yaşa...
08/08/2025

Rüfət İsrafilbəyov ailəsi ilə birlikdə Bakıya gəlib və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun xaricdə yaşayan azərbaycanlı idmançılarla görüşündə iştirak edib.

Daha ətraflı şərhdə👇👇👇

Türkiyənin Rizə şəhərindəki Yenişehir İdman Salonunda "Karadeniz və Hazar Ülkeleri Karate Şampiyonası" adlı yarış keçiri...
08/08/2025

Türkiyənin Rizə şəhərindəki Yenişehir İdman Salonunda "Karadeniz və Hazar Ülkeleri Karate Şampiyonası" adlı yarış keçirilib.

İdman.biz xəbər verir ki, turnirdə Azərbaycan Karate Federasiyasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəliyindən 3 idmançı iştirak edib.

Onlardan Fatimə Bağırzadə (10-11 yaş, 50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Xədicə Bayramova (10-11 yaş, 35 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, çempionatda Qaradəniz və Xəzər hövzəsinə aid ölkələrdən iki yaş kateqoriyasında 1000-ə yaxın idmançı mübarizə aparıb.

Azərbaycanın tanınmış idman veteranı Əhməddin Rəcəblinin 80 illik yubiley mərasimi keçirilib.İdman.biz xəbər verir ki, A...
08/08/2025

Azərbaycanın tanınmış idman veteranı Əhməddin Rəcəblinin 80 illik yubiley mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasının akt zalında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov Rəcəblinin uzun illər Azərbaycan idmanının inkişafı naminə çalışdığını, gənc idmançıların yetişməsində mühüm rol oynadığını bildirib. Nazir idman veteranına uzun və mənalı ömür, möhkəm cansağlığı arzu edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə qeyd edib ki, Rəcəbli ölkədə sağlam həyat tərzinin təbliğinə töhfə verən şəxslərdən biridir.

Sonra Əməkdar məşqçinin zəngin həyat yolundan, idmana verdiyi dəyərli töhfələrdən və gənc nəslin yetişməsindəki xidmətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Rəcəbli onu sevənləri bu önəmli günündə bir arada gördüyü üçün xoşbəxt olduğunu söyləyib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov Ə.Rəcəblinin Azərbaycanın cüdo və paracüdo tarixində böyük iz qoyduğunu diqqətə çatdırıb. İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftahətdinova isə idman veteranının nəcib və gözəl xüsusiyyətlərə malik insan olduğunu vurğulayıb.

Paracüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev idmanın sirlərini məhz Rəcəblidən öyrəndiyini deyib və buna görə ona minnətdarlığını bildirib.

Sonra Azərbaycan cüdosunun canlı əfsanəsinə orden, xatirə hədiyyələri və idmanın inkişafında göstərdiyi misilsiz xidmətlərə görə diplom və təşəkkürnamələr təqdim edilib.

MMA döyüşçüsü, UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədovun adını daşıyan ətirlər istehsaldan çıxarılıb.İdman.biz xəbər...
08/08/2025

MMA döyüşçüsü, UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədovun adını daşıyan ətirlər istehsaldan çıxarılıb.

İdman.biz xəbər verir ki, buna səbəb onlara tələbatın olmamasıdır.

Beş il əvvəl satışa çıxarılan və “Qartal”ın Konor Makqreqor üzərindəki qələbəsi ilə assosiasiya olunan bu ətirə artıq heç kim sahib olmaq istəmir.

Şərq tərzində, paçuli və sidr ağacı notları ilə zəngin olan bu ətir ilk üç il ərzində fanatlar arasında populyarlıq qazansa da, 2023-cü ildən etibarən satışlar kəskin şəkildə azalıb. Hazırda Dağıstanda və Rusiyanın digər bölgələrində satıcılar 2020-ci ildən qalan ehtiyat məhsulları satırlar. Ətir Belarusda istehsal olunurdu, lakin yeni partiyalar sifariş olunmadığı üçün istehsalı tamamilə dayandırılıb.

Həbibin bu layihədən maddi gəlir əldə edib-etmədiyi hələ də kommersiya sirri olaraq qalır. Lakin iyulda məlum olub ki, onun 1,8 milyon rubl (38,5 min manat) məbləğində vergi borcu var.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb.İdman.biz xəbər ver...
08/08/2025

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb.

İdman.biz xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Federasiya prezidenti əməkdar bədən tərbiyəsi və idman xadimi ilə 80 illik yubileyi ərəfəsində görüşdüyünü yazıb: "Əhməddin müəllimin cüdonun Azərbaycanda formalaşması və inkişafında göstərdiyi misilsiz xidmətlər, yetişdirdiyi idmançılar və məşqçi kimi qazandığı nailiyyətlər hər zaman təqdirəlayiq olub. Ölkə cüdosuna verdiyi dəyərli töhfələrə görə ona təşəkkür edir, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayıram".

UFC döyüşçüsü Rafael Fiziev növbəti döyüşü ilə bağlı xəbəri şərh edib.İdman.biz xəbər verir ki, bir müddət əvvəl azərbay...
08/08/2025

UFC döyüşçüsü Rafael Fiziev növbəti döyüşü ilə bağlı xəbəri şərh edib.

İdman.biz xəbər verir ki, bir müddət əvvəl azərbaycanlı döyüşçünün oktyabr ayında Rio-de-Janeyroda keçiriləcək turnirdə Çarls Oliveyra ilə qarşılaşacağı məlum olub.

