Füyuzat jurnalı

Füyuzat jurnalı "Füyuzat"dan "Füyuzat"a varislik gəldi,
Milli irs, mədəni tarix gəldi:
"Füyuzat" "Füyuzat"la birləşdi

Böyük Azərbaycanın mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906 – 07-ci illərdə nəşr olunan “Füyuzat” jurnalının mətbuat tariximizdə özünəməxsus yeri vardır. Ətrafında Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır. Lakin “Füyuzat” jurnalının o vaxt yalnız 32 sayı işıq üzü görmüş, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən müstəbid çar hökuməti tərəfindən çapı dayandırılmışdı.

İrsimizin ayrılmaz parçası olan bu jurnalı Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə bərpa etmiş, tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu altında “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirməyə başlamışdır. Müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Bu gün fəaliyyətini uğurla davam etdirən “Füyuzat” jurnalı Fondumuzun milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlı qalmaq və bununla dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. “Füyuzat” jurnalının tarix, vətənpərvərlik, Azərbaycanın görkəmli şəxsiyyətləri və milli-mədəni irsi eləcə də mənəvi dəyərləri haqqında məqalələrdən ibarət nömrələri oxuculara təqdim olunur. Fondumuza və “Füyuzat” jurnalının redaksiyasına gələn təşəkkür məktubları, abunəçilərin günü-gündən artması, eləcə də, jurnalın xarici ölkələrdə yayılması “Füyuzat” jurnalının ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandığını deməyə əsas verir.

Böyük yazıçılardan, mütəfəkkirlərdən biri olan, "Hərb və sülh", "Hacı Murad", "Anna Karenina" kimi daha neçə möhtəşəm əs...
09/09/2026

Böyük yazıçılardan, mütəfəkkirlərdən biri olan, "Hərb və sülh", "Hacı Murad", "Anna Karenina" kimi daha neçə möhtəşəm əsərlərin müəllifi, ömrü boyunca əxlaq anlayışını, yaradılışı sorğulayan, vicdanlı olmağı, yaxşılıq etməyi insanlara aşılayan, sadə həyat tərzinə sahib olmağa çalışan Lev Nikolayeviç Tolstoyu 9 sentyabr – doğum günündə ehtiramla yad edirik!

Siyasi tarixçi və beynəlxalq əlaqələr üzrə ekspert Ergün Qaracalının "Gürcüstan tatar milli məclisi" yazısı son sayımızd...
08/09/2026

Siyasi tarixçi və beynəlxalq əlaqələr üzrə ekspert Ergün Qaracalının "Gürcüstan tatar milli məclisi" yazısı son sayımızda.

Bu “Həftənin əsəri” nominasiyası üzrə seçilən əsər Həmid Piriyevin tərcüməsində Volfqanq Borxertin “Şəhər” hekayəsidir. ...
08/09/2026

Bu “Həftənin əsəri” nominasiyası üzrə seçilən əsər Həmid Piriyevin tərcüməsində Volfqanq Borxertin “Şəhər” hekayəsidir. Xoş mütaliələr!

Təkcə külək idi ki, onun qulaqlarının yanında vıyıldayırdı. Relslərin üstünə ləkələr düşmüşdü: buludlar ayın qabağından keçirdi.

Yağış səhərəcən yağsın şəhərə,Hamının dərdini yusun aparsın.Quşlar qonaq gəlsin mavi Xəzərə,Balıqlar evinə yosun aparsın...
08/09/2026

Yağış səhərəcən yağsın şəhərə,
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın...

Yağış səhərəcən yağsın şəhərə,titrəsin evlərin navalçaları....Yağmur mələkləri enmişkən yerə, verək aparsınlar tapançaları...

07/09/2026

Orxan Vəliyevdən...

Ağıla və qəlbə işıq saçan sözlər...
05/09/2026

Ağıla və qəlbə işıq saçan sözlər...

Tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin "Mühacir rəssama aid yeni sənədlər" yazısı "Füyuzat" dərgisinin 149-cu sayında...
03/09/2026

Tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin "Mühacir rəssama aid yeni sənədlər" yazısı "Füyuzat" dərgisinin 149-cu sayında.

Tərcümə: Həmid Piriyev
02/09/2026

Tərcümə: Həmid Piriyev

Bir lay xəmiri götürüb yağlayın, ikinci layı üstünə sərin,alma içliyi qoyub yayın. Qalan xəmirləri də eyni qaydada

02/09/2026

"Füyuzat"dan...

Sədaqət nədir ki? Könül yoldaşı,O, dosta, sirdaşa inamdan gəlir.Həyatın ən ağır, çətin anındaİnsana güc verən ilhamdan g...
01/09/2026

Sədaqət nədir ki? Könül yoldaşı,
O, dosta, sirdaşa inamdan gəlir.
Həyatın ən ağır, çətin anında
İnsana güc verən ilhamdan gəlir.

-Bəxtiyar Vahabzadə

Address

Həsən Bəy Zərdabi Pr./78
Baku
1122

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Füyuzat jurnalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

l="false"> Add listing
  • Login
  • Subscribe

    We will notify you when anything happens in Baku.