Fiziyev sosial şəbəkə hesabında belə yazıb: “Siz də mənim qədər həyəcanlısınız? Ona görə də artıq döyüşədək günləri saymağa başlamışam”.

Qeyd edək ki, Oliveyra son döyüşündə İliya Topuriyaya nokautla uduzub, Fiziyev isə Bakıda İqnasio Bahamondesə hakimlərin yekdil qərarı ilə qalib gəlib.

Azərbaycan Taekvondo Federasiyasının (ATF) yeni baş katibinin adı açıqlanıb.İdman.biz xəbər verir ki, qurumda bu vəzifə ...
08/08/2025

Azərbaycan Taekvondo Federasiyasının (ATF) yeni baş katibinin adı açıqlanıb.

İdman.biz xəbər verir ki, qurumda bu vəzifə Aygül Abdullayeva həvalə edilib.

O, bu postda bir müddət öncə ATF-lə vidalaşan Rüstəm Bağırlını əvəzləyib.

Abdullayeva yeni vəzifəsində artıq təqdimat da keçirib. O, Azərbaycan Taekvondo Federasiyası tərəfindən deflimpiya üzrə taekvondo milli komandasının məşqçi heyətini komanda ilə tanış edib. Elmir Fərəcov yığmada baş məşqçi, Rauf Rəhimov isə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Görüşdən sonra deflimpiya üzrə milli komandanın ilk rəsmi məşqi keçirilib.

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.İdman.biz xəbər v...
08/08/2025

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək “Eqnatiya” (Albaniya) – “Olimpiya” (Sloveniya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq.

Braziliyalı döyüşçü Çarlz Oliveyra növbəti döyüşünü keçirəcəyi azərbaycanlı Rafael Fiziyev haqqında fikirlərini bölüşüb....
08/08/2025

Braziliyalı döyüşçü Çarlz Oliveyra növbəti döyüşünü keçirəcəyi azərbaycanlı Rafael Fiziyev haqqında fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, onların döyüşü oktyabrın 11-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək UFC turnirində baş tutacaq.

Bu qarşılaşma turnirin əsas hadisəsi olacaq.

"BJ Penn" Oliveyranın qarşıdakı döyüşlə bağlı sözlərini belə təqdim edib: “Düzünü desəm, Fiziyev çox çətin rəqibdir. O, yaxşı hərəkət edir, ayaqüstü döyüşdə əladır, hörmətlə davranır və artıq məşhur adlarla döyüşlərə çıxıb. Həmişə dediyim kimi, heç vaxt başqalarına qarşı hörmətsizlik etmirəm və ancaq özümə fokuslanıram. Döyüşdə nələr edə biləcəyimə köklənirəm. Bu, inam, bu, hazır olmağın sevincidir. Oktaqonda təkcə mən olmuram. Orada mən, o və mənimlə eyni hissləri bölüşən bütün Braziliya xalqı var. Bu enerji məni irəliyə aparacaq".

Cüdoçularımız Quba Olimpiya İdman Kompleksində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb ediliblər.İdman.biz x...
08/08/2025

Cüdoçularımız Quba Olimpiya İdman Kompleksində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb ediliblər.

İdman.biz xəbər verir ki, məşqlərin birinci hissəsi fiziki hazırlığa, ikinci mərhələsi isə tatami üzərində texniki-taktiki çalışmalara həsr olunur.

Toplanışa performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, həmçinin fiziki hazırlıq üzrə böyük məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.

Təlim düşərgəsi VI İslam Həmrəyliyi Oyunları və qarşıdakı digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

Milli hazırlığın növbəti hissəsini Bakıda davam etdirəcək. Ardınca cüdoçularımız 6–19 sentyabr tarixlərində Braziliyanın San-Paulu şəhərində təşkil olunacaq beynəlxalq toplanışda iştirak edəcəklər.

Qeyd edək ki, komandamızın son məşqini Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə Qubada keçirilən beynəlxalq yay düşərgəsinin iştirakçıları izləyiblər.

"Levski"ni qələbə münasibətilə təbrik edirəm. Oyun taktiki cəhətdən mübarizə ilə yadda qaldı. Biz rəqibdən bunu gözləyir...
07/08/2025

"Levski"ni qələbə münasibətilə təbrik edirəm. Oyun taktiki cəhətdən mübarizə ilə yadda qaldı. Biz rəqibdən bunu gözləyirdik. Planımız var idi və futbolçular onu yerinə yetirdilər".

Davamı👇

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə start verilib.İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində...
07/08/2025

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində "Sabah" Bolqarıstanda "Levski"nin qonağı olub.

Avropa Liqasının I təsnifat mərhələsində "Selye"yə (Sloveniya) uduzub, Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub”a (Moldova) qalib gələn Azərbaycan kubokunun qalibi səfərdə məğlub olub.

"Levski" qələbə topunu 90+8-ci dəqiqədə vurub. Künc zərbəsindən sonra meydan sahibləri fərqləniblər - 1:0.

"Levski" (Bolqarıstan) - "Sabah" (Azərbaycan) - 1:0
Qol: Borislav Rupanov, 90+8

Address

İçərişəhər, İstiqlaliyyat Küçəsi, 31
Baku

Telephone

+994506784490

Website

https://t.me/idmanbiz

Alerts

Be the first to know and let us send you an email when İdman.Biz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share